Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-39/2023 13.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu, Cavabdeh1 iştirakları ilə kredit borcun qaytarılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y YƏ N E T D İ : Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq cavabdehlər X3, X1 və Cavabdeh2 ödənilməmiş 3937,59 manat əsas, 2153,23 manat əsas, 1597,71 manat faiz, 1717,59 cərimə, 326,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 5794,93 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda nümayəndə Nəcəf-zadə Anar Ziya oğlu hakim tərəfindən qarşı tərəfə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməsi ilə bağlı etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 bildirmişdir ki, X8 Mərkəzində işləyir, onun müdiri olmuş Ələkbər adlı şəxsin xahişi ilə kredit götürüb ona vermişdir.Özünün krediti ödəməyə imkanı yoxdur.Ona bildirilmişdir ki, məhkəməyə gedəcək ərizəyə imza edəcək, hansı ərizəyə imza etməsini bilmir.İddia müddətinin tətbiqi ilə bağlı ərizə verməsi üçün ona vaxt verilməsini xahiş etmiş və daha sonra maddi imkanı olmadığı üçün borcunun silinməsini xahiş etmişdir. X4 məhkəməyə ərizə verərək, iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırımış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X1 17.072016-cı ildə vəfat etmişdir. Məhkəmədə elan olunmuş Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 647/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 28 % ödənilmək şərtilə 3.600 manat məbləğində kredit vəsaiti verilmişdir.Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanılmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür.Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X1 və Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlamışlər.Cavabdehlər X1 və Cavabdeh2 borclu X2 öhdəlikləri üçün cavabdehlik daşımalarını üzərlərinə götürmüşlər. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin verdiyi 22 iyul 2016-cı il tarixli, 159 saylı ölüm haqqında akt qeydinin surətindən görünür ki, X1 17.07. 2016-cı il tarixdə ölmüşdür. Məhkəmədə elan olunmuş 21 iyul 2020-ci il tarixli № **********849 saylı bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş,əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Məhkəmədə elan olunmuş poçt sənədindən görünür ki, iddiaçı tərəf iddia ərizəsini və sənədləri xx.xx.2023-cü ildə rabitə orqanına vermiş və həmin sənədlər xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, hər iki zaminə qarşı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı məlum olmuşdur ki, tələbkar qanunla müəyyən olunmuş qaydada zaminlərə qarşı iddia irəli sürməmişdir. Qanunvericiliyin tələbinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda və ya belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Ona görə də hər iki zaminə qarşı irəli sürülmüş iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MM-nın 477.0-ci maddəsində qeyd olunmuşdur ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı borcluya qarşı tələb irəli sürərkən iddia müddətini ötürmüşdür. Qanunvericilikdə belə tələblər üçün 3 il iddia müddəti müəyyən olunmuşdur.Göründüyü kimi iddiaçı həmin müddəti ötürməklə iddia irəli sürmüşdür. Cavabdeh ona qarşı verilmiş iddia ilə bağlı iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir.Qeyd edilən əsasa görə verilmiş iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin qərara əsasən Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddiaçının nümayəndəsi Anar Nəcəf-zadənin hakimin məhkəmə iclasında cavabdehə iddia müddətinin tətbiq olunması barədə ərizə vermək hüququnun izah etməyə hüququnun olmaması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, yəni işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Ona görə də məhkəmə belə hesab edir ki, hakimin tərəfə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququnun izah etməsi halı qanunvericiliyin tələblərinə tam uyğundur.Həmin səbəbdən nümayəndənin vermiş olduğu vəsatət əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Cavabdehlər X3, X1 və Cavabdeh2 ödənilməmiş 3937,59 manat əsas, 2153,23 manat əsas, 1597,71 manat faiz, 1717,59 cərimə, 326,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 5794,93 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosessində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-39/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-39/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver