Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-531/2023 09.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayon məhkəməsinin hakimi Ağarza Hacırza oğlu Səmədov İddiaçı MMC-nin ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı MMC məhkəməyə Cavabdeh qarşı pul tələbi ilə bağlı müraciət etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə sonradan göndərdiyi ərizəsində ərizə və əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 114, 152,263,264 267,268-ci maddələrini rəhbər tutub,məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC-nin ödədiyi 30 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-531/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-531/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver