Məhkəmə qərarları › İş №2(057)-395/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-395/2024

17.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-395/2024 17.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi vəkil Abdıyev Telman Xanlar oğlunun, Üçüncü şəxs X21 və onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı̇ oğlunun Cavabdeh, üçüncü şəxslər X21, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinə qarşı “avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının qaytarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı̇ oğlu Cavabdeh, üçüncü şəxslər X21, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinə qarşı “avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, vicdanlı alıcı kimi İddiaçı ilə Cavabdeh nümayəndəsi X9 arasında Cavabdeh məxsus “Vaz 21725 minik” markalı, 2014-cü il buraxılışlı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair bağlanmış xx.xx.2023-cü il tarixli etibarnamənin həmin avtomaşının özgəninkiləşdirilməsinə dair əqd kimi tanınmasına və həmin avtomaşının ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, TURBO.AZ saytında yerləşdirilmiş elan əsasında Cavabdeh xx.xx.2023-cü il tarixindən mülki əqdlər bağlamaq səlahiyyəti olan etibarnaməli nümayəndəsi X1 xx.xx.2023-cü ildə Bakı şəhəri 19 saylı Notariat ofisində 10500 manat pulun qarşılığında Cavabdeh məxsus “Vaz 21725 minik” markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında almışdır. Daha sonra İddiaçı həmin avtomaşını daha yüksək qiymətə sataraq qazanc əldə etmək niyyəti ilə TURBO.AZ saytında elan yerləşdirmişdir. Həmin elan əsasında üçüncü şəxs X5 Məmmədə məxsus “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını İddiaçı 11100 manat qarşılığında Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında xx.xx.2023-cü ildə almışdır. Avtomaşının sonuncu sahibi olan X6 Rayon Polis X22 Polisi Bölməsinin dəvətinə əsasən Cavabdeh məxsus “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdən Siyəzən RPŞ-nə gətirmiş və avtomaşın o vaxtdan Siyəzən RPŞ-nin DYPB-nin mühafizə olunan duracağında saxlanılır. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh ona məxsus “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının ondan aldadılaraq və ya zorla alındığında dair Siyəzən Rayon Polis Şöbəsinə şikayət etmiş və Orxan Umudova verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir. Salyan rayon PŞ-nin TB-nin baş təhqiqatçısı X3 apardığı araşdırma nəticəsində və əldə edilmiş izahatlar əsasında toplanmış materiallarla müəyyən olunmuşdur ki, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 44-də yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə Siyəzən Rayon Polis Şöbəsinə ünvanladığı və aidiyyəti üzrə Salyan RPŞ-nə göndərilmiş müraciətində qeyd olunan xüsusatda, yəni 2023-cü ilin iyun ayında Elman, Şahin və iki nəfər naməlum şəxsin onu yaşadığı evdən çıxardıb,hədə-qorxu ilə 2000 manatını ələ keçirmələrini və “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında tanışları Orxan adlı şəxsin adına keçirtmələrini bildirməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən dərhal sonra yox xx.xx.2023-cü ildə polisə müraciət etmişdir. İzahatları alınmış şəxslər Cavabdeh yalan danışdığını və onları şərlədiyini bildirmişlər. Belə ki, Cavabdeh tanışları Elman və Şahinin vasitəsilə Şahid3 ilə tanış olmuşdur. Bundan sonra 2023-cü ilin mart ayında Famil Məmmədə demişdir ki, satılmalı “Hyundai” markalı avtobus və “Man” markalı yük maşınları vardır. Məmməd “Hyundai” markalı avtobusla maraqlanmış, avtobus Şamaxı şəhərində olduğundan orada gedib ona baxmış və avtomaşının təmirə ehtiyacı olduğundan əvvəldən danışdıqları kimi 18000 manat deyil 15000 manata onu alacağına dair Familə söz vermişdir. Məmməd maşının təmir işlərini və hal-hazırda pulunun olmamasını əsas gətirərək, satılası “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını olduğunu Familə demişdir. Famil də onu Elman və Şahinə görə tanıdığı üçün “Hyundai” markalı avtobusa dair ona etibarnamə vermişdir. Lakin Məmməd müxtəlif bəhanələrlə avtobusun pulunu Familə verməmiş və 2 ay sonra məlum olmuşdur ki, Məmməd həmin avtobusu öz adına keçirtmişdir. Famil pulunu tələb etmiş və Məmməd ona Elman və Şahinin vasitəsilə 2000 manat vermiş və qalan pulun əvəzinə “Vaz 21725” markalı, **-TG- *** dövlət qeydiyyat nişanlı avtomaşına dair onların dedikləri adama, yəni Orxan Umudova etibarnamə vermişdir. Araşdırma nəticəsində polis şöbəsinə edilən müraciətində Familə qalan pulu verməmək üçün Məmməd tərəfindən yalandan edildiyi müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, Cavabdeh qarşı heç bir real və qeyri-real hərəkət olmamış, ona hədə-qorxu gəlinməmiş, ondan zorla pul və ya qiymətli əşya alınmamış, özünə məxsus “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında satmışdır. Əgər Məmmədin müraciətində qeyd etdiyi hadisə baş vermiş olsaydı, ona hədə-qorxu gələn şəxslər onun avtomobilini həmin vaxt öz adlarına və ya başqa şəxsin adına keçirdərdilər. Yuxarıda qeyd edilənlər və toplanmış materiallar əsasında Salyan RPŞ-nin Təhqiqat Bölməsinin Baş təhqiqatçısı X10 cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar qüvvədədir. Onun bütün bunlardan əvvəlcədən heç xəbəri olmamış, izahatında da qeyd etdiyi kimi 10500 manat müqabilində həmin avtomaşını Orxan Umudovdan etibarnamə əsasında almış və özünü vicdanlı alıcı hesab etmişdir. Lakin hal-hazırda üçüncü şəxs olan X2 Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq 12225 manat pulun ondan alınaraq öz xeyrinə tutulmasını tələb edir. Belə ki, o hesab edir ki, avtomaşına dair etibarnamə ləğv edildiyindən onun maşına görə ödədiyi 11100 manat və əlavə çəkdiyi xərclər ona qaytarılmalıdır. Bu səbəbdən hal-hazırda o Cavabdeh qarşı sonuncuya məxsus “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının qaytarılması tələbinə dair iddia qaldırır ki, X11 aldığı pulu geri qaytara bilsin. Həmçinin o hesab edir ki, Cavabdeh maşını ikinci dəfə özgəninkiləşdirərək əsassız varlanmağa çalışır. Bunun əksi olsaydı o avtomaşına görə X12 ödədiyi pulu ona qaytarardı. Tərəfindən avtomaşının əvəzində 10500 manat pulun verilməsi Cavabdeh nümayəndəsi Orxan Umudov qarşısında borcun icra olunması borcun ixtiyarlı şəxs qarşısında icra olunması sayılır. Belə ki, xx.xx.2023-cü il tarixindən mülki əqdlər bağlamaq səlahiyyəti olan etibarnamə əsasında Cavabdeh adından çıxış edən Orxan Umudov ona xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında maşını satarkən və o həmin etibarnamə əsasında avtomaşını xx.xx.2023-cü il tarixində Ağayev Hamilə satarkən vicdanlı davranmışlar. Hal-hazırda avtomaşın Siyəzən rayonunda duracaqdadır, onu alan şəxs avtomaşından faydalana bilmir və bunun da, təqsirkarı Cavabdehdur. Onunla Cavabdeh nümayəndəsi arasında etibarnamə əsasında alğı-satqı olsa da, sonradan Məmməd tərəfindən nümayəndəsinə verilmiş etibarnamənin ləğv edilməsi və avtomaşını sonradan alan Ağayev Hamil tərəfindən avtomaşına görə ödədiyi pulun ondan tələb etməsi cavabdeh Məmmədin iddiaçı Teymurun hesabına əsassız varlanmağa çalışması kimi qiymətləndirilməlidir. Lakin avtomaşına dair etibarnaməni dərhal ləğv etmədiyindən və onunla üçüncü şəxs arasında alğı-satqıdan sonra nümayəndəsinə verdiyi etibarnaməni ləğv etməsi səbəbindən hesab edir ki, vicdanlı alıcı kimi onunla Cavabdeh arasında sonuncuya məxsus “Vaz 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının iddiaçıya qaytarılmasına dair iddia tələbi təmin edilməlidir. Odur ki, vicdanlı alıcı kimi İddiaçı ilə Cavabdeh nümayəndəsi X9 arasında Cavabdeh məxsus “Vaz 21725 minik” markalı, 2014-cü il buraxılışlı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair bağlanmış xx.xx.2023-cü il tarixli etibarnamənin həmin avtomaşının özgəninkiləşdirilməsinə dair əqd kimi tanınmasına və həmin avtomaşının ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının digər məhkəmə iclasları ilə toqquşması səbəbindən və məhkəmə prosesinə Bakıdan gəlməli olduğu üçün iştirakları olmadan keçirilməsini, həmçinin cavabdehin verdiyi vəsatət əsasında əlavə şahidlərin məhkəmə iclasına gəlməyəcəyi halda, əvvəlki məhkəmə iclaslarında təqdim edilmiş və araşdırılmış sübutlar əsasında iş üzrə yekun məhkəmə qərarı qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə sonuncuların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, Orxana avtomobili pul almadan vermişdir. Avtomaşının qiymətini 13000 (on üç min) manat olaraq hesablamışlar. Onlar avtomobili başqa adamın əli ilə ondan hədə-qorxu ilə almışlar. Orxana verdiyi etibarnaməni, Familə pul çatmadığı üçün ləğv etmişdir. İki dəfə avtomaşını Sumqayıt maşın bazarına satmaq üçün aparmış, alıcı olmadığı üçün avtomaşını vermişdir. Ona məxsus olan “Priora” markalı avtomobili Familin avtobusu ilə başa-baş dəyişmişlər. Onun avtomobili 20 gün Salyanda olmuş, sonra Orxan adlı şəxsə etibarnamə verməsini ona demişlər, o da, vermişdir. Salyan şəhərində “Yelo Bank” qarşısından avtomobili götürmüşdür. Ona zəng edərək Elmangilin pulunu verməmisən onun müqabilində avtomobili Orxana ver dedikləri üçün verimişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o avtobus almışdır. Avtobusun sahibi Famil ona demişdir ki, get avtobusa bax. Onun Elman və Şahinlə münasibəti əvvəldən yaxşı olmuşdur. Onlarla iş görmüşdür. O marşurut avtobusu almaq istəmişdir. Famil ona demişdir ki, onda avtobus var. O da, hələlik pulu olmadığını bildirmişdir. Üstündən bir həftə keçəndən sonra Famil avtobusu alıb-almayacağını zəng edib soruşduqda, daha sonra baxacağını bildirmişdir. 4-5 gün sonra o “Priora” markalı avtomobili ilə şəhid atası Ağaməmməd və Müşfiqlə birlikdə Şamaxıya avtobusa baxmağa getmişlər. Avtobus yararsız halda olmuşdur. O özünə məxsus olan “Priora” markalı avtomobillə avtobusun başa-baş dəyişdirilməsini təklif etmişdir. Onlar bu şərtlə razılaşmışlar. Avtobusun sahibi avtobusu təmir etmək üçün Şirvan şəhərinə gətirmişdir. O, Elman ilə birlikdə avtobusu Şirvan şəhərindən gedib götürmüşlər. Sonra Famil bu işi Şahinə həvalə etmiş və Şahin ona avtomaşınının ucuz olduğu üçün əlavə 2000 (iki min) manatda verməli olduğunu demişdir. Halalıq olsun deyə razılaşmışdır. Avtobusu gətirib 10 gün olardı ki, təmir etdirdikdən sonra avtobusun sahibi ona öz avtomobilini sataraq pulunu ona verməsini demiş, lakin o razılaşmamışdır. Avtomobilin özünü ona verəcəyini, sata bilmədiyini bildirmişdir. Famil bu məsələni Elmanla, Şahinə tapşırmışdır. Onlar ona avtobusu ucuz aldığını, avtobusun qiymətinin 19000 manat (on doqquz min) manat olduğunu bildirmişlər. Axırıncı söhbətləri 5000 (beş min) manat və avtomaşın olmuşdur. Onlara aralarındakı söhbətin “Priora” olduğunu və başqa heç bir şey verməyəcəyini bildirmişdir. Əlavə 2000 (iki min) manatı o halallıq olsun deyə razılaşmışdır. Üzərindən 10 gün keçdikdən sonra iki dəfə 2000 (iki min) manatı onlara verməyə çalışsa da, onlar götürməmişlər. Ona avtomaşınla birlikdə 5000 (beş min) manat verəcəyini bildirsələr də, o razılaşmamışdır. Ona hədə-qorxu gəlmişlər. 5-6 gün sonra ona Türkiyədən, Rusiyadan zənglər gəlməyə başlamış, lakin o zənglərə cavab verməmişdir. Gecə saat 01:00-də onu tanımadığı şəxslər söhbət etmək üçün çağırmışlar. O onlarla söhbətdən sonra 2000 (iki min) manatı və avtomaşını onlara vermişdir. Hətta bundan sonra 19 gün maşın etibarnaməsiz Salyan şəhərində qalmışdır. 19 gün sonra ona Orxan adlı şəxsə etibarnamə ver dedikləri üçün elektron kabinet vasitəsilə onlayn qaydada etibarnamə vermişdir. Orxan Salyan rayonunda “Yelo Bank”-ın qarşısından avtomaşını götürmüşdür. Bundan 20 gün sonra iş yerindən keçmiş polis əməkdaşı Mirzəağa Qasımovun onu axtardığını demişlər. Gedib onunla görüşdükdə, o, “Sən qoçusan millətin pulunu vermirsən?” demişdir. O da, cavabında pulu da, maşını da verdiyini demişdir. Sonra ona avtomaşın və pulun yiyəsinə çatmadığı məlum olmuşdur. Ona görə də, o Siyəzən RPŞ-nə gedib şikayət etmiş və maşına həbs qoydurmuşdur. Avtomaşın hazırda Siyəzən RPŞ-nin duracağında saxlanılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, Cavabdeh Orxan adlı şəxsə etibarnamə vermişdir. Avtomobil hazırda Siyəzən RPŞ-də qanunsuz saxlanılır. Dəfələrlə şikayət etməyinə baxmayaraq Siyəzən RPŞ-də Familin 11000 manat pulu verildikdən sonra avtomaşının həbsdən çıxarılacağı bildirilmişdir. İddia tələbi tam əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, bu maşın Məmməddən avtobusun əvəzi olaraq alınmışdır ki, satılsın və avtobusun pulu Familə ödənilsin. Sonra Orxanın avtomaşını Teymura, Teymurun isə Hamilə etibarnamə əsasında satdığı məlum olmuşdur. Nəticədə avtomaşına görə pul Familə çatmamışdır. İşin əvvəlində Famil bu məsələni Elman və Şahinə həvalə etmişdir ki, avtomaşından əlavə Məmməddən 2000 (iki min) manat yox 5000 (beş min) manat pul alınaraq ona verilsin. Familin adamları 2000 (iki min) manat pulu Məmməddən almışlar. İşin hallarındanda məlum olur ki, tərəflər arasında ümumiyyətlə alğı-satqı müqaviləsi olmamışdır. Orxana verilən etibarnamənin məqsədi avtomaşını sataraq pulunu Familə çatdırması olmuşdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X12 vəkili Vəkil3 bildirmişdir ki, həmkarının da dediyi kimi alğı-satqı baş etibarnamə əsasında olmuşdur. Baş etibarnamə verdiyi üçün Məmməd Orxan adlı şəxsin həmin avtomaşını satacağını bilmişdir. Çünki Orxan ona pul verməmişdir. Bunlar, yəni baş etibarnamə ilə alğı-satqı etmək işgüzar adətlərdir. Cavabdeh bildirir ki, Elmangil avtomaşını ondan hədə-qorxu ilə alıblar. Lakin Familə avtomaşının Orxana verilməsi barəsində məlumat verməmişdir ki, Famil bu barədə bilsin, avtomaşını və ya onun pulunu Orxandan alsın. Hazırda hər iki avtomaşının ona aid olduğunu bildirərək, şikayətdə edir. Lakin bu şikayət əsassızdır, çünki polisin qərarı var. Təmsil etdiyi şəxs avtomaşını tələb edir. Faktiki olaraq zərər çəkmiş şəxs təmsil etdiyi X14r. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Vəkil3 bildirmişdir ki, cavabdeh Bağırov X7 Rayon Məhkəməsində başqa bir işdə üçüncü şəxs qismində ifadə verərkən avtobusu satdığını bildirmişdir. Lakin hazırkı iclasda isə o, avtobusun hələ də onda olduğunu bildirir. Cavabdeh ifadələrində təzad var. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 vəkilinin göstərdikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 bildirmişdir ki, Məmmədə maşınını satmışdır. Ona pul və avtomaşın verməli olsa da, verilməmişdir. Satdığı avtomaşın avtobus olmuşdur. Hazırda avtobus Məmməddədir, lakin ona hələdə nə pul nə də avtomaşın verilməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid4 bildirmişdir ki, Teymuru əvvələr tanımamışdır. Ona sadəcə avtomaşın satmışdır. O dostu ilə oturub çay içən zaman Ukranyadan dostuna zəng gəlmişdir ki, alğı-satqı olmuşdur. Lakin pul verilməmiş onun əvəzində maşın veriləcəkdir. Dostu Orxan səhv etmirsə Salyan rayonundan maşını götürməyə getmişdir. Maşını götürəndən sonra şəhərə gətirib ona təhvil vermiş, o da, sayta öz adından elan qoyub maşını Teymura satmışdır. Məhkəmə cavabdehin, onun nümayəndəsinin, üçüncü şəxs və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Polis Şöbəsi tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun ksero surətindən görünür ki, Siyəzən şəhəri, Vidadi küçəsi, ev 34-də yaşayan X12 istifadəsində (etibarnamə ilə) olmuş “VAZ 21725” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi, Salyan rayon sakini Cavabdeh ərizəsi əsasında Siyəzən RPŞnin DYPB-si tərəfindən yoxlanılmasından ötrü Siyəzən RPŞ-nin mühafizə olunan duracağına gətirilərək, xx.xx.2023-cü il tarixdən hal-hazırkı tarixə qədər Siyəzən RPŞ-nin DYPB-nin mühafizə olunan duracağındadır. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Fərmanlının 29 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Siyəzən RPŞ-dən daxil olan məlumat əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan ƏN-İX 022589 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh mülkiyyətində olan 2014-cü ildə buraxılmış “VAZ 21725 minik” markalı, **-TG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 11 ay 3 gün müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə X15 vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, VAZ 21725 markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Həmin avtomobil Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon notariat ofisində (mobil notariat xidməti vasitəsi ilə) tərtib olunmuş etibarnaməyə əsasən X4 idarəçiliyinə verilmişdir. X9 isə həmin avtomobili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisində tərtib olunmuş etibarnaməyə əsasən İddiaçı̇ oğlunun idarəçiliyinə verilmişdir. Bundan sonra həmin avtomobil İddiaçı̇ oğlu tərəfindən 12 avqust 2023-cü il tarixli etibarnaməyə əsasən X12 idarəçiliyinə verilmişdir. Bundan əlavə, Cavabdehla Orxan Umudov və ya X20 Ələkbərov və ya İddiaçıla Hamil Ağayev arasında həmin avtomobilin alğı-satqısına dair hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh tərəfindən Orxan Umudovun adına verilmiş etibarnaməyə xitam verilmiş, nəticədə Orxan Umudovun adına verilmiş etibarnamə də öz qüvvəsini itirmişdir. Bununla da, hal-hazırda Orxan Umudov, İddiaçı və Hamil Ağayevin həmin avtomobilə dair sahiblik və istifadə hüquqları qalmamış, avtomobil xx.xx.2023-cü il tarixdən Siyəzən RPŞ-nin DYPB-nin mühafizə olunan duracağında saxlanılır. İddiaçı Orxan Umudovdan avtomobili 10500 manata satın alaraq X15 11100 manata satdığını bildirsə də, sonuncu həmin halı təsdiq etsə də, onların aralarında hər hansı etibarlı əqdin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Onların aralarında olan şifahi razılaşmanı isə məhkəmə əhəmiyyətsiz əqd kimi qəbul edir. Həmçinin, işə əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X21 iddia ərizəsi ilə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı VAZ 21725 markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı nəticəsində vurduğu zərərə görə 12100 (on iki min yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 125 (yüz iyirmi beş) manat, cəmi 12225 (on iki min iki yüz iyirmi beş) manat məbləğində pulun alıraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldəetmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Normaların mənasına görə mülki hüquq subyektlərinin bağladıqları müqavilələr müqavilə bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, onlar üçün məcburi qaydalara əməl etməli, daşınar əmlaka əqd üzrə yaranan hüquqlar qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə hesab edir ki, tərəflər nəqliyyat vasitəsinin alğı-satqısının rəsmiləşdirilməsinə dair mülki qanunvericiliyin tələblərinə əməl etməmişlər. Bununla da, iddiaçının vicdanlı alıcı kimi İddiaçı ilə Cavabdeh nümayəndəsi X9 arasında Cavabdeh məxsus “VAZ 21725 minik” markalı, 2014-cü il buraxılışlı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair bağlanmış xx.xx.2023-cü il tarixli etibarnamənin həmin avtomaşının özgəninkiləşdirilməsinə dair əqd kimi tanınmasına və həmin avtomaşının ona təhvil verilməsini tələb etməsi barədə göstərdikləri dəlillər əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəyə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəyə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı̇ oğlunun “VAZ 21725 minik” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə X8 ödədiyi 10500 manat pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı̇ oğlunun Cavabdeh, üçüncü şəxslər X21, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinə qarşı “avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı̇ oğlunun Cavabdeh, üçüncü şəxslər X21, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinə qarşı “avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı̇ oğluna aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar