Məhkəmə qərarları › İş №2(057)-395/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-395/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-395/2023 11.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343956-CNS-34119 nömrəli “Nağd pul krediti müqaviləsi”-nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4863.31 manat məbləğində əsas borc, 690.91 manat məbləğində faiz borcu, 684.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6238.57 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 82.39 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli 343956-CNS-34119 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 26.5 faiz hesablanması şərti ilə 26 ay müddətinə 5000 manat məbləğində kredit (httes://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin, borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 6238.57 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343956-CNS- 34119 nömrəli “Nağd pul krediti müqaviləsi”-nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4863.31 manat məbləğində əsas borc, 690.91 manat məbləğində faiz borcu, 684.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6238.57 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 82.39 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, işsiz olması səbəbindən kredit borcunu ödəyə bilməyib. Hazırda Laçın rayonunda işlədiyini, əmək haqqı alan kimi borcunu ödəməyə başlayacaqdır. İddia tələbini tam qəbul etdiyini etiraf edərək, iddia ərizəsi ilə tanış olduğunu, iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 343956-CNS-34119 nömrəli “Nağd pul krediti müqaviləsi”-nə əsasən İddiaçı ASC tərəfindən X1 26.5 faiz dərəcəsi ilə 26 ay müddətinə 5000 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh adına verilmiş arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 343956-CNS-34119 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 4863.31 manat əsas, 690.91 manat faiz, 684.35 manat cərimə olmaqla, cəmi 6238.57 manat məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 82.39 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görəcavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan manafeyini pozmadığını nəzərə alaraq hesab edi ki, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və Cavabdeh xx.xx.2022-ci il tarixli 343956-CNS-34119 nömrəli “Nağd pul krediti müqaviləsi”-nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4863,31 manat məbləğində əsas borc, 690.91 manat məbləğində faiz borcu, 684.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6238.57 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 82.39 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən ondan xx.xx.2022-ci il tarixli 343956-CNS-34119 nömrəli “Nağd pul krediti müqaviləsi”-nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4863.31 manat məbləğində əsas borc, 690.91 manat məbləğində faiz borcu, 684.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6238.57 manat borc və 82.39 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 343956-CNS-34119 nömrəli “Nağd pul krediti müqaviləsi”-nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4863.31 manat məbləğində əsas borc, 690.91 manat məbləğində faiz borcu, 684.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6238.57 manat məbləğində faiz və 82.39 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar