Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-447/2023 28.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X6 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, cavabdeh X2 iştirakı ilə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 746.94 manat əsas, 577.24 manat faiz, 323.71 manat cərimə, 168.10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 1815.99 manat məbləğində kredit borcunun və mübahisənin məhkəməyə verilməsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 124 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə əsasında nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq cavabdeh X5 ilə iddiaçı Bank arasında kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı danışıqlar müvəfəqiyyətlə yekunlaşdığını və cavabdeh tərəfindən həmin borcun ödənilməsi ilə bağlı öhdəliyin götürülməsi və onun tərəfindən halhazırda icra olunmasını göstərərək, 2(057)-447/2023 saylı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 bildirmişdir ki, iddiaçı Bank arasında kredit müqaviləsi üzrə yaranmış borc onun tərfindən ödəmişdir. İddiaçının ərizənin baxılmamış saxlanılmaqla, sənədlərin geri qaytarılması barədə ərizəsinə etiraz etmir. Məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə baxışı iclasına gəlməmişdir. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə səasən ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259,263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 124 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-447/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-447/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver