Məhkəmə qərarları › İş №2(057)-503/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-503/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-503/2023 07.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının səlahiyyətli nümayəndəsi X1 Cavabdehlər X6 və Cavabdeh2 iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X6 və Cavabdeh2 oğluna qarşı “borcun qaytarılması“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı QSC) cavabdeh X6 və Cavabdeh2 qarşı “borcun qaytarılması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5930,34 manat, faiz borc üzrə 148,35 manat olmaqla, cəmi 6078,69 manat borcun və 80,79 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC ilə X6 arasında 16 dekabr 2019-cu il tarixli 7 saylı güzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 5930.34 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 il müddətinə bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli borc müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi təşkilatın Salyan filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 7 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X6 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bağlanmış xx.xx.2019-cu il tarixli 7 saylı güzəştli borc müqaviləsinə əsasən cavabdeh X4 İddiaçı QSC-yə olan əsas borcu 5930.34 manat olmaqla, cəmi borc 6078.69 manat təşkil etmişdir. Borcun ödənilməsi barədə cavabdeh və onun zamini Cavabdeh2 dəfələrlə müraciət olunmasına baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5930.34 manat, faiz borc üzrə 148.35 manat olmaqla, cəmi 6078.69 manat borcun və 80.79 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini və həmin məbləği ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini və X6 borcunu ödəmədiyi halda zamin kimi özü ödəyəcəyini bildirmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 7 saylı güzəştli borc müqaviləsindən görünür ki, cavabdeh X5 5 il müddətinə illik 1 faiz hesablanmaqla 5930.34 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 7 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, təşkilatla borclu arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu X6 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan bildirişdən görünür ki, X6 və Cavabdeh2 kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 80.79 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və cavabdehin ərizələrini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdeh X6 və Cavabdeh2 5930.34 manat məbləğində əsas borc, 148.35 manat məbləğində faiz borcu, cəmi 6078.69 manat məbləğində pul alınaraq İddiaçı QSCyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada 5930.34 manat məbləğində əsas borc və 148.35 manat məbləğində faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 80.79 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 75.28 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və iddiaçının xeyrinə cavabdehlər X6 və Cavabdeh2 oğlundan müştərək qaydada 5930.34 manat məbləğində əsas borc, və 148.35 manat məbləğində faiz borcu və iddiaçı tərəfindən ödənilmiş 80.79 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxrıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5930.34 manat, faiz borcu üzrə 148.35 manat olmaqla cəmi cəmi 6078,69 manat məbləğində pul və ödənilmiş 80.79 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar