Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-410/2024 01.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi və İddiaçı iştirakı ilə pul tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 9000 manat, mənəvi ziyan 500 manat, maddi ziyan 500 manat, cəmi 10000 manat və dövlət rüsumu kimi ödədiyi 80 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, “Hunday Accent” markalı maşını olmuş, 2022-ci ildə həmin maşını internetə qoyub 9000 manata satmaq istəmişdir. Cavabdeh ona zəng edərək maşını almaq istədiyini bildirmişdir. Sonuncu maşını almaq istədiyni bildirmiş və 9000 manata razılaşmışlar. Cavabdeh ona əvvəlcə 4000 manat verməsini bildirmiş, özü də onunla razılaşmışdır. Bakı şəhəri 3-cü mikrorayon Salamzadə küçəsi 33-də görüşmüş, onunla razılaşmış ona əvvəlcə 4000 manatı daha sonra 5000 manatı isə 2 aydan sonra verəcəyini bildirmişdir. Yol polisinə gedərək Səidin dediyi adamın adına maşını sənədləşdirmişlər. Səid onu aldadaraq guya maşını “Kasko Sığorta” etdirib 13000 manat pul alacağını və onun pulunu verəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki,cavabdeh maşını arendatorun adına keçirmişdir. Səidlə aralarında xx.xx.2022ci ildə borc müqaviləsi bağlanmış, borcu xx.xx.2022-ci ildə qaytarmağı öhdəsinə götürmüşdür. Cəmi ona 100 manat pul vermiş, hal-hazırda telefonunu açmadığını bildirmişdir. Müqavilə bağlanan zaman Səid ona 1000 manatı yazmamağı həmin pulu ona bir həftəyə verəcəyini bu səbəbdən 4000 manatı müqavilədə qeyd etmişdir. Onu incitdiyi üçün 500 manat mənəvi ziyan tələb etdiyini, get-gələ saldığı və pul xərclədiyinə görə maddi ziyan tələb edir. 9000 manat pulu kirayəyə maşın götürüb ailəsini dolandırdığı üçün tələb etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri, 43 saylı notariat ofisində təsdiq edilmiş 19 oktyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 4000 manat borc vermiş və cavabdeh həmin borcu 05 dekabr 2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Tamah məqsədi ilə yazılmış, şər böhtan xarakterli uydurma bir iddia ərizəsidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı, borc alan Cavabdeh xx.xx.2022-ci il tarixinədək 4000 (dörd min) manat məbləğində pul borc vermişdir. Aralarında kredit müqaviləsinin bağlanmasına səbəb İddiaçı ona 9000 (doqquz min) manata, satdığı 2007-ci il buraxılış ili olan, “Hyundai Accent” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili alarkən cavabdeh maşını satan İddiaçı ilkin ödəniş olaraq 5000 (beş min) manat nəğd pul ödəmişdir. Qalan 4000 (dörd min) manat pulun əvəzinə aralarında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin avtomobili alandan 4 gün sonra avtomobilin mühərrikində problem yaranmış, mühərrik sıradan çıxmışdır. Mühərrikin əsaslı təmiri üçün, yeni ehtiyyat hissələrinin alınıb, mühərrikin yığılması üçün 2100 (iki min yüz) manat vəsait tələb olunmuşdur. O bu barədə maşını satan İddiaçı məlumat vermiş avtomobili geri qaytarmaq istədiyini bildirmiş, iddiaçı isə mühərriki yenidən yığdırmasını və çəkdiyi xərcin 2100 (iki min yüz) manatın 1000 (min) manatını kredit müqaviləsindəki məbləğdən çıxacağını demişdir. Məcburiyyət qarşısında qaldığından 2100 yüz manat xərc çəkib həmin avtomobilin mühərrikini yenidən yığdırmışdır. Əlavə olaraq aralarında qalan 3000 (üç min) manat borcdan 500 (beş yüz) manat məbləğində nəğd pulu (hissə-hissə olmaqla 200+200+100 manat olaraq) iddiaçının adına olan Bank kartına göndərmişdir. Aralarında iddiaçıya ödəməli olduğu 2500 borcu qaldığını bildirmişdir. İddiaçı birbaşa uydurma məbləğ 10000 (on min) manat yazaraq, 10000 (on min) manat məbləğindəki pulun necə əmələ gəlməsini, nəyin əsasında tələb etməsini təsdiq edən mötəbər sübut təqdim etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. Odur ki iddia tələbini heç bir şəkildə qəbul etmədiyini və iddianın qanusuz və əsassız olduğunu qeyd edərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı a ydın olmuşdur ki, iddiaçı özünə məxsus olan avtomaşını hissə-hissə ödəmək şərti ilə cavabdehə satmış, cavabdeh əvvəlcə iddiaçıya 5000 manat ödəmiş, qalan 4000 manatı isə sonradan verəcəyini bildirmişdir.Qeyd olunan 4000 manata görə aralarında xx.xx.2022-ci ildə kredit müqaviləsi bağlanmışdır.Cavabdeh qeyd olunan xüsusatı təsdiq edir, bunun sübut olunmasına ehtiyac qalmır. Eyni zamanda cavabdeh iddiaçya 4000 manat borclu olmasını özü təsdiq edərək həmin məbləğdən ödəyərək 2500 manat borclu qaldığını etiraf etmişdir.Cavabdeh borcunu qaytardığını təsdiq edən sübutlara məhkəməyə təqdim etməmiş, cavabdeh də bunu etiraf etməmişdir.Ona görə də məhkəmə cavabdehin iddiaçıya 4000 manat borclu qaldığını daha düzgün hesab edir. İddiaçı cavabdehdən mənəvi və maddi ziyana görə 1000 manat tələb etməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. Eyni zamanda iddiaçının 9000 manat tələb etməsi hissəsində məhkəmə 4000 manatın əsaslı olduğunu qeyd edərək iddianı həmin hissədə təmin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzndə 32 manat alınıb İddiaçı verilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-410/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-410/2024
01.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver