Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-543/2024 02.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə alimentin məbləğinin dəyişdirilməsi barədə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində birgə nikahdan doğulmuş xx.xx.2013cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Salyan Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(057)-1533/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment olmaqla 470 manat alimentin atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə 2012-ci ildə evlənmiş və birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında rəsmiləşdirilmiş nikah pozulmuş və birgə nikahdan doğulmuş Nuray və Yusif adlı uşaqlar iddiaçını yanında saxlanılmış və onların yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi məbləğində aliment alınaraq ona verilmişdir. Alimeti ödəmək üçün hərbi hissə kart vermişdir. İddianı müdafiə etdiyini və cavabdehin hərbçi olduğunu, yaxşı maaş aldığını bildirərək sabit pul məbləğində qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, sonuncu məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Həmin səbəbdən məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)- 1533/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Salyan rayon Çuxanlı kənd İƏN-də 10 sentyabr 2012-ci il tarixdə bağlanmış 23 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqlar idddiaçı İddiaçı himayəsində saxlanılmış və xx.xx.2013-cü ildə anadan olmuş Nuray və xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay əmək haqqının 1/3 hissəsi məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Mülki işə əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı etiraz məktubunda bildirmişdir ki, hərbçidir, 700 manat əmək haqqı alır. Hər ay aldığı məvacibin 1/3 hissəsi miqdarında alimenti vaxtında əmək haqqından tutulur. Aldığı məvacibdən başqa gəliri yoxdur. Bundan başqa 05 may 2020-ci tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 28 may 2022-ci il tarixdə X5 doğulmuşdur. Odur ki iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı 2 uşaq olmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)- 1533/2018 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü ildə anadan olmuş Nuray və xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay əmək haqqının 1/3 hissəsi məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh hərbiçi olmaqla qazancı və gəliri məlumdur, onun əmək haqqısından hissə ilə aliment tutulur.Ona görə də alimentin sabit pul məbləğində tutulması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqdan sonra alimentin artırılması və ya azaldılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixli, 2(057)-1533/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək , xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-543/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-543/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver