Məhkəmə qərarları › İş №2(057)-525/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-525/2025

14.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-525/2025 14.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Salyan rayonu, Marışlı kəndində yaşayan Cavabdeh ona olan kirayə haqqı üzrə ödənilməyən 900 manat, kommunal xərcləri ödəmədiyi 480 manat və sındırdığı unitaza görə 150 manat, mediasiya xidmətinə ödədiyi 60 manatın 30 manatını və məhkəmə rüsumuna ödədiyi 36 manat məbləğin, cəmi 1596 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailələrinin mülkiyyətində olan Abşeron rayonu, Gənclik şəhərciyində yerləşən, blok 17, 10-cu mərtəbə, 45 kv.metr sahəsi olan mənzili, əslən Salyan rayonundan olan Xırdalan şəhəri ərazisində yerləşən hərbi hissədə qulluq edən hərbi qulluqçu Cavabdeh xx.xx.2023-cü il tarixli kirayə müqaviləsi üzrə yaşamaq üçün kirayəyə vermişlər. 2024-cü ilin aprel ayının 3-də həmin mənzilə baxmaq və 3 ay kirayə haqqını almaq üçün getdikdə, ona məlum olmuşdur ki, hərbi qulluqçu Cavabdeh 2 gün bundan əvvəl mənzili tərk etmişdir. Mənzilə baxış zamanı unitazın sınıq olduğunu və mənzilin digər avadanlıqlarına ziyan vurulduğunu görmüşdür. Bundan sonra mənzilin kommunal xidmətlərinin kirayəçi tərəfindən ödənilməsi vəziyyəti ilə maraqlanmış və bu zaman məlum olmuşdur ki, kirayəçinin evdə qaldığı müddətdə 150 manat kommunal üzrə, 100 manat enerji pulu, 160 manat qaz pulu, 70 manat su pulu, cəmi 480 manat borcu vardır və bu borc onun tərəfindən ödənilməmişdir. Ümumilikdə hərbi qulluqçu Cavabdeh ailələrinə 1380 manat və sındırdığı unitaza görə 150 manat, cəmi 1530 manat borcu vardır. Bu barədə ona məxsus olan ***-***-**-** mobil telefona zəng vurmalarına baxmayaraq, o telefonu açmır. Bundan sonra o, bu barədə tədbir görülməsi ilə əlaqədar Azərbaycan Respublikası DİN-nə, Müdafiə Nazirliyinə, Abşeron Rayon Prokurorluğuna və Hərbi Prokurora rəsmi müraciətlər etmişdir. Müraciətlərinin nəticəsi olmamış və verilən cavab məktublarında isə məhkəməyə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. Bu məsələnin məhkəmədən kənar həlli üçün o, X9 1 saylı X4 şəhəri, H.Əliyev prospekti, 14 ünvanında yerləşən filialına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməkdən imtina etmiş və bu barədə ona xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. İddiaçı X5 məhkəməyə ərizə təqdim edərək, onun əsl iddiaçı bacısı İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-525/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iddiaçı X2 Cavabdeh qarşı “pul” tələbi üzrə iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bacısına məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanında yerləşən mənzili o makler vasitəsi ilə kirayə müqaviləsinə əsasən aylıq kirayə haqqı 300 manat olmaqla (komendant daxil) xx.xx.2023-cü il tarixdə Cavabdeh kirayəyə vermişdir. Cavabdeh mənzildə 9 ay kirayədə qalmış, 06 ay kirayə haqqını versə də, 03 ay kirayə haqqını, yəni 900 manat məbləğində pulu ödəməmişdir. Əlavə olaraq kirayəçi evdə qaldığı müddətdə 150 manat mənzilə görə, 100 manat elektrik enerjisindən istifadəyə görə, 160 manat məişət qazından istifadəyə görə, 70 manat da sudan istifadəyə görə borcu yaranmışdır. Kommunal xərclərlə görə yaranmış borcları özü ödəsə də bu barədə məhkəməyə sübut təqdim edə bilmir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə aparatının əməkdaşı tərəfindən məhkəmə iclasında Cavabdehin istifadəsində olan telefon nömrə vasitəsi ilə, həmçinin məhkəmə bildirişi və iddia ərizəsinin surətinin təqdim edilməsinin təmin edilməklə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, məhkəmə iclasında iştirakla bağlı fikri öyrənilmiş, Bakı şəhərində işdə olduğunu, mənzildə üç ay kirayə qaldığını, kirayə haqqını ödədiyini, iddiaçının hərbi hissəyə də müraciət etdiyini, müraciətə cavab verildiyini bildirərək məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 36 kv/m olan mənzilini alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bəyim ilə Cavabdeh arasında bağlanmış kirayə müqaviləsindən görünür ki, Bəyim tərəfindən Abşeron rayonu, Gənclik şəhərciyində yerləşən, blok 17, 10-cu mərtəbə, 45 kv.m sahəsi olan 1 otaqlı (mətbəx studiya yığılmış) mənzili müdddətsiz aylıq 300 manat (komendant daxil) olmaqla Cavabdeh kirayə verilmişdir. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X7 iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 700.1ci maddəsinə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı nümayəndəsi X5 arasında “Akord Əmlak” firmasının vasitəçiliyi ilə xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmış və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7ci km, ünvan 3 ünvanında yerləşən mənzili içərisində yerləşən məişət əşyaları ilə birlikdə cavabdehə icarəyə verilmişdir. Tərəflər arasında kirayə haqqı 300 manat (komendant daxil) müəyyən olunmuşdur. Cavabdeh iddiaçıya ilk ayları kirayə haqqını ödəsə də, sonradan ödəniş etməyi dayandırmış və icarə müqaviləsinin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (3x300) 900 manat məbləğində kirayə haqqı, 60 manat mediasiya xərci və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq İddiaçı ödənilməlidir. Hazırda iddiaçı, Cavabdeh 900 manat məbləğində icarə müqaviləsinə görə yaranmış borcun qaytarılması, ödənilməmiş kommunal xərclərə görə 480 manat, sındırılmış unitaza görə 150 manat, mediasiya xidmətinə görə 60 manat və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş üzrə qətnamə çıxararkən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsini əsas tutaraq 3 ay müddətinə ödənilməmiş (3x300) 900 manat icarə haqqının və ödənilmiş 36 manat dövlət rüsumunun 30 manat hissəsi tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 900 manat məbləğində kirayə müqaviləsinə görə yaranmış borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Lakin kirayə verilmiş mənzilə görə ödənilməmiş 480 manat və sındırılmış unitaza görə 150 manat maddi zərər barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin işdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 900 manat məbləğində kirayə haqqı, 60 manat mediasiya xərci və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar