Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-455/2025 17.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5925,88 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mərhum bacısı X1 övladıdır. Cavabdeh onun adından 20 may 2023-cü ildə "xxxx" ASC-dən 48 ay müddətinə 3850 manat kredit götürmüşdür. Cavabdeh aylıq ödənişlərini özü verməyinə dair söz versə də kredit borcları ödənilmir. Hazırda Bank tərəfindən aylıq kredit borcları və faiz borcları əmək pensiyasından tutulur. Cavabdehə dəfələrlə borclu qaldığı pulu tələb etməyinə baxrmayaraq müxtəlif bəhanələrlə boyun qaçırdır. Həmin kredit borcu faizləri ilə birlikdə onun üstündə qalmışdır. Dəfələrlə istifadəsində olan telefon nömrəsinə zəng edərək borcunu tələb etsə də, cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 5925,88 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; «Kapital Bank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2544875B143 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 3850 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, İddiaçı Salyan rayon Polis şöbəsinə müraciət edərək, Cavabdeh onun adından "xxxx" ASC-dən 48 ay müddətinə 3850 manat məbləğində kredit götürməsinə baxmayaraq, həmin krediti ödəməməsi barədə barəsində qanunauyğun tədbir görülməsi barədə şikayət etmişdir. Salyan Rayon Polis Şöbəsi tərəfindən 23 noyabr 2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinə və isə Salyan RPŞ-nə etdiyi müraciətə baxılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətdə qeyd olunan xüsusatlar mülki hüquq normaları tənzimləndiyi və məhkəmə səlahiyyətinə aid olduğu qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 20 may 2023-cü ildə "xxxx" ASC-dən 48 ay müddətinə 3850 manat kredit götürmüşdür. Hazırda Bank tərəfindən aylıq kredit borcları və faiz borcları əmək pensiyasından tutulur. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilən maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, İddiaçı müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan müqavilə üzrə yaranmış borc onun pensiyasından tutulmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaysan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-455/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-455/2025
17.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver