Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-414/2023 02.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Cavabdeh Qiymətləndirmə Şirkətinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qiymətləndirmə Şirkətinə qarşı daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza rəyinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qiymətləndirmə Şirkəti tərəfindən aparılmış onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 70,5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 0230/22 N-li ekspertiza rəyinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının keçirilməsi 17 fevral 2023-cü il tarixə, saat 15:00-yə Salyan Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Lakin tərəflər məhkəmə hazırlıq iclasına gəlmədikləri üçün məhkəmə hazırlıq iclası 02 mart 2023-cü il tarixə, saat 16:00-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasına təkrar gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına təkrar gəlmədiyi və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikləri üçün, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Qiymətləndirmə Şirkətinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 71 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-414/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-414/2023
02.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver