Məhkəmə qərarları › İş №2(057)-514/2023

Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-514/2023

30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-514/2023 30.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh Qurbanəli oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Qurbanəli oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 sentyabr 2022-ci il tarixdə Cavabdeh Qurbanəli oğlunun Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində yerləşən fermasından 700 manat dəyərində 1 baş erkək dana almışdır. Həmin dananı alarkən Cavabdeh dananın xəstə olub-olmadığını soruşarkən, Abdulla danada heç bir xəstəliyinin olmadığını bildirmişdir. Dananı alıb evə gətirdikdən sonra qarşısına yem atmış, lakin dana yemi yeməmişdir. Səhəri gün də dananın yem yemədiyini gördükdən sonra, telefon vasitəsi ilə Cavabdehla əlaqə saxlayıb dananın yem yemədiyini bildirmiş və hər hansı bir xəstəliyinin olub-olmadığını soruşmuşdur. Cavabdeh da dananın xəstə olmadığını, yerini dəyişdiyi üçün yem yemədiyini bildirmişdir. 27 sentyabr 2022-ci il tarixdə danaya baxmağa gedərkən, dananın öldüyünü görmüşdür. Bundan sonra o, ərazi baytar həkiminə məlumat vermiş və onun vasitəsi ilə həmin ölmüş danaya baxış keçirilmiş, dananın müxtəlif orqanlarından nümunələr götürülərək laboratoriyada yoxlanılmış və həmin dananın el arasında “qarayara” adlanan xəstəliyindən ölməsi müəyyən olunmuşdur. Bundan sonra o, telefon vasitəsi ilə cavahdeh Cavabdehla əlaqə saxlayıb ondan aldığı danada, alarkən “qarayara” xəstəliyi olduğunu, artıq həmin xəstəlikdən öldüyünü və həmin danaya görə ona verdiyi 700 manat pulu geri qaytarmasını bildirmişdir. Lakin Cavabdeh pulu geri qaytarmayacağını bildirmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh Qurbanəli oğlundan 700 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh Qurbanəli oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Qurbanəli oğlu məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Məhkəmənin 30 may 2023-cü tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizlik X1 Laboratoriyasının xx.xx.2022-ci il tarxli sınaq protokolundan görünür ki, laboratoriya götürülən zaman İnfeksiya törədicisi olan “Pasterella-P” aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akdan görünür ki, danaya vizual baxış keçirilən zaman müəyyən olmuşdur ki, ölmüş dananın sağ tərəfi bud nahiyyəsindən başlayaraq, bel nahiyyəsi sağ qol nahiyyəsi, sağ boyun nahiyyəsi şişmiş vəziyyətdə olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o Biləsuvar rayonu, Əliabad kəndində yaşayır, ərazi Baytar həkimi işləyir. Məlumat daxil oldu ki, iri buynuzlu heyvan xəstədir. Başqa bir həkimlə ünvana gedib iri buynuzlu heyvana baxdıq. Həqiqətən də heyvan xəstə idi və tələf olmuşdur. Laborotoriya üçün nümunələr götürüldü, səbəbini laboratoriyada aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, infeksiya törədicisi olan “Pasterella-P” aşkar edilmişdir. Bu heyvanın sağ qalmaq şansı ola bilməzdi. İri buynuzlu heyvanda xəstəlik xroniki hal almışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 581. Əşyanın keyfiyyəti: 581.1 Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh Qurbanəli oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçının verdiyi pulu, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu ona ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh Qurbanəli oğlundan 700 manat məbləğində pul tutularaq İddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 238- 253, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Qurbanəli oğlundan 700 (yeddi yüz) manat əsas borc tutularaq iddiaçı X2 ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Qurbanəli oğluna aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRARDAD Salyan Rayon Məhkəməsi (işə qiyabi icraat qaydasında baxılması barədə) Salyan şəhəri İş № 2(057)-514/2023 30 may 2023-cü il Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Qurbanəli oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Qurbanəli oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, məhkəmə iclasına və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat vermədiyinə görə, eləcə də iş üzrə iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə hazırkı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 238-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Qurbanəli oğluna qarşı “pul” tələbinə dair mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar