Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-5/2023 03.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Məmmədlinin sədrliyi, Nənəqız Millət qızı Babayevanın katibliyi, İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8, Cavabdeh X4 iştirakı ilə İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y YƏ N E T D İ : Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra İddiaçı ASC) kreditlərin idarə edilməsi departamentinin direktor müavini X17 Rayon Məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh1 xx.xx.2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 7641,07 manat əsas borc, 668,60 manat faiz borcu, 1091,53 manat cərimə borcu, 1084,61 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 10485,31 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, 422 kv.m yaşayış sahəsindən ibarət yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 09 avqust 2019-cu il tarixli, № 2(057)-752/2019 saylı qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh2 hüquqi varisi müəyyən edilənə kimi dayandırılmışdır. İddiaçı ASC-nin hüquq departamentinin direktoru Azər Əmirov tərəfindən verilmiş mülki iş üzrə icraatın təzələnməsi barədə ərizədən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində həyat yoldaşı-X2, X10, gəlini X7, nəvələri X13 və X11 qeydiyyatda olmaqla yaşayırlar. Ona görə də, Cavabdeh2 vəfat etdiyi səbəbindən X2, X10 və X9 prosessual hüquqi varisliyi üzrə işə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 mart 2023-cü il tarixli 2(057)-5/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək, məhkəmə baxışı iclasına təyin edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X14 iddianı müdafiə etdiyini qeyd edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və həmçinin iş üzrə digər cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında bildirmişdir ki, etibarnamə üzrə nümayəndəsi olduğu şəxs anasıdır. İddia ərizəsi ilə tanış olmuşdur. Banka 3000 manat borcu qalsa da, ona 7000 manat borcu olduğu bildirilmişdir. Həmin borcla razılaşmır. Keçən həftə İddiaçı ASC-yə getmiş, Aygün adlı şəxsə yaxlaşmaq istəsə də orada onu hərə bir işçinin yanına göndərdiyi üçün söz-söhbət yaranmışdır. Heç bir sənəd ona təqdim olunmamışdır. Ona görə də, ona qarşı verilmiş iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 01 iyul 2013-cü il tarixli, 116/13 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 6 % faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 116/13/1 nömrəli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli, 116/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, **********8-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən, 42,2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ev tərəflərin razılığı ilə 18000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 nömrəli fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdən 36 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 07 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 01 iyul 2013-cü il tarixli, 116/13 saylı kredit müqaviləsi üzrə 03 may 2019-cu il tarixə 7641,07 manat əsas borc, faiz borcu üzrə 668,60 manat, cərimə borcu 1091,53 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 1084,61 manat, cəmi 10485,81 manat borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan X6 surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarında 09 avqust 2019-cu-il tarixli, 2 (057)-752/2019 saylı qərardadından görünür ki, mülki iş üzrə icraat Cavabdeh2 hüquqi varisi müəyyən edilənə kimi dayandırılmışdır. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Məmmədov tərəfindən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru cənab Azər Əmirova ünvanlanmış 17 fevral 2023-cü il tarixli, 19 saylı məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, mərhum Cavabdeh2 məxsus olmuş fərdi yaşayış evinə vərəsəlik işi açılmamış və hal-hazırda həmin fərdi yaşayış evi mərhumun həyat yoldaşı-X2, oğlu-X10, gəlini-X7, nəvələri-X13 və X5 istifadəsindədir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh1 01 iyul 2013-cü il tarixli, 116/13 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 6 % faiz dərəcəsi ilə 15000 pul götürmüş, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, **********8-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən, 42,2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş, ünvan 1 ünvanında yerləşən, 42,2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Cavabdeh2 ilə bank arasında xx.xx.2013cü il tarixli, 116/13/1 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh2 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Cavabdeh2 hüquqi varisi kimi X2 və X10 müəyyən edilmişdir. Ona görə də, haqlı olaraq iddiaçı onlara qarşı iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində terəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən fəşkil giilfİkdə, ləb güzəşi edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibələərində şəxslərin (dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq, varisi İlə əvəz etməyə yol veri. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxl ana qələr irosesdə edilmiş bütün hərəkələr, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hünvri varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etiharsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilmişdir kı, həmin Məcəllənin 399.3-cü maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-nin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 7641,07 manata mütənasib olmadığından 1091,53 manat məbləğində cərimə pulunun 50 manat məbləğinə azaldılması məqsədəuyğundur. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 1084,61 manat məbləğin tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. İpoteka predmeti olan əmlakın likvid dəyəri tərəflər arasında mübahisə olmadığından müqavilədə göstərilən 18000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 27 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X2 və X3 01 iyul 2013-cü il tarixli, 116/13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 7641,07 manat əsas borc, 668,60 manat faiz borcu, 50 manat cərimə borcu, 1084,61 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 9444,28 manat və ödənilmiş 27 (iyirmi yeddi) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma kreditin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, 422 kv.m yaşayış sahəsindən ibarət yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracda satış yolu realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-5/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-5/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver