Məhkəmə qərarları › İş №2(057)-52/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-52/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-52/2023 14.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASCnin Salyan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 787/16 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4100 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipotekaya qoyulması barədə bank ilə X1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 3125i saylı ipoteka müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir.Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********276 saylı xx.xx.2021-ci il tarixli və **********282 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 7013,12 manat təşkil edir. Bunadan 2591,93 manat əsas, 2992,10 manat faiz, 1054,69 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 374,40 manat faiz borcu təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəmi 7013,12 manat-bundan 2591,93 manat əsas, 2992,10 manat faiz, 1054,69 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 374,40 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yğönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmədə iddia ərizəsində yazılanları təsdiq edərək, iddianın təmin olunmasının xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncuların iştirakları olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmədə elan olunmuş xx.xx.2016-cı il tarixli 787/16 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli 787/16 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Həmin ev 22000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 2591,93 manat əsas, 2992,10 manat faiz, 1054,69 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 374,40 manat faiz borcu olmaqla, cəmi 7013,12 manat təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan ekspert Elmar Səidov tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış 03 sentyabr 2021-ci il tarixli ekspert vəsatətindən görünür ki, 2(057)-1133/2021 saylı mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün MPM-nin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-cü maddəsinə əsasən tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi xahiş olunur. Vəsatətin verilmə səbəbi: ünvan 1 ünvanında yerləşən tədqiqat obyektinin faktiki vəziyyətinin müəyyən edilməsi barədə baxış təyin edilməsidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin hakimi M.Qasımov tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elmar Səidova ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli, 2(057)-1133/2021 saylı məktubdan görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli, 10/4443 saylı məktubu Salyan Rayon Məhkəməsinə daxil olmuş, həmin məktuba əsasən (tədqiqat obyektinə baxış keçirilməsi barədə) ekspert vəsatətində qeyd edilənləri tərəflərindən icra etmək mümkün olmamışdır. İş materiallarında olan ekspert Elmar Səidov tərəfindən məhkəməyə ünvanlanmış 26 noyabr 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-1133/2021 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 30 iyul 2021-ci il tarixdə təyin edilmiş ekspertizanın aparılması və rəy verilməsi 03 sentyabr 2021-ci il tarixli vəsatətin təmin edilməməsi səbəbinə görə mümkün olmamışdır. İş materiallarında olan ekspert Elmar Səidov tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış 17 yanvar 2022-ci il tarixli ekspert vəsatətindən görünür ki, 2(057)-1133/2021 saylı mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün MPM-nin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-cü maddəsinə əsasən tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi xahiş olunur. Vəsatətin verilmə səbəbi: ünvan 3 evin 4 saylı ünvanda yerləşən tədqiqat obyektinin faktiki vəziyyətinin müəyyən edilməsi barədə baxış təyin edilməsidir.Baxış xx.xx.2022-ci il tarixə, saat 12:00-a təyin olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin hakimi M.Qasımov tərəfindən LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 08 fevral 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 3 evin 4 saylı ünvanda yerləşən tədqiqat obyektinin faktiki vəziyyətinin müəyyən edilməsi barədə Salyan Rayon Məhkəməsinin icraatında olan, 2(057)-1133/2021 saylı mülki iş üzrə ekspertizasının aparılması 01 mart 2022-ci il tarixə, saat 10:00-a təyin olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin hakimi M.Qasımov tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elmar Səidova ünvanlanmış 8 fevral 2022-ci il tarixli, 2(057)-1133/2021 saylı məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin icraatında olan, 2(057)-1133/2021 saylı mülki iş üzrə ekspertizasının aparılması 01 mart 2022-ci il tarixə, saat 10:00-a təyin olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin hakimi M.Qasımov tərəfindən Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 200-də yaşayan Kərim Abdullayev və Pikəxanım Abdullayevaya ünvanlanmış 8 fevral 2022-ci il tarixli, 2(057)-1133/2021 saylı məktubdan görünür ki, ünvan 3 evin 4 saylı ünvanda yerləşən tədqiqat obyektinin faktiki vəziyyətinin müəyyən edilməsi barədə Salyan Rayon Məhkəməsinin icraatında olan, 2(057)-1133/2021 saylı mülki iş üzrə ekspertizasının aparılması 01 mart 2022-ci il tarixə, saat 10:00-a təyin olunmuşdur. İş materiallarında olan ekspert Elmar Səidov tərəfindən məhkəməyə ünvanlanmış 18 mart 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-1133/2021 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 30 iyul 2021-ci il tarixdə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası təyin edilmiş, sualların həlli ilə əlaqədar xx.xx.2022-ci il tarixli vəsatət verilmiş, təyin olunan vaxtda ekspertin iştirakı ilə tədqiqat obyektinin yerləşdiyi ünvana gedilmiş, lakin həmin ünvanın fərqli olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspert Elmar Səidov tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış 13 iyun 2022-ci il tarixli ekspert vəsatətindən görünür ki, 2(057)-88/2022 saylı mülki iş üzrə məhkəmə tərəfindən 6 may 2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün MPM-nin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, tədqiqat obyektinə(obyektlərinə) iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi, “tikinti-texniki obyektlərin tədqiqi” ixtisası üzrə ekspertlərin iş yükü çoxluğu və baxış qrafikinin sıxlığı səbəbindən yaxın bir ay müddətində ekspertin baxış keçirmək imkanının olmaması nəzərə alınaraq, baxış vaxtının xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin olunması məsələsinə baxılmasını xahiş etmişdir. İş materiallarında olan ekspert Elmar Səidov tərəfindən məhkəməyə ünvanlanmış 9 avqust 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-88/2022 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 6 may 2022-ci il tarixdə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün xx.xx.2022-ci il tarixdə tədqiqat öbyektinə baxış keçirilməsi zəruri olduğuna görə, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, lakin bu günə qədər vəsatətin təmin olunması ilə bağlı heç bir məlumat mərkəzə təqdim olunmadığı üçün mümkün olmamışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin sədri v.m.i.e M.Qasımov tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini vəzifəsini icra edən baş ədliyyə müşaviri cənab R.Rəhimova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-61/2022, 21057)-79/2022, 2(057)-88/2022, 2(057)-151/2022, 2(057)-335/2022, 2(057)-551/2022, 2(057)-553/2022 saylı qərardadları ilə müvafiq mülki işlər ekspert, rəyinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirlıyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş,həmin mülki işlər üzrə ekspert rəyinin verilməsi Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. X5 tərəfindən Salyan Rayon Məhkəməsinə ekspertlərin iş yükünün çoxluğu və baxış qrafikinin sıxlığı səbəbindən bir ay müddətində ekspertin baxış keçirmək imkanının olmamasını nəzərə alaraq baxış vaxtının ertələnməsi barədə vəsatət ünvanlanmış,bundan sonra isə tədqiq olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tədqiq olunan torpaq sahəsinin koordinatları və baza məlumatlarının ekspertə təqdim edilməsi barədə vəsatət ünvanlanmışdır. Qeyd edilməlidir ki, həmin mülki işlər Məhkəmədə deyil, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindədir və ekspertizaının aparılması üçün lazımi sənədlər həmin mülki iş materiallarına əlavə edilmişdir. Ekspert rəylərinin gecikdirilməsi və müəyyən səbəblərdən vaxtında verilməməsi məhkəmənin iş fəaliyyətini pozur və vətəndaşların haqlı narazılığına səbəb olur. Belə ki, mülki işlər üzrə tərəflər məhkəmənin iclaslarının təyin olunmuş vaxtda keçirilməməsi, məhkəmə işlərinə uzun müddət baxılmaması, müddət pozuntusu ilə baxılması və digər süründürməçilik hallarına yol verilməsi barədə müxtəlif növlü şikayətlər ünvanlayırlar. Göstərilənləri nəzərə alaraq, Salyan Rayon Məhkəməsinin 2(057)-61/2022, 2(057)-79/2022, 2(057)-88/2022, 2(057)-151/2022, 2(057)-395/2022, 2(057)-551/2022, 2(057)-553/2022 saylı qərardadları ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş mülki işlər üzrə ekspertizanın keçirilməsi və ekspert rəyinin veilməsinin təmin edilməsini Sizdən xahiş edirəm. İş materiallarında olan ekspert Elmar Səidov tərəfindən məhkəməyə ünvanlanmış 5 noyabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-88/2022 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 30 iyul 2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadda qoyulmuş sualların həlli məqsədilə iş üzrə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsi barədə 22 sentyabr 2022-ci il tarixli vəsatət göndərilmiş, lakin bu günə qədər vəsatətin təmin edilməsi barədə mərkəzə hər hansı məlumat daxil olmadığı üçün mümkün olmamışdır. İş materiallarında olan ekspert Teymur Məmmədov tərəfindən məhkəməyə ünvanlanmış 21 fevral 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-88/2022 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 6 may 2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, vəsatətdə tədqiq olunan obyektə baxışın keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi xahiş edilmiş, daha sonra 17 fevral 2023-cü il tarixdə ekspert məhkəmə binasında olmuş, həmin tarixdədə tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiqat obyektinin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan ekspert Xıdır Abasov tərəfindən məhkəməyə ünvanlanmış 12 iyun 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-52/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 30 mart 2023-cü il tarixdə təyin edilmiş məhkəmə mühasibat ekspertizasının aparılması və rəy verilməsi ekspert qarşısında qoyulmuş sualların həlli edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət-(İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 787/16 saylı kredit müqaviləsi üzrə cari hesabdan çıxarış (müqavilə bağlanan tarixdən xx.xx.2023-cü il tarixədək), ödəniş qəbzləri (əgər varsa) göndərilmiş, lakin vəsatət təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan ekspert Teymur Məmmədov tərəfindən məhkəməyə ünvanlanmış 25 iyun 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-52/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 30 mart 2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, vəsatətdə tədqiq olunan obyektə baxışın keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi xahiş edilmiş, məhkəmə tərəfindən vəsatət təmin edilərək, 16 iyun 2023-cü il tarixdə baxış keçirilməsi üçün məktub göndərilmiş, həmin tarixdə tərəflərin heç biri baxışda iştirak etmədiyindən və tədqiqat obyekti təqdim olunmadığından, tədqiqat obyektinə baxış keçirilməsi və qərardada qoyulmuş suallar üzrə təqdiqat aparılması mümkün olmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Borclu üzərinə düşən öhdəliyi icra etmədiyindən tələb üzrə tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 151,6 kv.m ümumi, 86,8+163,2 kv.m yaşayış, 64,8+107,7 kv.m köməkçi sahədən ibarət 4+5 otaqlı fərdi yaşayış evinə yönəlməlidir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərinin müəyyən edilməsi cavabdehlərin təqsiri üzündən müəyyən etmək mümkün olmadığından məhkəmə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd olunmuş qiymətlə razılaşaraq əmlakın likvid dəyərinin həmin məbləğdə müəyyən olunmasını daha əsasıl və qanuni hesab edir. Məhkəmə eyni qaydada mühasibatlıq ekspertizasının rəyinin verilməməsi səbəbini iddiaçının təqsiri üzündən baş verdiyi qənaətinə gələrək iddia ərizəsində qeyd olunan məbləğlə razılaşır. Azərbaycan Respublikası MM-nin 97.5-ci maddəsində qeyd olunmuşdur ki,tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilmişdir kı, həmin Məcəllənin 399.3-cü maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-nin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 374,40 manat faiz borcunun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcuna mütənasib olduğundan 50 məbləğində cərimə pulu saxlanmalıdır. İpoteka predmeti olan əmlakın likvid dəyəri tərəflər arasında mübahisə olmadığından müqavilədə göstərilən 22000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli, 787/16 saylı Kredit müqaviləsi üzrə Cavabdeh 2591,93 manat əsas borc, 2992,10 manat faiz borcu, 50 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirirşin qeydə alınması üçün istifadə edilən 40 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülsün. Tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 151,6 kv.m ümumi, 86,8+163,2 kv.m yaşayış, 64,8+107,7 kv.m köməkçi sahədən ibarət 4+5 otaqlı fərdi yaşayış evinə yönəldilsin, əmlakın ilkin satış qiyməti 22000 manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar