Məhkəmə qərarları › İş №2(057)-51/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-51/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-51/2023 01.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı Açıq Səhimdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı və Cavabdeh3 qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində Olan İddiaçı Açıq Səhimdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı və Cavabdeh3 qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iş üzrə tərəflər arasında kredit borcunun qaytarılması istiqamətində barışıq əldə edilmişdir. Həmin barışıq sazişinin əsli təsdiq üçün məhkəməyə təqdim edilir. Odur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki: 2.1.xx.xx.2015-ci il tarixli, 477/15 saylı kredit müqaviləsi üzrə 8993,60 manat əsas, 12223.13 manat faiz, 3.175,73 manat cərimə borcu, cəmi 24392.46 manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər; 2.2. İddiaçı cavabdeh tərəfindən ona ünvanlandığı ərizəni nəzərə alaraq xx.xx.2015-ci il tarixli, 477/15 saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 11.970,00 manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 1000 manat ödəməklə, qalan 10.970 manat borcun 36 ay müddətinə aylıq ödənişlə, hər ay 304.73 manat ödənilməsinə möhlət verilməsini təsdiq edir; 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli, 477/15 saylı tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 12.422.46 manat, məbləğində faiz və cərimə borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra dilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh1 Əliağa oğlu ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2015-ci il tarixli, 477/15 saylı kredit müqaviləsi üzrə güzəşt olunan cəmi 12.422.46 (on iki min dörd yüz iyirmi iki manat, 46 qəpik) manat məbləğində faiz və cərimə borclarının güzəşt edilməsi bank tərəfindən ləğv edilir və həmin məbləğ 10.970.00 ( on min doqquz yüz yetmiş) manat məbləğində borcun qalığı ilə birlikdə banka cavabdeh tərəfindən ödənilir. 2.6. Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqavilələri üzrə öhdəliklərin təminatı olan və Cavabdeh1 məxsus olan Salyan şəhəri, M Quluzadə küçəsi istifadəsində olan 0,01543 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 107,7 kv.m. ümumi, 42,9 kv.m. yaşayış, 64,8 kv.m. köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə və həmin evin açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, bir ay ərzində alıcıya təhvil verilməsinə etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, 10.970,00 (on min doqquz yüz yetmiş) manat məbləğindəki öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan və ona məxsus olan Salyan şəhəri, M.Quluzadə küçəsi, istifadəsində olan 0,01543 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 107,7 kv.m. ümumi, 42,9 kv.m. yaşayış, 64,8 kv.m. köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 191, 216-220 və 223-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 2.1. xx.xx.2015-ci il tarixli, 477/15 saylı kredit müqaviləsi üzrə 8993,60 manat əsas, 12223.13 manat faiz, 3.175,73 manat cərimə borcu, cəmi 24392.46 manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər; 2.2. İddiaçı cavabdeh tərəfindən ona ünvanlandığı ərizəni nəzərə alaraq xx.xx.2015-ci il tarixli, 477/15 saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 11.970,00 manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 1000 manat ödəməklə, qalan 10.970 manat borcun 36 ay müddətinə aylıq ödənişlə, hər ay 304.73 manat ödənilməsinə möhlət verilməsini təsdiq edir; 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli, 477/15 saylı tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 12.422.46 manat, məbləğində faiz və cərimə borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra dilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh1 Əliağa oğlu ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2015-ci il tarixli, 477/15 saylı kredit müqaviləsi üzrə güzəşt olunan cəmi 12.422.46 (on iki min dörd yüz iyirmi iki manat, 46 qəpik) manat məbləğində faiz və cərimə borclarının güzəşt edilməsi bank tərəfindən ləğv edilir və həmin məbləğ 10.970.00 ( on min doqquz yüz yetmiş) manat məbləğində borcun qalığı ilə birlikdə banka cavabdeh tərəfindən ödənilir. 2.6. Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqavilələri üzrə öhdəliklərin təminatı olan və Cavabdeh1 məxsus olan Salyan şəhəri, M Quluzadə küçəsi istifadəsində olan 0,01543 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 107,7 kv.m. ümumi, 42,9 kv.m. yaşayış, 64,8 kv.m. köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə və həmin evin açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, bir ay ərzində alıcıya təhvil verilməsinə etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, 10.970,00 (on min doqquz yüz yetmiş) manat məbləğindəki öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan və ona məxsus olan Salyan şəhəri, M.Quluzadə küçəsi, istifadəsində olan 0,01543 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 107,7 kv.m. ümumi, 42,9 kv.m. yaşayış, 64,8 kv.m. köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı və Cavabdeh3 qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar