Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-411/2024 23.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Əlyusif qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əlyusif qızı və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlyusif qızı və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3475 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanında yaşayır. Yaşadıqları evdə özlərinə məxsus mağazaları vardır. Həmin mağazada elektronika malları, cehizlik və digər məişət əşyaları satırlar. Cavabdehləri uzun müddətdir ki, tanıyır. Cavabdeh2 digər cavabdehin qızıdır. Cavabdehlərə müxtəlif vaxtlarda 2020-ci ildən mal satmış, cavabdehlər bunun əvəzində pulunu hissə-hissə qaytarmış, onların bugünki günə 3475 manat borcu qalmışdır. Cavabdehlər hazırda borclarını qaytarmırlar. Dəfələrlə onların istifadəsində olan telefon nömrəsinə zəng edərək borclu qaldıqları pulu istəsə də, pulunu qaytarmaqdan boyun qaçıraraq yayınmışlar. O cavabdehlərdən pulunu ala bilmir. Onlar borclu olduqlarını özləri də etiraf edirlər. Cavabdehlərin ona borclu olması məhkəməyə gətirəcəyi şahidlər və sübutlarla da təsdiq olunacaqdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3475 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, o, Cavabdeh1 3475 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yaşadıqları evdə özlərinə məxsus mağazaları vardır. Həmin mağazada elektronika malları, cehizlik və digər məişət əşyaları satırlar. Hazırda iddianı dəqiqləşdirərək qeyd etmək istəyir ki, onun cavabdehə satdıqları aşağıdakılardır: 2 ədəd pakraval hər birinin qiyməti 14 manat olmaqla, cəmi 28 manat; 2 ədəd döşək mitili hər birinin qiyməti 13 manat olmaqla, cəmi 26 manat; 2 ədəd ədyal hər birinin qiyməti 25 manat olmaqla, cəmi 50 manat; 2 ədəd pastel hər birinin qiyməti 38 manat olmaqla, cəmi 76 manat; 3 ədəd prastina hər birinin qiyməti 10 manat olmaqla, cəmi 30 manat; 3 ədəd balış üzü hər birinin qiyməti 6 manat olmaqla, cəmi 18 manat; 2 ədəd qadın maykası hər birinin qiyməti 3 manat olmaqla, cəmi 6 manat; 5 ədəd mayka hər birinin qiyməti 3 manat 40 qəpik olmaqla, cəmi 17 manat; 10 ədəd iç geyimi hər birinin qiyməti 4 manat 90 qəpik olmaqla, cəmi 49 manat: 5 ədəd skater 192 manat, 3 ədəd dəsmal 30 manat, 1 ədəd qətvə 9 manat, 3 ədəd vlyur skater 170 manat, 1 ədəd platya 12 manat, 1 ədəd skater 55 manat, 5 ədəd döşək mitili 35 manat, 6 ədəd pakraval 84 manat, 3 ədəd döşək mitili 39 manat, 3 ədəd qabpampersi 39 manat, 6 ədəd yorğan mitili 60 manat, 4 ədəd adyal 90 manat, 7 ədəd pastel 226 manat, 4 ədəd yorğan mitili 56 manat, 6 ədəd prastina 60 manat, 10 ədəd balış üzü 60 manat, 4 ədəd divan üzü 72 manat, 1 ədəd yorğan 28 manat, 10 ədəd tük keçməz-30 manat, 10 ədəd iç geyimi 30 manat, 2 ədəd vaz 20 manat, 6 ədəd prostina 48 manat, 2 ədəd skater 60 manat, 5 ədəd naçnoy 35 manat, 9 ədəd qətvə 108 manat, 10 ədəd dəsmal 120 manat, 2 ədəd qazan naboru 95 manat, 1 ədəd tava 28 manat, 1 ədəd boşqab naboru 50 manat, 1 ədəd tozsovuran 130 manat, 30 ədəd nalça mitili 90 manat, 30 ədəd nalça üzü 150 manat, 2 ədəd prastina 20 manat, 2 ədəd tava 28 manat,1 ədəd döşək mitili 13 manat, 10 ədəd mayka 130 manat, 6 ədəd döşək üzü 176 manat, 10 ədəd dəsmal 50 manat, 1 ədəd skater 50 manat, 2 ədəd skater jurnalni 50 manat, 10 ədəd mayka 30 manat, 5 ədəd iç geyimi 20 manat, 2 ədəd vedrə 50 manat, 2 ədəd boşqab naboru 100 manat, 2 ədəd abxor bakal 50 manat, 1 ədəd çuğun qulplu 7 manat, 2 ədəd döşək mitili 14 manat, 2 ədəd abxor 50 manat, 6 ədəd yorğan mitili 92 manat, 3 ədəd adyal 75 manat, 10 ədəd balış üzü 60 manat, 1 ədəd taxt döşək mitili 20 manat, 3 ədəd yorğan mitili 42 manat, 1 ədəd döşək üzü 35 manat, 3 ədəd yorğan üzü 91 manat, 66 ədəd nalça üzü 330 manat, 2 ədəd döşək üzü vlyur 50 manat, 8 ədəd fartıq 26 manat, 2 ədəd padstavka 80 manat. Cavabdehlərin ümumilikdə 4529 manat borcları yaranmış, onlar borclarından cəmi 1053 manat qaytarmış, bugünki günə 3476 manat borcları qalmışdır. İddianı dəqiqləşdirərək Cavabdeh1 3476 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh1 onun uzaq qohumudur. Cavabdeh ondan nisyə mal götürərək başqalarına satmışdır. Cavabdehdən pulunu tələb edir. Digər Cavabdeh2 yeni ana olması səbəbindən ona qarşı olan tələbindən imtina edir. Cavabdeh1 ona hər ay 100 (yüz) manat olmaqla, 300 (üç yüz) manat pul ödəmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, Cavabdeh1 Əlyusif qızı tərəfindən borcdan 300 manat ödədiyini, cavabdehin 3175 manat borcu qaldığını, 3175 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 Əlyusif qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Əlyusif qızı bildirmişdir ki, iddiaçıdan aldığı malları nisyə satmışdır. Satdığı malların pulu hissə-hissə alaraq iddiaçıya qaytarır. Çinarəyə olan 3475 manat borcundan 300 manat ödədiyini, 3175 manat borclu qaldığını bildirmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsi ilə tanış olduğunu, iddianı qəbul etdiyini, 3475 manat borcundan 3175 manat borcu qaldığını, tələb olunan məbləği və rüsumu ödəməyə razıdır. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Yaşadığı evdə elektronika malları, cehizlik və digər məişət əşyaları satışını həyata keçirir. İddiaçı Cavabdehə 2020-ci ildən başlayaraq müxtəlif vaxtlarda əşya satmış, cavabdehin ümumilikdə iddiaçıdan 4529 manat dəyərində əşya almışdır. İş materiallarında olan “borc” dəftərinin ksero surətindən görünür ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda mal almışdır. Həmin əşyalara görə borcundan 1353 manat qaytarmış, 3175 manat borcu qalmışdır. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbini etiraf etməklə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu Cavabdeh1 Əlyusif qızından alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Əlyusif qızından 3175 (üç min yüz yetmiş beş) manat pul və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Əlyusif qızından 3175 (üç min yüz yetmiş beş) manat pul və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-411/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-411/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver