Məhkəmə qərarları › İş №2(057)-55/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-55/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-55/2023 23.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı vermiş olduğu iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25 % olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü borcundan 897,95 manat ödəniş etmiş və onun iddiaçıya 1102,05 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 340 gün üçün hesablanmış faiz borcu 201,39 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 340 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 374,70 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən 1102,05 manat əsas, 201,39 manat faiz, 374,70 manat cərimə borcu olmaqla, cəmi 1678,14 manat kredit borcu, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etdiyindən onun iştirakı mümkün olmamışdır. Bu səbəbdən məhkəmə xx.xx.2021-ci il tarixli qərardadla mülki iş üzrə icraat cavabdehin hüquqi varisi müəyyən edilənə kimi dayandırlmasını qərara almışdır. İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəməyə vəsatətlə müraciət edərək mülki iş üzrə Cavabdeh2 və Cavabdeh3 vəfat etmiş Cavabdeh1 prosessual hüquqi varisi kimi prosesə cəlb edilməsini və mülki iş üzrə dayandırılmış icraatın təzələnməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə xx.xx.2023-cü il tarixində ərizələr ünvanlayaraq göstərmişdir ki, vəfat etmiş cavabdehin vərəsələrinin müəyyən olunması üçün iddiaçı AccessBank QSC tərəfindən müvafiq dövlət orqanlarına sorğu ilə müraciət edilmişdir. Salyan rayon 2 saylı xüsusi Notariat Ofisi tərəfindən sorğuya “Vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi faktının müəyyən edilməməsi cavabı verilmişdir. DƏDRX publik hüquqi şəxsi tərəfindən sorğuya Cavabdeh1 adına ailə üzvləri ilə ümumbirgə mülkiyyətdə olan Salyan rayonu, Təzəkənd kəndində 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və Salyan rayonu, Qarabağlı kəndində 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması cavabı verilmişdir. Salyan rayon İcra Hakimiyyəti tərəfindən sorğuya 0.12 ha həyətyanı torpaq sahəsinin və 0.80 ha ümumbirgə pay torpaq sahəsinin mərhum Cavabdeh1 arvadı Cavabdeh2 və oğlu Cavabdeh3 istifadəsində olması cavabı verilmişdir. Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sorğuya 0.69 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixdən Cavabdeh2 adından EKTİS-də qeydiyyatdan keçməsi cavabı verilmişdir. Qeyd olunanlara əsasən hesab etmişdir ki, vəfat etmiş Cavabdeh1 vərəsəsi olaraq Cavabdeh2 və Cavabdeh3 ilə əvəz edilməlidir. Məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1102.05 manat məbləğində kredit borcu, 201.39 manat məbləğində faiz borcu və 374.7 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1678 (min altı yüz yetmiş səkkiz) manat 14 (on dörd) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin digər ərizəsində İddiaçı QSC-nin nümayəndəsi Cavabdeh1 vəfat etməsi səbəbindən Cavabdeh2 və Cavabdeh3 mülki iş üzrə cavabdehin prosessual hüquqi varisi kimi prosesə cəlb edilməsini və mülki iş üzrə dayandırılmış icraatın təzələnməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmənin mülki iş üzrə qərardadı əsasında icraatda olan mülki iş təzələnmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə işə sonuncunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 18 ay müddətinə illik 2,25 % faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Məhkəmədə elan olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixinə 1102,05 manat əsas, 201,39 manat faiz, 374,70 manat cərimə borcu olmaqla, cəmi 1678,14 manat kredit borcu vardır. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən Cavabdeh1 münasibətdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, sonuncu Salyan rayonu, Kərimbəyli kəndində xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Məhkəmədə elan olunmuş bildirişin surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh1 bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir.Özü vəfat etdiyindən həmin borc onun varislərindən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcuna mütənasib olmadığından tələb olunan 374,70 manat məbləğin 10 manat məbləğinə qədər azaldılması məqsədəuyğundur. Həmin Məcəllənin 1306.1-ci maddəsində qeyd olunmuşdur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 1102,05 manat əsas, 201,39 manat faiz, hesablanmış cərimə borcuna görə 10 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 23,50 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar