Məhkəmə qərarları › İş №2(057)-483/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-483/2023

23.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-483/2023 23.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 9000 manat məbləğində pulun və 110 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 2021-ci ilin sentyabr ayında ondan borc pul almışdır. O, da Cavabdehi tanıdığı və inandığı üçün qızıllarını lombarda qoyaraq 12000 manat pul götürüb Cavabdeh vermişdir. Cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını bildirdirmişdir. Cavabdeh borcundan 3000 manatını qaytarmışdır. Cavabdehin ona 9000 manat borcu qalmışdır. Hazırkı vaxta qədər cavabdeh borcunu qaytarmamışdır. Dəfələrlə ondan pulun alınması ilə bağlı müractətlər olsa da pulu geri ala bilməmişdir. Cavabdeh barəsində Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş və oradan bildirmişlər ki, pul tələbi ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Odur ki, Cavabdeh 9000 manat məbləğində pulun və ödədiyi 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdehin borcundan Ziya adlı qardaşı 3000 manatını qaytarmışdır. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddianı qəbul etmir, İddiaçı 5000 manat borc almışdır. X1 həmin borcdan iddiaçıya 3650 manat ödəmişdir. Hazırda İddiaçıya 1350 manat borcu olduğunu bildirmiş və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə ərizə ilə müraciət edərək İddiaçı 5000 manat borcu olduğunu, lakin X1 onun borcundan iddiaçıya 3650 manat ödədiyini, halhazırda borcunun 1350 manat olduğunu onu da qaytarmağa heç bir etirazının olmadığını qeyd etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan RPŞ-də İddiaçı 26 sentyabr 2022-ci il tarixdə Salyan şəhər sakini Cavabdeh barəsində Salyan RPŞ-yə etdiyi müraciət əsasında aparılan araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında Cavabdeh İddiaçı 2021-ci ilin sentyabr ayında 16300 manat pul borc aldığını, sonra isə həmin pulu hissə-hissə ödəməyə başladığını, ümumilikdə isə 11300 AZN pul qaytardığını, indi isə 5000 AZN pul borcunun olduğunu, Aygün ona pulu gec qaytardığına görə 4300 AZN üstünə faiz gəlib. Aygündən gələn ayın axırına borcunu hissə-hissə qaytarması üçün möhlət istəmişdir. Salyan RPŞ-də İddiaçı müraciət əsasında aparılan araşdırma zamanı İddiaçı izahatı alınmış, izahatında İddiaçı göstərmişdir ki, İlkin adlı şəxsi əvvəldən tanımış, İlkinin dediyi iş planı ilə əlaqədar ona borc pul vermişdir. İlkin olaraq 2500 manat, sonra 1500 manat, daha sonra 2500 manat, 1800 manat, 1000 manat, 2000 manat və 4000 manat, ümumilikdə isə 16300 manat borc vermişdir. 9300 manat borc qalmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc olaraq hissə-hissə olmaqla ümumilikdə 16300 manat borc vermişdir. Cavabdeh həmin borcundan hissə-hissə olmaqla 11300 manat pulu iddiaçıya qaytarmışdır. Lakin borcundan qalmış 5000 manat pulu hissə-hissə olaraq ödəyəcəyinə söz vermiş, bu barədə polis bölməsində verdiyi izahatda da qeyd edilmişdir. Lakin o, müvafiq borcu iddiaçıya qaytarmamışdır. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq qeyd edir ki, Cavabdeh 29 sentyabr 2022-ci il tarixdə Salyan Rayon PŞ-də verdiyi izahatdan sonra iddiaçıya 3500 manat borcundan ödədiyini qeyd etsə də bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və Salyan Rayon PŞ-dən təqdim olunmuş izahatlar əsasında Cavabdeh oğlunun heç bir hüquqi əsas olmadan iddiaçıların hesabına 5000 manat məbləğində pul əldə etdiyini, bu yolla əsassız varlandığı müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıların hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş cəmi 61.11 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc verilən 5000 manat qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən həmin məbləğdə də qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 (beş min) manat və 61.11 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 61.11 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar