Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-416/2023 21.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Vəliyevin sədrliyi X3 oğlunun katibliyi ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilərək ünvan 1 ünvanında yaşayan Cavabdeh təbiətə dəymiş ziyana görə 580 manat pulun tutularaq 3 saylı Regional Ekologiya və Təbil Sərvətlər İdarəsinin Bank rekvizitləri: Alan bank: X1 kodu 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ 22. Alan müştəri: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin h/h AZ70CTRE******************** (kitab № 003917) Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, VÖEN **********. Ödənişin əsası: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “X2 üzrə Ehtiyat Fonduna” (Cərimə, ödəmə, iddia, dəymiş ziyan) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddianı onunla əsaslandırmışdır ki, İdarənin əməkdaşları Salyan rayonu, Ələt-Astara yolu 55-ci kilometrliyində ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən meşə fonduna daxil olmayan 2 ədəd ağacın kökündən kəsilərək məhv edilməsi faktını aşkar etmişlər. Bu faktla əlaqədar xx.xx.2020-ci il tarixdə 62800 saylı Akt və xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola və işin digər materiallarına baxışı zamanı 3 saylı Regional Ekologiya və Təbil Sərvətlər İdarəsinin rəisi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 27 oktyabr 2020-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə qərarı ilə 2000 (iki min manat) manat məbləğində cərimə edilmiş və təbiətə dəymiş ziyana görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən 580 (beş yüz səksən) manat məbləğində iddia qaldırılmışdır. Cavabdehə təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli məktubla rəsmi müraciət olunsa da, onun tərəfindən bu vaxtadək heç bir məbləğ ödənilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh 07 oktyabr 2020-ci il tarixdə Salyan rayonu Ələt-Astara yolu 55-ci kilometrliyində meşə fonduna daxil olmayan 2 ədəd ağacı kökündən kəsərək məhv etməklə təbiətə 580 manat ziyan vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 580 (beş yüz səksən) manat ziyan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Bank rekvizitləri: Alan bank: X1 kodu 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ 22. Alan müştəri: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin h/h AZ70CTRE******************** (kitab № 003917) Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, VÖEN **********. Ödənişin əsası: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “X2 üzrə Ehtiyat Fonduna” (Cərimə, ödəmə, iddia, dəymiş ziyan) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Meşə Fonduna vurulmuş 580 (beş yüz səksən) manat ziyan alınaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aşağıdakı hesabına keçirilsin. Bank rekvizitləri: Alan bank: X1 kodu 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ 22. Alan müştəri: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin h/h AZ70CTRE******************** (kitab № 003917) Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, VÖEN **********. Ödənişin əsası: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “X2 üzrə Ehtiyat Fonduna” (Cərimə, ödəmə, iddia, dəymiş ziyan) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(057)-416/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-416/2023
21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver