Məhkəmə qərarları › İş №2(057)-400/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-400/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-400/2023 07.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədirliyi, Zmanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə borcun ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 1023 manat məbləğində pulun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 19:45 radələrində sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi **- KO-*** dövlət qeydiyyat nişanlı “BMW-535” markalı minik avtomobili ilə Salyan şəhəri, Ə.Quliyev küçəsində hərəkətdə olan zaman onun idarə etdiyi “VAZ-2106” minik markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtoqəza törətmişdir. Avtoqəza nəticəsində avtomobilinə 1023 manat ziyan dəymişdir. Dəymiş ziyan “İnam 93” tərəfindən təqdim olunmuş ziyan haqqında aktda öz əksini tapmışdır. Cavabdeh törətdiyi inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir.Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(057)-1000/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən cavabdehə 15 gün müddətində inzibati həbs tətbiq edilmiş və ona 1023 manat dəymiş ziyanın ödənilməsi qeyd olunmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 3(057)-1000/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmiş və Cavabdeh 1023 manat məbləğində pulun alınaraq zərərçəkmiş şəxs İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə baxışı zamanı aydın olomuşdur ki, iddiaçının hazırki tələbi ilə bağlı icra sənədi hesab olunan inzibaği qərar mövcuddur və həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı iddia tələbi məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0-cı maddəsində qeyd olunmuşdur ki, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261,263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh 1023 manat məbləğində pulun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia tələbi üzrə iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar