Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-524/2025 08.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 15600 manat pul vəsaitinin vurulmuş mənəvi zərərə görə isə 35000 manat pul vəsaitinin cəmi, 50600 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Tibb Universitetindən məzun olmuş, Kanadanın "Makmaster" Universitetində rezidentura təhsili almışdır. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət etmiş və ehtiyatda olan tibb xidməti kapitanıdır. Eyni zamanda, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları həyata keçirərək insanlara sevinc bəxş etmişdir. X1 və X2 onun barəsində "Gülşən Adışirinovanın sol gözünün düzgün əməliyyat olunmaması nəticəsində sol gözünün görməməsi" barədə Nəsimi Rayon Prokuroruna etdikləri şikayətlər əsasında Nəsimi rayon prokurorunun köməkçisi A.Ramazanlı tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 26 fevral 2024-cü il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda, AR SN "Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ 652/KEŞ nömrəli xx.xx.2023-cü-xx.xx.2023-cü il tarixləri arasında aparılmış G.A.Adışirinovanın məhkəmətibbi ekspertizası üzrə ekspert rəyinə əsasən Gülşən Adışirinovanın aparılmış müayinələri təyin olunmuş diaqnoza uyğun olmuşdur və G.Adışirinovaya cərrahiyyə əməliyyatından sonra aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Həmçinin, Komisyon Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-69 saylı rəyində qeyd olunmuşdur ki, Gülşən Adışirinovanın sol gözünün görməsinin aşağı olmasının səbəbi isə buynuz qişanın ditrofivasının olmasıdır, qeyd olunan patologiyanın aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi istisna edilir. Bundan başqa X1 özünün Nəsimi Rayon Prokurorluğuna təqdim etdiyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyindən də onun G.A.Adışirinovanın həkimi olaraq onun sol gözü ilə əlaqədar düzgün cərrahiyyə əməliyyatı, müayinə və müalicə apardığı görünür. Beləliklə, X1 göz həkimi kimi onun təqsirsiz olduğu və Adışirinovların onun barəsində etdikləri şikayətlərin əsassız olduğu hüquqi baxımdan da sübut olunmuşdur. "xxxx" MMCnin (X14.az) instaqram səhifəsində aşağıdakıları əks etdirən video yazı yayılmışdır və halhazırda da yayılır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar -videolar va yeni kommentlər - Baku fakt az instagram). Həmin video yazı birinci dəfə 28 dekabr 2023-cü il tarixdən etibarən "xxxx" MMC-nin (X14.az) instaqram səhifəsində yayılmaya başlayır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram yayılması 28 dekabr 2023). Sözügedan video yazıda əvvəldən axıradək ekranda "Növbəti həkim səhlənkarlığı" yazısı qeyd olunur. Həmin video yazıdan görünür ki, L.Adışirinov, F.Adışirinov va G.Adışirinova "Kəpəz Hospital" Klinikasına zorla daxil olaraq Klinikada hay-küy salırlar. X5 ona qarğış edərək belə deyir: "(İddiaçı) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, nə edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Beniamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi." Bu zaman onun ekranda şəkli görüntülənir. Həmin video yazının sonrakı hissəsində Cavabdeh belə deyir. "Doktor bizə rüşvət verib, pul verib." Daha sonra X6 belə deyir: "Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq." "TV8" internet kanalında "Kopaz Hospitala basqın" adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlar Tv 8 İll video) yayılır. Həmin video yazı ilk dəfə 30 dekabr 2023-cü il tarixdən etibarən "TV8" internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 İİİ videonun yayılması 30 dekabr 2023). Qeyd olunan video yazıdan görünür ki, L.Adışirinov, F.Adişirinov va G.Adışirinova “Kapaz Hospital" Klinikasına gələrək Klinikada hay-küy salırlar. Həmin video yazının əvvəlində Cavabdeh belə deyir: "Hardadı Beniamin doktor, qaçdı, xəstəmizi kor edib". Sözügedən video yazının davamında X5 ona qarğış edirək belə deyir: "(İddiaçı) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, nə edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi. Niyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı" Həmin video yazının sonrakı hissəsində X3 belə deyir: "Doktor bizə rüşvət verib, pul verib. Qeyd olunan video yazının davamında X6 belə deyir: "Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1- 2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq." Sözügedən video yazının sonrakı hissəsində X5 onun barəsində belə deyir: "Məni beş dəfə kor eləyib, onun yanına gəlməsinlər, Mehriban xanım (Birinci vitse-prezident) xahiş edirəm belə həkimləri yığışdırın". Qeyd olunan video yazının sonrakı hissəsində Cavabdeh belə deyir: "Benjamini Klinikadan rədd eləyin" Həmin video yazının sonunda Adişirinov, F.Adışirinov və G.X10 Klinikasından çıxaraq Klinikanın qabağına qəlirlər və həmin yerdə X5 onun barəsində belə deyir: "Ay millət, dünya şöhrətli göz həkimi Benjamin Kərimov ananı (Gülşən Adışirinovanı) kor eləyib, 7 aydır ana küçələrdədi." Həmin video yazı yayıldıqdan sonra 30 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar kommentlar 2- İMG. 7415) Cavabdeh ((QQismayladsirin4612 adıyla) belə şərh yazır: "Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (İddiaçı). İndi də Zaur Kamalın verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini." Bundan başqa "Kəpəz Hospitala basqın" adlı video yazı "Kanal 13 tv" internet kanalında da (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar va yeni kommentlər - Tv 811 video) yayılır. Həmin video yazı ilk dəfə 02 vanvar 2024-cü il tarixdən etibarən "Kanal 13 tv” internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar va yeni kommentlər - Kanal 13 tv video yayılması 02 yanvar 2024). Eyni zamanda, X2 "TV8" internet kanalında video yazısı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər TV 8 ilk video) yayılır. Həmin video yazı ilk dəfə 21 dekabr 2023-cü il tarixdən etibarən "TV8" internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - TV 8 ilk videonun yayılması 21 dekabr 2023). Qeyd olunan video yazıda əvvəldən axıradək ekranda bu yazı qeyd olunur: "Elgizin reklam etdiyi həkim Kəpəz Hospitalda yoldaşımı kor etdi." Qeyd olunan video görüntüdə F.Y.Adışirinov belə deyir: "İnsanları aldadaraq əməliyyata cəlb edirlər, doktor həyat yoldaşımın gözünü tamamilə kor edib, doktor İddiaçı cəlladcasına həyat yoldaşımın gözünün buynuz qişasını zədələyib. Mən hara gedirəmsə əlim boşa çıxır, doktor bu insanlara baxım-görüm edir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tibbi rəy verib. Tibbi rəyi verəndə yazmayıblar ki, bunu kim edib, doktor Benjamin edib”. Bu zaman ekranda göz şəkli və mənim şəklim görüntülənir. Daha sonra F.Y.Adışirinov belə söyləyir: "İndi də deyir ki, yaxşı eləmişəm. Oğlum 44 günlük Vətən müharibəsinin qazisidir, ola bilsin onun (İddiaçı) qohumlarına güllə atıb. Tamamilə kor etdiyi gözü necə əməliyyat edib. Əvvəl (İddiaçı) Dünya Gözdə işləyib belə əməllərinə görə ordan qovulub. Məlhəmdə, Bakı Medical Plazada işlədi. Hara gedir camaatı bədbəxt edir, ona görə də direktorlar işdən qovurlur. Televiziya kanallarımız pul xatirinə bu doktoru reklam edir, camaat da aldatılır. Oğlum (Cavabdeh) İlham Mirzəyevlə canlı efirdə danışır, deyir ki, bu doktor mənim anamı kor edib, sən niyə tərifləyirsən bu doktoru, o (İ.Mirzəyev) da deyir ki, doktor hər dəfə mənim verilişimə çıxanda mənə 500 manat pul verir." Həmin video yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar-kommentlər 1-İMG 7138) Cavabdeh ((Gismayladsirin4612 adıyla) belə şərh yazmışdır: "Şərəfsiz Benyamin, neçə nəfər şikayətçidi bu həkimdən, bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu həkimdən." Qeyd olunan yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri Lazımlı fayllar kommentlar 1 İMG 7140) Cavabdeh ((Gismayladsirin4612 adıyla) digər şərhində belə yazır: "Hə Ləman xanım. Onun (Azər Karimovun) pox işlərini təmizləyən videonu atdım sizə Vhatsappda. Siz də gəldiniz. Hər şey qarşısında cavab verərsiz, elə sən da özün də." Həmin video yayılmağa başladıqdan sonra 21 dekabr 2023-cü il tarixdə İl. Adışirinov (Eismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər VVhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): "İnşallah mən gedəsiyəm, getmişdik yalannan dedilər yoxdu burda 6.8 olacaq onu belə buraxmaram onu zəlil edəcəm." Qeyd olunan video görüntü yayılmağa başladıqdan sonra 21 dekabr 2023-cü il tarixdə Cavabdeh (Gismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər VVhatsApp image 2023-12-29 am 10.11.46 (16)): "Xahiş edirəm siz də gəlin qoşulun bizə bu şərəfsizi (İddiaçı) məhv edəyin. Bəsdir day. sabaha görüşəyin bu gedəyin" VVhatsApp-da yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar va yeni kommentlar - VVhatsApp 2023-12-27 at 14:55:01) Cavabdeh belə deyir: "Hardadı Beniamin doktor, qaçdı, xəstəmizi kor edib VVhatsApp-da yayılan digər video görüntüdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni komrmentlər - VVhatsApp 2023-12-27 at 15:09:05) X5 belə deyir: "Niyə görə Beniamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı". Həmin videonun davamında X6 belə deyir. "Doktor (İddiaçı) prokuror köməkçisi Aytan Ramazanlıya rüşvət verib." Beləliklə, "TV8" internet kanalında "Kəpəz Hospitala basqın” adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 İİİ video) və VVhatsApp-da yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlar - VVhatsApp 2023-12-27 at 14:55:01) Cavabdeh "Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib", yazdığı şərhdə "İndi də Zaur Kamalın verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini" (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - kommentlar 2- İMG. 7415), yazdığı şərhdə "bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu hakimdən (İddiaçı)" (Diskdə yerləşmə yeri: Lazımı fayllar kommentlar 1 İMG 7138) ifadələri ilə yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətini ləkələyən və məni nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. Cavabdeh mənim barəmdə yazdığı aşağıda göstərilən şərhlərdə "Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (Azər Karimov)" (Diskdə yerləşmə yeri: Lazımılı fayllar kommentlər 2 İMG 7415), “Şərəfsiz Benyamin, neçə nəfər şikayətçidi bu həkimdan" (Diskdə yerləşmə yeri: Lazımı fayllar kommentlər 1 İMG 7138), "Ha Laman xanım. Onun (Azar Karimovun) pox işlərini tamizləyən videonu atdım sizə" (Diskdə yerləşmə yeri: Lazımı fayllar videolar va yeni kommentlar VVhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): "Xahiş edirem siz də gəlin qoşulun bizə bu şərəfsizi (Azar Karimov) məhv edeyin (Diskdə yerləşmə yeri: Lazımlı fayllar-videolar va yeni kommentlər VVhatsApp İmage 2023-12- 29 at 10.11.46 (16)) deməklə internet informasiya ehtiyatında mənim şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı tərəfindən xüsusi ittiaham qaydasında şikayətlə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda xüsusi ittiahm qaydasında şikayətə baxılan zaman tərəfindən mülki iddia da verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)- 214/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və 240 saat ictimai işlər cəzasına, həmin məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Cavabdeh qəti olaraq 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilməsi, Cavabdeh üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulması hökm edilmişdir. Vurulmuş maddi zərər 15600 (on beş min altı yüz) manat, 10.000 manat mənəvi zərər, 167 manat dövlət rüsunu, ümumilikdə 25.767 manat pulun təqsirləndirilən şəxs Cavabdeh tutularaq ona ödənilməsi ilə bağlı verilmiş mülki iddiam cinayət mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından baxılmamış saxlanılmışdır. Həmin hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Beləliklə, Cavabdehov Fikrət oğlunun təqsiri sübuta yetirilmişdir. Göründüyü kimi cavabdehin ona maddi və mənəvi zərər vurması öz təsdiqini tapmışdır.Belə ki, "xxxx" MMC-nin (Kapaz Hospitalın) xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən onun əleyhinə sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqiredici və böhtan məlumatlar əsasında 33 nəfər pasiyent onun müayinə və müalicəsindən imtina etmiş və nəticədə ona 15600 (on beş min altı yüz) manat maddi zərər dəymişdir. O, iş (xidmət) həyatı boyumca işlədiyi (xidmət etdiyi) müəssisələrdə heç vaxt intizam tenbehi almamış, yalnız medallar, fəxri fərmanlar, təşəkkürlər və mükafatlar almışdır. Ən önəmlisi, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları həyata keçirərək insanlara sevinc bəxş etmişdir. Adışirinovun əməlləri nəticəsində, həmçinin qeyd olunan əməllərin internet informasiya ehtiyatında, o cümlədən "xxxx" MMC-də yayılması nəticəsində onun şərəf, ləyaqət və işgüzar nüfuzunu təhqir olunub, o, sarsıntı, iztirab keçirmiş və bununla da mənəvi təhqirə məruz qalmışdır. Bunun nəticəsində ona dəymiş mənəvi zərəri 35000 (otuz beş min) manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, ona dəymiş mənəvi ziyan məbləğini tələb etdiyini bildirmişdir. Cavabdehin sosial şəbəkədə həkim barəsində böhtan xarakterli məlumatlar yaydığı üçün pasiyentlər həkimdən imtina etdikləri üçün pulları geri qaytarılmış və ya tibb xidmətindən istifadə etməmişlər, nəticədə İddiaçıya və klinikaya ziyan dəymişdir. Mənəvi zərəri isə 35000 manat həcmində qiymətləndirirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır, İddiaçı onun anasının gözünü kor edib. O, bu işin axırına qədər gedəcək. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi vəkilin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının ona mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-214/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına, həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı əleyhinə (Cavabdeh tərəfindən) sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqir edici və böhtan məlumatlar nəticəsində 23 dekabr 2023-cü il tarixindən bu günə qədər olan dövr ərzində əlavədə siyahısı təqdim olunan pasiyentlər İddiaçı-un müayinə və müalicəsindən imtina etmişlər. Pasiyentlərin İddiaçı müayinə və müalicəsindən imtina etmələri nəticəsində klinikanın büdcəsinə 24.000 manat məbləğində pul vəsaiti köçürülməmişdir. 24.000 manat vəsaitin 15.600 manat hissəsinin oftalmoloq cərrah İddiaçı ödənilməsi nəzərdə tutulurdu. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İddiaçı məxsus bank hesabından xx.xx.2023-xx.xx.2025-ci il tarixlər arası çıxarışdan görünür ki, İddiaçı bank hesabına xx.xx.2023-cü il tarixdə 2254 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2023-cü il tarixdə isə 814 manat əmək haqqı köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar - Mülki Məcəllə) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatları internet informasiya sistemində, sosial şəbəkələrdə yaymaqda cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər dipozitiv əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halıdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-214/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına, həmin məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh qəti olaraq 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almış və cəza cavabdeh tərəfindən icra edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən vurulmuş maddi zərərə görə cavabdehdən pul tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatları internet informasiya sistemində, sosial şəbəkələrdə yayılması nəticəsində pasiyentlər İddiaçının qəbulundan imtina etməklə və ya ödədikləri pulları geri almaları nəticəsində cavabdehə zərər dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz hərəkətlərindən sonra İddiaçı uzun müddət işlədiyi "Kəpəz Hospital" Klinikasındakı işindən ayrılmalı olmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, İddiaçı bank hesabına xx.xx.2023-cü il tarixdə 2254 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 3514 manat, xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2023-cü il tarixdə isə 814 manat əmək haqqı köçmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdehin təqsiri üzündən 23 dekabr 2023-cü il tarixdən sonrakı müddətdə İddiaçı onun müalicəsindən imtina etmiş pasiyentlərin ödəyəcəyi 24.000 manat məbləğində pulun ona çatacaq hissəsini, yəni 15.600 manat məbləğində pulu əldə edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatları internet informasiya sistemində, sosial şəbəkələrdə yayması nəticəsində İddiaçı 6000 manat məbləğində maddi zərər vurmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X4rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X7 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdehin onun şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzunu ləkələyən məlumatları sosial şəbəkələrdə, internet informasiya ehtiyatında yayması nəticəsindədərin mənəvi sarsıntı keçirtməsi və depresiyaya düşməsi ilə bağlı cavabdehdən mənəvi ziyan kimi 35000 (otuz beş min) manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin sosial şəbəkələrdə, internet informasiya sistemində yayılması və bununla da ona mənəvi zərər vurulması nəticəsində iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik keçirməsi və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması, vurulmuş mənəvi zərərin ağırlıq dərəcəsini, habelə baş vermiş hadisəyə görə cavabdehin barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 240 saat ictimai işlər, CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 250 saat ictimai işlər cəzası təyin edilməsini nəzərə alır. Belə olan halda cavabdehin ailə, əmlak vəziyyətini, Vətən müharibəsi iştirakçısı olmasını və ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə yetərli sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını 35000 manat (otuz beş min) manat məbləğini yüksək hesab edərək, qeyd edir ki, iddiaçıya dəymiş mənəvi zərər ağlabatan məbləğdə, yəni 2500 (iki min beş yüz) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 105 (bir yüz beş) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 6000 (altı min) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 105 (bir yüz beş) manat pul olmaqla, cəmi 8605 (səkkiz min altı yüz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 6000 (altı min) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 105 (bir yüz beş) manat pul olmaqla, cəmi 8605 (səkkiz min altı yüz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-524/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-524/2025
08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver