Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-53/2025 06.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneəni aradan qaldırmaqla su yolunun açılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “maneəni aradan qaldırmaqla su yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Marışlı kəndinin ərazisində yerləşən ona məxsus həyətyanı torpaq sahəsinə Cavabdeh tərəfindən yaranan maneənin aradan qaldırılmaqla su yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 27 noyabr tarixli, 13 saylı qərarı ilə Marışlı kəndində mərhum atası X10, X14, X4 və ona məxsus 0,2199 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ata yurdunda həyətyanı sahəsinə uzun illərdən gələn su arxı qonşuluqda yaşayan Cavabdeh tərəfindən tamamilə doldurulmuşdur. Hətta ekskovatorla su turbasının hər iki tərəfi doldurulmuşdur. Son 4 ayda həyətdə otuza yaxın meyvə ağacının quruması və 50-60 bağlama yonca presinin biçilməsində həyətyanı sahəsinə ziyan vurulmuşdur. Cavabdeh suvarma arxını Akkuşa kanalından su qəbuledicinin ekskavator vasitəsilə tamam bağlanılmış, suvarma arxına aid torpaq sahəsi üzərinə Cavabdeh tərəfindən müxtəlif tikinti qalıqları və odun yığaraq gedişgəlişi məhdudlaşdırmışdır. Cavabdeh 3 aydan çoxdur ki, onun və ailə üzvlərinin sudan istifadə etmələrinə maneəçilik törədir. Həyətdə əkilən ağaclar, mal-qara və özləri susuzluqdan əziyyət çəkirlər. Məcbur olub bu barədə kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri gəlib mübahisə olunan yerə baxış keçirmiş və cavabdehə su yolunun açılmasını məsləhət görsə də, onlar buna etiraz etmişlər. Bu barədə Bələdiyyənin sədri tərəfindən ona məsləhət görülmüşdür ki, bu mübahisə mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməlidir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Salyan rayonu, Marışlı kəndinin ərazisində yerləşən ona məxsus həyətyanı torpaq sahəsinə Cavabdeh tərəfindən yaranan maneənin aradan qaldırılmaqla su yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, yaşadığı evin torpaq sahəsini uzun illərdir ki, Akkuşa kanalından götürülən ata yurdundan keçən su arxı vasitəsi ilə suvarmışdır. Son illər qonşuluqda yaşayan Cavabdeh (qardaşı) su arxının qəbuledicisinin qabağını torpaqla tez-tez bağlayır. Sonuncu dəfə 23 mart 2023-cü ildə su turbasının hər iki tərəfi ekskovatorla torpaqla doldurulmuşdur. Susuzluqdan həyətdə otuza yaxın meyvə ağacı qurumuşdur. Əlavə olaraq suvarma arxına aid torpaq sahəsinin üzərinə müxtəlif tikinti qalıqları və odun yığaraq gediş-gəlişi məhdudlaşdırmışdır. Həyətdə əkilən ağaclar, mal-qara və özləri susuzluqdan əziyyət çəkirlər. Məcbur olub bu barədə kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri gəlib mübahisə olunan yerə baxış keçirmiş və cavabdehə su yolunun açılmasını məsləhət görsə də, onlar buna etiraz etmişlər. Bu barədə Bələdiyyənin sədri tərəfindən ona məsləhət görülmüşdür ki, bu mübahisə mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməlidir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, Akkuşa kanalından d=80 mm olan boru vasitəsi ilə su götürür. Sudan istifadə edərkən 2-3 gün su xətti açıq qalır. Onun təqsirindən heç vaxt cavabdehin həyətini su basmamışdır. Cavabdehin həyətyanı torpaq sahəsini su basma halları olmuşdur. Buna səbəb qonşuluqda yaşayan Xalidin həyətinən axan su səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir və iddiaya qarşı öz etirazını bildirir. Etirazlarını aşağıdakı faktlarla sübuta yetiririr: İddiaçı onun doğma qardaşıdır. Onlar əvvələr Marışlı kəndində valideynlərinə məxsus evdə yaşamışlar. Lakin sonrakı vaxtlarda ailə qurandan sonra Asəf onların evindən təxminən 200 metr aralıda özü üçün torpaq sahəsi götürərək ev tikdirmiş və ailəsi ilə orada yaşayır. Lakin valideynlərinə məxsus həyətin bir hissəsində onların sağlığında öz razılıqları ilə ev tikmişdir. Hazırda həmin yerdə yaşayır. Qardaşı Asəfin evi və həyəti isə onların evindən xeyli aralıda yerləşir. Əvvəllər Asəf həyətini, sahəni suvarmaq üçün kəndin kənarındakı, evinin 30 metrliyindən keçən su kanalından su götürməklə istifadə etmişdir. Akkuşa çayından isə su götürdüyü hallarda onların evlərini və həyətlərini suya basaraq onlara ziyan vurmuşdur. Bütün bu səbəblərə görə də, dəfələrlə qardaş kimi Asəfə su yolunu əvvəllər götürdüyü su kanalından götürərək, oradan istifadə etməsini xahiş etmişdir. Akkuşa çayından su götürdüyü halda onların həyətini və evlərini su basaraq onlara ziyan vurur. Lakin qardaşı onun dediklərinə və xahişlərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirdiyindən məcbur qalıb həyətindən keçən suyun aparılmasına icazə verməmişdir. Faktiki olaraq isə Akkuşa çayı qazılan zaman onun, eləcə də atasının həyətinə gələn su kanalını traktor torpaqla doldurmuşdur. Qardaşı iddia ərizəsində yalan yazaraq bildirir ki, guya hazırda ata mülkündə yaşayır. Faktiki olaraq iddiaçının onların evindən kənarda torpaq sahəsi və evi var. Həmin həyətə gedən su kanalı da var. Lakin Asəf həmin su kanalından istifadə etmək istəmir və qəsdən ona və həyətinə, evinə ziyan vurmaq üçün su yolunu onların həyətindən salmaq istəyir. Qardaşı Asəfin həyətinə və evinə gedən su kanalı əvvəllər həmişə evinin yaxınlığından keçən su kanalından olmuşdur. Lakin indi qəsdən ona sataşmaq üçün su kanalını onun həyətindən aparmaq istəyir. Faktiki olaraq Asəfin həyətinə alternativ su yolu var və həmin yoldan istifadə edə bilər və edir. Bütün bunlara baxmayaraq əsassız mübahisələr yaratmaqla ona qarşı qərəzli mövqe tutur. Bununla bağlı özü dəfələrlə kənd İƏN-nə, kənd Bələdiyyəsinə və polis şöbəsinə şikayətlər etmiş və onlar tərəfindən araşdırma aparılmışdır. Bütün aidiyyatı təşkilatlar ona suyu həyətinə yaxın ərazidən keçən su kanalından aparmasını tövsiyə etmişlər. Lakin Asəf heç kimlə razılaşmır və qəsdən ona ziyan vurmaq üçün onun və ata həyətlərindən su yolu çəkmək istəyir. İddiaçı atalarının sağlığında heç vaxt həyətə gəlməmiş və su yolu ilə bağlı heç bir tələbi olmamışdır. Ataları 2003-cü ildə vəfat edəndən sonra Asəf fəallaşmağa başlamışdır. Hazırda onun da yaşadığı evin həyətindəki mərhum atasına məxsus evdə mərhum atasının 2-ci arvadı, yəni analıqları yaşayır. Analığı da həmin yerdən su yolu açılmasına razı deyildir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı dəfələrlə suyu günlərlə açıq qoyduğundan onun həyətini su basmışdır. O, da məcbur qalıb su yolunu bağlamışdır. Bu barədə foto şəkilləri məhkəməyə təqdim edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb tədqiq edərək belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-029A KOD 80909018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Salyan rayon X8 27 noyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə Salyan rayonu, Marışlı kəndində yaşayış məntəqələrinin torpaqları məqsədi ilə 0.2199 ha torpaq sahəsi X5, X7, X1, İddiaçı və X2 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçı iddia tələbinə qarşı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə qarşı etiraz və mülahizə təqdim etmək haqqında ərizəsindən görünür ki, həmin iddia ərizəsinin surəti poçt vasitəsi ilə onun ünvanına göndərilmiş və 14 avqust 2023-cü il tarixdə ona təqdim olunmuşdur. Həmin iddia ərizəsi ilə tanış olmuşdur. İddianı qəbul etmir və iddiaya qarşı öz etirazını bildirir. Etirazlarını aşağıdakı faktlarla sübuta yetiririr: İddiaçı onun doğma qardaşıdır. Onlar əvvələr Marışlı kəndində valideynlərinə məxsus evdə yaşamışlar. Lakin sonrakı vaxtlarda ailə qurandan sonra Asəf onların evindən təxminən 200 metr aralıda özü üçün torpaq sahəsi götürərək ev tikdirmiş və ailəsi ilə orada yaşayır. Lakin valideynlərinə məxsus həyətin bir hissəsində onların sağlığında öz razılıqları ilə ev tikmişdir. Hazırda həmin yerdə yaşayır. Qardaşı Asəfin evi və həyəti isə onların evindən xeyli aralıda yerləşir. Əvvəllər Asəf həyətini suvarmaq üçün kəndin kənarındakı, evinin 30 metrliyindən keçən su kanalından su götürməklə istifadə etmişdir. Akkuşa çayından isə su götürdüyü hallarda onların evlərini və həyətlərini suya basaraq onlara ziyan vurmuşdur. Bütün bu səbəblərə görə də dəfələrlə qardaş kimi Asəfə su yolunu əvvəllər götürdüyü su kanalından götürərək, oradan istifadə etməsini xahiş etmişdir. Akkuşa çayından su götürdüyü halda onların həyətini və evlərini su basaraq onlara ziyan vurur. Lakin qardaşı onun dediklərinə və xahişlərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirdiyindən məcbur qalıb həyətindən keçən suyun aparılmasına icazə verməmişdir. Faktiki olaraq isə Akkuşa çayı qazılan zaman onun, eləcə də atasının həyətinə gələn su kanalını traktor torpaqla doldurmuşdur. Qardaşı iddia ərizəsində yalan yazaraq bildirir ki, guya hazırda ata mülkündə yaşayır. Faktiki olaraq iddiaçının onların evindən kənarda torpaq sahəsi və evi var. Həmin həyətə gedən su kanalı da var. Lakin Asəf həmin su kanalından istifadə etmək istəmir və qəsdən ona və həyətinə, evinə ziyan vurmaq üçün su yolunu onların həyətindən salmaq istəyir. Qardaşı Asəfin həyətinə və evinə gedən su kanalı əvvəllər həmişə evinin yaxınlığından keçən su kanalından olmuşdur. Lakin indi qəsdən ona sataşmaq üçün su kanalını onun həyətindən aparmaq istəyir. Faktiki olaraq Asəfin həyətinə alternativ su yolu var və həmin yoldan istifadə edə bilər və edir. Bütün bunlara baxmayaraq əsassız mübahisələr yaratmaqla ona qarşı qərəzli mövqe tutur. Bununla bağlı özü dəfələrlə kənd İƏN-nə, kənd Bələdiyyəsinə və polis şöbəsinə şikayətlər etmiş və onlar tərəfindən araşdırma aparılmışdır. Bütün aidiyyatı təşkilatlar ona suyu həyətinə yaxın ərazidən keçən su kanalından aparmasını tövsiyə etmişlər. Lakin Asəf heç kimlə razılaşmır və qəsdən ona ziyan vurmaq üçün onun və ata həyətlərindən su yolu çəkmək istəyir. İddiaçı atalarının sağlığında heç vaxt həyətə gəlməmiş və su yolu ilə bağlı heç bir tələbi olmamışdır. Ataları 2003-cü ildə vəfat edəndən sonra Asəf fəallaşmağa başlamışdır. Hazırda onun da yaşadığı evin həyətindəki mərhum atasına məxsus evdə mərhum atasının 2-ci arvadı, yəni analıqları yaşayır. Analığı da həmin yerdən su yolu açılmasına razı deyildir. Göstərilənlərə əsasən, Marışlı kənd sakini İddiaçı iddiası əsassız və ədalətsiz olduğundan həmin iddianı qəbul etməyərək iddianın ləğv olunması, iş üzrə ekspertiza keçirilməsi, mütəxəssis rəyinin alınması və mütəxəssiz qarşısında İddiaçı məxsus torpaq sahəsi və yaşayış evi hazırda onların yaşadıqları yerdən nə qədər aralıdadır?, Rüstəmovun həyətinə alternativ su kanalının başqa yerdən çəkilməsi mümkündürmü?, Rüstəmov əvəllər haradan və hansı kanaldan sudan istifadə etmişdir suallarının qoyulmasını xahiş etmişdir. İş materiallarında olan Salyan rayon Marışlı Bələdiyyəsinin sədri A.Q.Hüseynov tərəfindən Salyan Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 72 nömrəli arayışdan görünür ki, Salyan rayonu, Marışlı kənd sakini İddiaçı və onun qardaşı Marışlı kənd sakini Cavabdeh birgə istifadəsində olmuş mübahisəli suvarma arxı müvafiq xəritə, baş plan və mütəxəssis olmadığı üçün Salyan rayonu, Marışlı bələdiyyəsinin mülkiyyətinə aid olmasının təsdiqlənməsi mümkün olmamışdır, yanlız Marışlı kənd sakini İddiaçı müraciəti əsasında həmin əraziyə baxış keçirilmiş və baxış zamanı suvarma arxının Akkuşa kanalından su qəbuledicinin ekskavator vasitəsilə tamam bağlanılması və suvarma arxına aid torpaq sahəsi üzərinə Marışlı kənd sakini Cavabdeh tərəfindən müxtəlif tikinti qalıqları və odun yığaraq gediş-gəlişi məhdudlaşdırması aşkarlanmışdır. İş materiallarında olan Salyan rayon Marışlı Bələdiyyəsinin sədri A.Hüseynov tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli, 81 nömrəli məktubdan görünür ki, Marışlı kənd sakinləri Cavabdeh və İddiaçı arasında mübahisəli su arxı ilə bağlı vətəndaşların müraciətinə əsasən həyətyanı sahəyə baxış keçirilmiş, heç bir su basma halı müşahidə olunmamışdır. İddiaçı həyətyanı torpaq sahəsinə alternativ su yolu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi mütəxəssisi M.Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu məlumat bazasında, Salyan rayonu, Marışlı kəndində yerləşən İddiaçı həyətyanı torpaq sahəsinə gedən su yolu nəzərdə tutulmamışdır. Torpaqların elektron kadastr uçotu məlumat bazasında iddia olunan torpaq sahəsi “yollar və küçələr”ə aid olan torpaq sahəsi kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin eni təqribən 4 metr, uzunluğu 103.5 metrdir. Mübahisəli torpaq sahəsinə giriş hissədə Cavabdeh tərəfindən dəmir darvaza quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7747 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu məlumat bazasında, Salyan rayonu, Marışlı kəndində yerləşən İddiaçı həyətyanı torpaq sahəsinə gedən su yolu nəzərdə tutulmamışdır. Torpaqların elektron kadastr uçotu məlumat bazasında iddia olunan torpaq sahəsi “yollara və küçələr”ə aid olan torpaq sahəsi kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin eni təqribən 4 metr, uzunluğu 103.5 metrdir. Mübahisəli torpaq sahəsinə giriş hissədə Cavabdeh tərəfindən dəmir darvaza quraşdırılması müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsində maneə dəmir darvazadan ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayon X8 27 noyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə Salyan rayonu, Marışlı kəndində yaşayış məntəqələrinin torpaqları məqsədi ilə 0.2199 ha torpaq sahəsi X5, X11, X1, İddiaçı və X3 ümumi mülkiyyətinə verilmişdir. İddiaçı və Cavabdeh doğma qardaşdırlar. Onlar əvvəllər Salyan rayonunda Marışlı kəndində qonşuluqlarında yerləşən valideynlərinə məxsus evdə yaşamışlar. Lakin sonrakı vaxtlarda hər ikisi ailə qurandan sonra qonşuluqda özlərinə məxsus torpaq sahələrində fərdi yaşayış evləri tikmişlər. İddiaçının evi cavabdehin evindən təxminən 200 metr məsafədə yerləşir və İddiaçı ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı əvvəllər həyətyanı sahəsini suvarmaq üçün kəndin kənarındakı, evinin 30 metrliyindən keçən su kanalından su götürməklə istifadə etmişdir. Akkuşa çayından isə su götürdüyü hallarda cavabdehin evini və həyətini suya basaraq onlara ziyan vurur. İş üzrə məhkəmənin 2(057)-1423/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi mütəxəssisi M.Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastr uçotu məlumat bazasında, Salyan rayonu, Marışlı kəndində yerləşən iddiaçının həyətyanı torpaq sahəsinə gedən su yolu nəzərdə tutulmaması, torpaqların elektron kadastr uçotu məlumat bazasında iddia olunan torpaq sahəsinin “yollar və küçələr”ə aid olan torpaq sahəsi kimi göstərildiyi, mübahisəli torpaq sahəsinin eninin təqribən 4 metr, uzunluğunun 103.5 metr olduğu və mübahisəli torpaq sahəsinə giriş hissədə Cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7747 saylı rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu məlumat bazasında, Salyan rayonu, Marışlı kəndində yerləşən İddiaçının həyətyanı torpaq sahəsinə gedən su yolu nəzərdə tutulmaması, torpaqların elektron kadastr uçotu məlumat bazasında iddia olunan torpaq sahəsinin “yollara və küçələr”ə aid olan torpaq sahəsi kimi göstərildiyi, mübahisəli torpaq sahəsinin eninin təqribən 4 metr, uzunluğunun 103.5 metr, mübahisəli torpaq sahəsinə giriş hissədə Cavabdeh tərəfindən dəmir darvaza quraşdırılması və mübahisəli torpaq sahəsində maneənin dəmir darvazadan ibarət olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi su yolu torpaqların elektron kadastr uçotu məlumat bazasında, Salyan rayonu, Marışlı kəndində yerləşən iddiaçının həyətyanı torpaq sahəsinə gedən su yolu nəzərdə tutulmamışdır. Bu hallar işin mübahisələndirilməyən hallarıdır, iş materialları və tərəflərin izahatları ilə təsdiq edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı həyətyanı sahəsinə gələn su arxının nəzərdə tutulduğunu qeyd etsə də, bu halının mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X6 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MPM-in 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7747 saylı rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu məlumat bazasında, Salyan rayonu, Marışlı kəndində yerləşən İddiaçı həyətyanı torpaq sahəsinə gedən su yolu nəzərdə tutulmaması, torpaqların elektron kadastr uçotu məlumat bazasında iddia olunan torpaq sahəsinin “yollara və küçələr”ə aid olan torpaq sahəsi kimi göstərildiyi, mübahisəli torpaq sahəsinin eninin təqribən 4 metr, uzunluğunun 103.5 metr, mübahisəli torpaq sahəsinə giriş hissədə Cavabdeh tərəfindən dəmir darvaza quraşdırılması və mübahisəli torpaq sahəsində maneənin dəmir darvazadan ibarət olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi su yolu torpaqların elektron kadastr uçotu məlumat bazasında, Salyan rayonu, Marışlı kəndində yerləşən İddiaçı həyətyanı torpaq sahəsinə gedən su yolu nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının iddia etdiyi su yolunun nəzərdə tutulmadığı və həyətyanı torpaq sahəsinə alternativ su yolunun mövcud olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğundan onunla razılaşmamaq üçün əsas yoxdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı aid edillməlidir. Həmçinin məhkəmə baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul iddiaçıdan alınaraq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maneəni aradan qaldırılmaqla su yolunun açılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən, MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı maneəni aradan qaldırılmaqla su yolunun açılması tələbinə dair iddiası təmin edilməsin. İddia ilə bağlı ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq X9 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-53/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-53/2025
06.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver