Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-4/2024 01.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakı ilə İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X6 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit öhdəliyi üzrə 18221 ABŞ dolları məbləğində icra edilməmiş əsas borc, müddət sonuna hesablanan 10819 ABŞ dolları faiz borcu, 3011 ABŞ dolları məbləğində cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 2727 ABŞ dolları faiz borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 492/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 25 % (iyirmi beş) faiz ödənilmək şərtilə, 40.000 (qırx min ABŞ dolları) USD məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 18.221 USD (on səkkiz min iki yüz iyirmi bir ABŞ dolları) icra edilməmiş əsas borc, müddət sonuna hesablanan 10.819 USD (on min səkkiz yüz on doqquz ABŞ dolları) faiz, 3.011 USD (üç min on bir ABŞ dolları) cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2727 USD (iki min yeddi yüz iyirmi yeddi ABŞ dolları) borcu mövcuddur. Daha sonra LPO İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə (iddia tələbinin dəqiqləşdirilməsi) ərizə təqdim edərək, Cavabdeh kredit öhdəliyi üzrə qalan 18.221 USD (on səkkiz min iki yüz iyirmi bir ABŞ dolları) icra edilməmiş əsas borc, müddət sonuna hesablanan 10.819 USD (on min səkkiz yüz on doqquz ABŞ dolları) faiz, 3.011 USD (üç min on bir ABŞ dolları) cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2.727 USD (iki min yeddi yüz iyirmi yeddi ABŞ dolları) faiz borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh məxsus Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən 0,02192 ha torpaq sahəsi olan 214 saylı fərdi yaşayış evə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-13/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquq departamentinin direktoru Azər Əmirov məhkəməyə ərizə göndərərək, iş üzrə Cavabdeh vəfat etdiyi üçün, Salyan Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(057)-13/2021 saylı qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Tərəflərindən əldə olunmuş məlumata əsasən Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində həyat yoldaşı - X7 qeydiyyatda olaraq yaşayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh vəfat etdiyi səbəbindən X4 prosessual hüquqi varisliyi üzrə işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-6/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnərək, X1 Naib Sahib oğlunun hüquqi varisi kimi əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, “Bildirirəm ki, bu qədər iş üzrə iddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsi bağlanmış, 12 ay müddətinə, 25% olmaqla, 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin təminatı olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka müqaviləsi olaraq yüklü edilmişdir. Göründüyü kimi iş iddiaçı cavabdehə qarşı kredit borcunun geri qaytarılması və sair tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia tələbi məhkəmədə 2(057)-831/2019 saylı mülki iş kimi qeydiyyatdan keçmiş, iddiaçı tərəfindən məhkəməyə maliyyə arayışı təqdim edilmiş və həmin maliyyə arayışı əsasında xx.xx.2019-cu il tarixdə, 2(057)-831/2019 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmișdir. Həmin ekspert rəyinin nəticə hissəsindən görünür ki, müqavilə șərtləri nəzərə alınaraq cavabdehin müqavilə müddətinə, xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 20185,15 ABŞ dollar ve faiz borcu üzrə 662,22 ABŞ dollar, cərimə borcu üzrə 84,48 ABŞ dolları müəyyən edilmişdir. (Bunu iş materiallarında olan 24563 nömrəli ekspert rəyindən açıq-aşkar görmək olar). Qeyd edirəm ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsi bağlanarkən ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti çox așağı qiymətlə müəyyən edilmişdir. Həmin dövrdən bu günə kimi bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasının İqtisadiyyatında olan artıq, ABŞ dollarının dəyərinin isə xeyli artması onu deməyə əsas verir ki, xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsinin təminatı olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə naturada baxış keçirilərək, ilkin satış qiyməti müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etiraz vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər șəxslərə, șahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə șifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan ișin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyen edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Həmin Məcəllənin 97.4-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmıș qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsinden asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda göstərilənlərə əsasən MPM-nin 47, 76, 81, 88 və 97-ci maddələrinə əsasən, məhkəmədən xahiş edirəm. Mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilsin. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmtəəşünaslıq ekspertizasının ekspertlərinə tapşırılsın. Ekspert qarşısında aşağıdakı sual qoyulsun: 1. İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bunan sonra - cavabdeh) arasında xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icrasının təmini kimi; ünvan 2 ünvanında yerləşən fərdi yașayış evi xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixə kimi dövr üçün bazar qiymətinə uyğun hesablanmışdırmı? 2. İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bunan sonra-cavabdeh) arasında xx.xx.2015-ci il tarixdə, 492/15 saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icrasının təmini kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə naturada baxış keçirilərək hal-hazırki bazar qiyməti nə qədər təşkil edir? Ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının CM-nin 297ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdar olunsun”. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehin nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixli vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclası təxirə salınmış, Salyan Rayon Məhkəməsinin 2(057)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Həmin imtinadan görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə tədqiq olunan obyektə baxışın keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilərək, Mərkəzə məktub daxil olmuşdur. Həmin tarixdə tərəflərin heç biri baxışda iştirak etmədiyindən və tədqiqat obyekti təqdim olunmadığından, tədqiqat obyektinə baxış keçirilməsi və qərardada qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Baxışın təxirə salınması barədə əlavə məktub Mərkəzə daxil olmamışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 22 may 2015-ci il tarixli, 492/15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə, illik 25 % faiz dərəcəsi ilə 40000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 492/15/1 nömrəli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 492/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ipoteka qoyan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi 250700603, seriya MH 0001885) 21.062007-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən 83.5 kv.m yaşayış, 114.7 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. Həmin ev tərəflərin razılığı ilə 70000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 0080/22/ZB nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsində, Cavabdeh istifadəsində olan 0.02192 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh mülkiyyətində olan, 2 mərtəbəli, 3 otaqlı, 198.2 kvadratmetr ümumi, 83.5 kvadratmetr yaşayış, 114.7 kvadratmetr yardımçı sahədən ibarət 214 nömrəli fərdi yaşayış evinin hazırki ilkin satış qiyməti 50000 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi istifadəsində olan 02192 ha torpaq sahəsində yerləşən 214 nömrəli fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən 12 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 24 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 22 may 2015-ci il tarixli, 130 SF saylı kredit müqaviləsi üzrə 03 may 2019-cu il tarixə 18221 ABŞ dolları əsas borc, faiz borcu üzrə 10819 ABŞ dolları, cərimə borcu 3011 ABŞ dolları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 2722 ABŞ dolları, cəmi 34773 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2019-cu il tarixli, 24563 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh arasında 22 may 2015-ci il tarixli, 492/15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinə, yəni xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 20185,15 ABŞ dolları və faiz borcu üzrə 662.22 ABŞ dolları, cərimə borcu üzrə 84.48 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan X3 surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında 2(057)-13/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənə kimi dayandırılmışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi A.Məmmədov tərəfindən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru cənab Azər Əmirova ünvanlanmış 17 fevral 2023-cü il tarixli, 18 saylı məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, mərhum Cavabdeh məxsus olmuş, fərdi yaşayış evinə vərəsəlik işi açılmamış və hal-hazırda həmin fərdi yaşayış evi mərhumun həyat yoldaşı 1960-cı il təvəllüdlü X4 istifadəsindədir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə cavabdeh olan ipoteka qoyanın ölümündən sonra vərəsəlik işinin açılmaması məhkəmə tərəfindən müəyyən edilmiş, lakin iş üzrə cavabdehin arvadı X4 həmin fərdi yaşayış evində yaşaması və mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda məhkəmə tərəfindən Aşura Kərimova Cavabdeh prosessual hüquq varsii kimi cəlb edilmişdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasının təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 492/15 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 25 % dərəcəsi ilə 40.000 ABŞ dolları pul götürmüş, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi 250700603, seriya MH 0001885) xx.xx.2007-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Salyan şəhəri, T.Xəlilbəyli 214 ünvanında yerləşən 83.5 kv.m yaşayış, 114.7 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Cavabdeh ilə bank arasında xx.xx.2015-ci il tarixli, 492/15/1 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh hüquqi varisi kimi X7 müəyyən edilmişdir. Ona görə də, haqlı olaraq iddiaçı ona qarşı iddia tələbi irəli sürmüşdür. Bundan başqa məhkəmə ekspert rəyi ilə razılaşaraq cavabdehdən 662.22 ABŞ dolları faiz, 84.48 ABŞ dolları cərimə tutulmasını məqsədəuyğun hesab edir. Eyni zamanda ekspert rəyinə əsasən cavabdehin əsas borcu 20185.15 ABŞ dolları hesablansa da, bank 18221 ABŞ dolları tələb etdiyindən məhkəmə həmin məbləğdə əsas borcun tutulmasını məqsədəuyğun hesab edir. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində terəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, ləb güzəşi edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin (dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilmişdir kı, həmin Məcəllənin 399.3-cü maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-nin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 10819 ABŞ dolları məbləğin tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən 0.02192 ha torpaq sahəsi olan 214 saylı fərdi yaşayış evin ilkin satış qiyməti ipoteka müaviləsində tərəflər arasında razılaşmaya əsasən 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış vəsatətin məhkəmə prosesini əsassız yerə yubatmaq məqsədilə verildiyi qərarına gələrək vəsatətin təmin olunmamasını məqsədəmüvafiq hesab edir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən iddia ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 120 manat X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 22 may 2015-ci il tarixli, 492/15 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 18221 ABŞ dolları məbləğində əsas borc, 662.22 ABŞ dolları faiz borcu, 84.48 ABŞ dolları cərimə borcu, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2727 ABŞ dolları faiz borcu, cəmi 21694.7 ABŞ dolları (iyirmi bir min altı yüz doxsan dörd dollar yetmiş sent) ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb ipoteka ilə yüklü edilmiş Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 0.02192 ha torpaq sahəsində yerləşən 214 saylı fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 70000 (yetmiş min) manat olmaqla açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı LPO İddiaçı ASC-yə olan borcu ödənilsin. Borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ cavabdeh X6 qaytarılsın. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri - 120 manat X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-4/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-4/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver