Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-456/2023 25.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilmə“ tələbi barədə iddia ərizəsinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzinə ödədiyi 1148,40 manat cərimələrin və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi (reqres hüququ) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsidir. X1 adına olan “VAZ-21074 minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı, Ban: XTA**********4321 nömrəli, mühərrikin nömrəsi N/Z SİL, buraxılış ili 2005-ci il olan avtomaşın Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-194 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş qunun üzrə X4 Şəhadətnaməyə əsasən onun adına keçmişdir. Həmin maşın anası X1 adına olan zaman Cavabdeh satılmışdır. Cavabdeh həmin maşına görə olan borcunu ödəmədiyindən məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(057)-1060/2022 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş və “VAZ- 21074 minik” markalı, 2005-ci il buraxılışlı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq ona verilmişdir. Avtomaşın Cavabdeh istifadəsində olan zaman 1048,40 manat miqdarında cərimə olunmuş və cavabdeh tərəfindən ona zərər vurulmuşdur. Həmin zərər tərəfindən ödənilmişdir. Bundan əlavə avtomaşın ona təhvil verilən zaman evakuatora 100 manat pul ödəmişdir. Cəmi Cavabdeh tərəfindən ona 1148,40 manat zərər vurulmuşdur. Odur ki, Cavabdeh əvəzinə ödədiyi 1148,40 manat cərimələrin və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi (reqres hüququ) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda o, izahatında göstərmişdir ki, Zamin Tofiq oğlunun törətdiyi inzibati xətalara görə 27 dekabr 2022-ci il tarixdə X9 vasitəsi ilə ümumilikdə 1148,40 manat inzibati cərimə ödəmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(057)-1060/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul və avtomobil tələbinə dair iddiası qismən təmin edilmiş, “VAZ-21074 minik” markalı, 2005-ci il buraxılışlı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli Qanun üzrə X4 Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi - ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 0 miras əmlakdan tam hissədə pay almış almış və verilən miras əmlak Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD 858770 nömrəli qeydiyyat əhadətnaməsinə əsasən ban nömrəsi XTA**********4321, mühərrikin nömrəsi N/Z SİL və buraxılış ili 2005-ci il olan “VAZ 21074 minik” markalı **-XT-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan "xxxx" MMC-nin sədri N.M.Nağıyev tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, №02 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 85, 4-cü mərtəbə, 4 saylı mənzildə yaşayır və qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh EQ6770477 saylı qərara əsasən 36 manat, EQ6461648 saylı qərara əsasən 18 manat, EQ6157590 saylı qərara əsasən 32 manat, EQ6667691 saylı qərara əsasən 45 manat, EQ6245940 saylı qərara əsasən 160 manat, EQ6916380 saylı qərara əsasən 45 manat, EQ14252501 saylı qərara əsasən 32 manat, EQ7900537 saylı qərara əsasən 32 manat, EQ6019792 saylı qərara əsasən 16 manat, EQ7228152 saylı qərara əsasən 80 manat, EQ5978747 saylı qərara əsasən 16 manat, İPX3714526 saylı qərara əsasən 200 manat, İPX3947623 saylı qərara əsasən 320 manat olmaqla, cəmi 1048 manat cərimə ödəmişdir. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsində qeyd olunmuşdur ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından aydın olur ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh Salyan rayonu, Kürsəngi kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə EQ6770477 saylı qərara görə 36 manat, EQ6461648 saylı qərara görə 18 manat, EQ6157590 saylı qərara görə 32 manat, EQ6667691 saylı qərara görə 45 manat, EQ6245940 saylı qərara görə 160 manat, EQ6916380 saylı qərara görə 45 manat, EQ14252501 saylı qərara görə 32 manat, EQ7900537 saylı qərara görə 32 manat, EQ6019792 saylı qərara görə 16 manat, EQ7228152 saylı qərara görə 80 manat, EQ5978747 saylı qərara görə 16 manat, İPX3714526 saylı qərara görə 200 manat, İPX3947623 saylı qərara görə 320 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsaslı qəbul edərək hesab edir ki, Cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində dəymiş maddi zərər iddiaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərər tələb etmə hüququ iddiaçıya aid olduğundan cavabdehdən 1048 manat inzibati cəriməyə görə ödənilmiş məbləğdə pul və ödənilmiş 32 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1048 manat inzibati cərimə ödəniş məbləği və 29.21 manat dövlət rüsumu olmaqla cəmi 1077.21 (bir min səksən) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-456/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-456/2023
25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver