Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-56/2023 15.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X8, Cavabdeh və nümayəndəsi X7 iştirakı ilə maddi və mənəvi zinaynın ödənilməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X8 rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 10.370 manat, mənəvi ziyana görə 50.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 2050 manat, zəhmət haqqı kimi ödənilmiş 20000 manat pulun, hüquqi xidmətə çəkdiyi əvəzi olaraq 31 manat, cəmi 82.763 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X4 məhkəməyə verdiyi digər ərizəsində Cavabdeh təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 15700 manat, mənəvi ziyana görə 20.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 2050 manat, zəhmət haqqı kimi ödənilmiş 20000 manat pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 312 manat, iddianın verilməsi üçün ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 56043 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X4 məhkəməyə verdiyi digər ərizəsində Cavabdeh təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 10436 manat, mənəvi ziyana görə 5.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 6499 manat, zəhmət haqqı kimi ödənilmiş 20000 manat pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 312 manat, iddianın verilməsi üçün ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 42478 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X8 bildirmişdir ki, iddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 2 mənzili təmir etdirmək üçün tanışı usta Cavabdeh ilə razılaşmış və iddiaçı evlərin təmiri üçün cavabdehə 20000 manat pul verməli, cavabdeh də hər iki mənzili təmir edərək təhvil verməli idi.İddiaçının qohumu malı usta ilə birlikdə bəyənərək almış və cavabdehə təhvil vermişdir.Təmir işləri təqribən il yarmı davam etmiş, lakin təmir keyfiyyətsiz olmuşdur.Təmir işindən sonra iddiaçı cavabdehə 7300 manat pul dəyərində 300000 rus rublu göndərmiş və cavabdeh həmin pula ev üçün avadanlıqlar almalı olmuşdur.Cavabeh həmin pula evə kombi, qabyuyan və sair avadanlıqlar almış, lakin iddiaçı tərəf alınmış malların keyfiyyətsiz olduğunu gördükləri üçün qaytarılmasını xahiş etmişlər. Ona görə də cavabdeh qeyd olunan əşyaları qaytarmış və aldığı puldan 801 manatı iddiaçı tərəfə qaytarmış, qalan pulu isə qaytarmaqdan imtina etmişdir.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X8 bildirmişdir ki, təmiri mübahisələndirilən evdə qüsur olduğu üçün hazırda orada heç kim yaşamır,cavabdehlə usta özü bütün qüsurlara baxıb onları aradan qaldıracağı barədə razılığa gəlmişlər.Lakin usta təmir işlərinə baxdıqdan sonra söküntü işlərini görmədən onu edə bilməyəcəyini bildirmişdir.Söküntü apardıqdan sonra xərcin çox çıxacağını bildirmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki,Elşad 2017-ci ildə evlərini ona təmir etdirmək istəmiş və bu barədə aralarında danışıq olmuş və razılığa gəlmişlər.Təmir işləri iki il davam etmiş və təmir işlərini qurtardıqdan sonra Elşad ona 300000 rus rublu göndərmiş və həmin pula iddiaçı üçün hər birinin dəyəri 800 manat olmaqla 2 ədəd “Sparta” markalı 24 kv-q kombi,hər birinin dəyəri 260 manat olmaqla 2 ospirator, hər birinin dəyəri 800 manat olmaqla 2 ədəd qaz sobası,880 manat dəyərində qabyuyan alıb quraşdırmışdır.Lakin sonradan iddiaçının oğlu həmin əşyaları bəyənməmiş və həmin səbəbdən qaytarmağa məcbur olmuşdur. Aldığı pullardan 800 manat, 1700 manat,800 manat qaytarmış və daha sonra 2400 manat pulu Elşadın deməsinə görə Çingizə vermişdir. 1500 manat pulu isə mətbəx mebelinə görə Zaur adlı ustaya beh kimi vermişdir.500 manat da Cavid adlı taksi sürücüsünə Elşadın tapşırığı ilə vermişdir.400 manat pulu isə aldığı avadanlıqların quraşdırılması üçün ustaya vermişdir.Ona qarşı verilmiş iddianı qəbul etmir, məbləğlər şişirdilmişdir və həmin səbəbdən rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, təmiri mübahisələndirilən ev 4 il əvvəl təmir edilmiş,bu gün evin təmirində heç bir qüsur yoxdur.Evin təmiri üçün 20.000 manat almış,evin qapıları istisna olmaqla otaqları tam təmir olunmuş vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı kabellərin 2,5 mm diametrli naqlillə çəkildiyini gösərsə də, əslində 4 mm kabellə çəkilmişdir. Məhkəmənin 18 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh bildirmişdir ki,iddianı qəbul etmir,ödənilmiş avadanlıqların pulu kimi 2050 manat tələb gəldikdə iddiaçının şahidi Səxavət Abbasovun təqdim etdiyi “LİSTERİNE” yazısı olan vərəqənin arxasındakı əlyazma onun tərəfindən icra olunmuş, iddiaçı ona 300.000 rus rublu göndərmiş və onu azərbaycan manatına çevirdikdə 7320 manata bərabər tutulur. Həmin məbləğdən iddiaçı üçün 6519 manat məbləğində müxtəlif növ avadanlıqlar almış, yerdə qalan 801 manat pulu isə iddiaçının tapşırığını yerinə yetirən Səxavətə vermişdir.Aldığı avadanlıqları iddiaçı bəyənmədiyi üçün mağazaya qatyarmış və aldığı puldan hissə-hissə iddiaçının vəkili Çingizə 2400 manat, qalanını isə Səxavətə vermişdir.Lakin həmin pulların bir qismini Çingizə qaytarmağını iddiaçı ondan tələb etməmiş, həmin pulların onlara verilməsini dair sübutu yoxdur.Aldığı avadanlıqların pulunu qaytardığı üçün iddiaçıya heç bir borcu qalmamışdır. Şahid qismində məhkəmədə ifadə verən X2 bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir və əlavə olaraq bildirir ki, iddiaçı cavabdehə avadanlıqların alınması üçün 7320 manat pul vermiş və həmin pula cavabdeh 2 “Sparta” markalı kombi,1 ədəd “Javel” markalı qabyuyan, 2 nikel materialdan olan qab yumaq üçün yer, 2 soba, 2 sorucu almış və həmin materialların alınması üçün ona 7320 manat pul verilmişdir. “Javel” markalı qabyuyanın qiyməti 467 manat olduğu halda 800 manat,sorucunun qiyməti 130 manat olduğu alda 260 manat,”moykalar”ı isə 75 manat olduğu halda hər birini 140 manat kimi qeyd etmişdir.Alınan malları iddiaçı tərəf bəyənmədiyi üçün qaytarılmış və qaytarılmış malların pulundan cavabdeh 801 manat qaytarmış, qalan pulları isə qaytarmamışdır.Elşad Eldara pulu kiməsə, başqa şəxsə verməsi barədə heç bir söz deməmişdir. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən X2 bildirmişdir ki, iddiaçı yeznələridir. Cavabdehə qarşı ədavət və düşmənçiliyi yoxdur. Yeznələri ona bildiurmişdir ki, evlərini təmir etdirmək lazımdır. O, yeznəsinə cavabdehi məsləhət görmüşdür. Bundan sonra cavabdehlə görüşmüş, ona bildirmişdir ki, təmir edilməli iki ev vardır. Cavabdeh həmin evlərə baxdıqdan sonra zəhmət haqqı kimi 20 000 manat istəyərək hər iki evi tam təmir olunmuş vəziyyətdə təhvil verəcəyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, onun işi mal-material alınması üçün ona pul verməkdən ibarət olacaqdır. Buna görə də ilkin ödəniş olaraq cavabdehə 1000 manat pul verib bu barədə qeydi dəftərə etlməklə imzalanmışdır. Günlərin birində təmir işinə baş çəkmək üçün getdikdə görmüşdür ki, cavabdeh döşəmənin altına atdığı atmaları bir xətlə atmamış, ona bildirmişdir ki, laminatlar ayaq altda “oynayırlar”. Bundan əlavə divarın bir başında divar kağızında gül naxışı göründüy halda, digər başında gül naxışı “yoxa çıxmışdır”.Kabellər vurulanda otaqların diagonallarına fikir verilməmişdir. 2017-2020-ci illərdə ümumilikdə materiala 28 000 manat pul sərf edilmişdir. Bu barədə olan qaimələri məhkəməyə təqdim edir. İlk dəfə yeznəsi evin təmirinə baxıb onu bəyənməmiş, bunu görən cavabdeh bildirmişdir ki, onu bəyənəcəyi səviyyəyə gətirəcəkdir. Lakin 2020-ci ildə yeznəsi təkrar olaraq təmir işinə baxdıqda görmüşdür ki, təmir işləri əvvəlkindən də pis aparılmışdır. Bunun səbəbini cavabdehdən soruşduqda, sonuncu bildirmişdir ki, “bacardığım budur”. Onu da qeyd edir ki, cavabdehə avadanlıq almaq üçün 7000 manat pul verilmiş, cavabdeh aldığı avadanlıqların qiymətlərini yüksək göstərməklə pulun qalan hissəsini mənimsəmişdir. Sonradan yeznəsi həmin avadanlıqları qəbul etməkdən imtina etmiş və cavabdehdən verdiyi pulu geri tələb etmişdir. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən mütəxəssis qismində dindirilmiş ekspert X3 göstərmişdir ki, təmiri mübahisələndirilən evin təmirində qüsurlar vardır. Həmin qüsurlar işlədilmiş materiallardan, məsələn divar kağızından və s. asılıdır. Digər qüsurları bir sıra söküntü işləri, məsələn döşəmənin söküntüsü apardıqdan sonra müəyyən etmək mümkündür. Həmin işləri görmədən ziyanı hesablamaq mümkün deyildir. Otaqlar tam təmir edilsə də, döşəmədə silkələnmə var, bunu ustanın özünə də göstərmişdir. Döşəmə iki halda silkələnə bilər: altına atılmış reykalar arasında normadan artıq ara məsafəsi qoyulduqda və ya laminat nazik olduqda. Həmin silkələnməni aradan qaldırmaq üşün laminat sökülməlidir. Söküləcəyi halda müvafiq rəyin verilməsi mümkündür. Məhkəmədə elan olunmuş Neftçala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(053)- 196/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh təmirlə bağlı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədilə 10370 manat, ödənilməmiş avadanlıqların pulu kimi 2050 manat, zəhmət haqqı kimi ödənilmiş 20000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə elan olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(106)-2344/2020 saylı qərardadının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(053)-196/2020 saylı qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmədə elan olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(106)-2525/2021 saylı qərardadının surətindən görünür ki, Neftçala Rayon Məhkəməsinin hakimi Əli Tağıyev tərəfindən öz-özünə edilmiş etiraz təmin edilmiş, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbinə dair mülki işin baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən 48 və 49 nömrəli yaşayış mənzillərinin təmiri nəticəsində dəymiş zərərin müəyyənləşdirilməsi barədə qiymətləndirmə rəylərindən görünür ki, ünvan 1-də yerləşən 48 saylı 3 otaqlı yaşayış mənzilinin təmirdən sonra müştərini qane etməyən sahələrin yenidən təmiri və material xərclərinin dəyəri (dəymiş zərərin) cəmi 6170 manat, ünvan 1-də yerləşən 49 saylı 2 otaqlı yaşayış mənzilinin təmirdən sonra müştərini qane etməyən sahələrin yenidən təmiri və material xərclərinin dəyəri (dəymiş zərərin) cəmi 4200 manat təşkil etmişdir. Nəticədə ünvan 1 ünvanında yerləşən 48 və 49 saylı mənzillərinin təmirdən sonra müştərini qane etməyən sahələrin yenidən təmiri və material xərclərinin dəyəri (dəymiş zərərin) bütövlükdə cəmi 10370 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2020-ci il tarixli, 24334 saylı ekspert rəyindən görünür ki, ki, Bakı şəhəri,Nərimanov rayonunda "xxxx" MTK-a tərəfindən İddiaçı aid mənzildə aparılan təmir işləri keyfiyyətsiz şəkildə aparıldığını nəzərə alaraq mənzildə aparılmış təmir işləri təmir tikinti normalarına uyğun olmadığı müəyyən edilir. Bakı şəhəri,Nərimanov rayonunda "xxxx" MTK-a aid hündür mərtəbəli yaşayış evində İddiaçı aid mənzillərin daxilində müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından həmin sahələrdə aparılmış təmir və ayrıla bilməyən yaxşılaşdırılmalarına sərf olunan vəsaitin miqdarını dəqiqliklə müəyyən etmək mümkün olmadığından, tədqiq olunan mənzillərin təmirlərinə dair "xxxx" MMC tərəfindən 28 və 29 mart 2019-cu il tarixli smeta cədvəlində göstərilən qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinə 10370 manat məbləğində vəsəitin tələb olduğu göstərilmişdir. İş materiallarında olan “X6” MMC tərəfindən verilmiş təmir işləri üçün sərf olunan vəsaitin miqdarının müəyyən edilməsinə dair qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri,Nərimanov rayonunda "xxxx" MTK-a tərəfindən İddiaçı verilmiş 2 və 3 otaqlı mənzillərdə aparılmış təmir işləri keyfiyyətsiz şəkildə aparıldığından həmin mənzillərdə görülmüş təmir işləri təmir-tikinti normalarına uyğun deyildir. Bakı şəhəri,Nərimanov rayonunda "xxxx" MTK-a tərəfindən İddiaçı verilmiş 2 və 3 otaqlı mənzillərdə aparılmış keyfiyyətsiz təmir işlərinin aradan qaldırılaraq yenidən təmir edilib yararlı vəziyyətə salınması üçün lazım olan vəsaitin ümumi miqdarı 15700 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 10/780 saylı ekspert rəyininin surətindən görünür ki, Bakı şəhəri,Nərimanov rayonunda "xxxx" MTK tərəfindən İddiaçı aid mənzildə aparılan təmir işləri keyfiyyətsiz şəkildə aparıldığını nəzərə alaraq mənzildə aparılmış təmir işləri təmir tikinti normalarına uyğun olmadığı müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı məxsus olan 2 və 3 otaqlı mənzillərdə görülmüş qüsurlu təmir tikinti işləri aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işləri dəyərinin dəqiqliklə müəyyən etmək mümkün deyildir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunan mütəxəssis rəyinə əsasən tədqiq olunan mənzillərdə aparılmış keyfiyyətsiz təmirin bərpası üçün 3 otaqlı mənzil üçün 4200 manat, 3 otaqlı mənzil üçün isə 6170 manat olmaqla ümumi dəyəri 10.370 manat vəsait tələb olunur. Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2023-cü il tarixli, 10/7378 saylı ekspert rəyindən görünür ki,ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı mənzillərində aparılmış tikinti-təmiri üzrə aparılır. Tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmışdır. Tədqiq olunan mənzilə baxış keçirilən zaman mənzil təmirli vəziyyətdə olduğu və həmin mənzil faktiki olaraq 2 və 3 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Tədqiq olunan, Bakı şəhəri Nərimanov rayonunda "xxxx" MTK-a aid hündür mərtəbəli yaşayış evində İddiaçı aid mənzildə aparılan təmir işlərinə baxış keçirilən zaman, yaşayış otaqlarının divarları divar kağızı ilə üzlənmiş, tavanı alçipan vurularaq boya ilə rənglənmiş, döşəməsinə laminat vurulmuşdur. Mətbəx və dəhlizin divarları divar kağızı ilə üzlənmiş, tavanı alçipan vurularaq boya ilə rənglənmiş, döşəmələrinə metlax vurulmuşdur. Hamam və ayaqyolu tikililərinin divarları kafellə, döşəmələri metlaxla üzlənmiş və tavanları aliminium materialından asmatavan quraşdırıldığı müəyyən olunmuşdur.Baxış zamanı dəhliz və yaşayış otaqlarının divarına vurulmuş divar kağızının bir hissəsinin qopmuş vəziyyətdə olduğu, 2 otaqlı mənzilin mətbəxinin döşəməsinə qabarması, tavanda yığılmış alçipanların kənarları nahamar şəkildə olduğu, hamam ayaqyolu tikilisinin döşəməsinə vurulan mərmər plitənin keyfiyyətsiz vurulduğu və qapıların divar səthindən aralı olduğu müəyyən edilmişdir: Eyni zamanda baxış zamanı mətbəxdə döşəmədə söküntü işləri aparılmış və müəyyən olunmuşdur ki, döşəmənin alt hissəsində taxtadan olan qabırğalar düzgün yığılmamışdır. Qərardadda qoyulmuş suallarda iş materiallarına əlavə edilmiş qaimələrdən istifadə etməklə eləcədə müvafiq söküntü işləri görülməklə İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib yararlı hala salınması üçün nə qədər vəsait (mal-material və əmək haqqı da daixil olmaqla) tələb olunmasını müəyyən etmək tələb olunmuşdur. Tədqiq olunan ünvanda aparılmalı tikinti-təmir işlərinin dəyərinin müəyyən etmək məqsədi ilə bazar qiyəmlərin uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmalıdır. ünvan 1-də yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib, yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10436 manat məbləğində müəyyən olunur. Məhkəmədə elan olunmuş qəbzin surətindən görünür ki, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesaınbına 310 manat pul köçürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh ünvan 1-də yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzilləri təmir etmək öhdəliyini üzərinə götürmüş və tərəflər aralarında razılaşma olmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş,təmir etdiyi mənzilləri tikinti-texniki normalarına uyğun olmayan qaydada təmir etmiş və nəticədə iddiaçı maddi zərər çəkmişdir. Buna görə də iddiaçı haqlı olaraq məhkəmədə iddia qaldırmaqla cavabdehə qarşı tələb irəli sürmüşdür.Göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış və sifarişçi üzərinə düşən öhdəliyi icra etmiş, podratçı isə tam icra etməmişdir.Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıya məxsus olan mənzilləri lazımi qaydada təmin etməmiş və nəticədə iddiaçıya 10436 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 7300 manat ekvivalentində 300.000 rus rublu göndərmiş və cavabdeh həmin pula iddiaçı üçün ev lavazimatları almış, lakin iddiaçı alınmış əşyaları bəyənmədiyi üçün cavabdeh həmin əmlakları geri qaytarmış, lakin qaytarılmış əmlakın pullardan 801 manat istisna olmaqla qalan pulları iddiaçıya verməmişdir.Cavabdeh ev üçün alınmış avadanlıqlara görə aldığı pulları, yəni 7300 manatı etiraf etmiş, lakin 801 manat istisna olmaqla digər pulların qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.İddiaçı da cavabdehin dedikləri ilə razılaşmamışdır. Bu halda qanunvericilik sübut etmə vəzifənin cavabdehin üzərinə düşdüyünü qeyd etdiyi üçün məhkəmə 801 manat istsna olmaqla qalan məbləğin cavabdehdən tutulmasını əsaslı hesab edir. İddiaçının tələb etdiyi hüquqi xidmətə görə 312 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ona hüquqi yardımın göstərilməsi üçün vəkilə rəsmi qaydada 312 manat ödəniş etmiş və iş üzrə kifayət qədər araşdırma aparılmış və müdafiəçi hüquqi yardıma görə xeyli vaxt sərf etmişdir. Ona görə də məhkəmə həmin məbləğin cavabdehdən tutulmasını əsaslı hesab edir. İddiaçının tələb etdiyi mənəvi ziyanın nədən ibarət olması barədə və həmçinin həmin tələbin təmin olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, qarşı tərəf isə iddianı həmin hissədə etiraf etməmişdir.Ona görə də iddia həmin hissədə rədd olunmalıdır. İddiaçının tələb etdiyi zəhmət haqqı kimi ödənilmiş 20000 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlı deyil. Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər 10436 manat olduğu üçün və həmin məbləğ məhkəmə tərəfindən təmin edildiyindən iddianın 20000 manat tələbinə dair hissədə təmin olunması mümkün deyildir.Cavabdehin gördüyü işlərin bir qismi yararlı olmuş, keyfiyyətsiz təmir və malmateriallar üçün ekspert 10436 manat müəyyən etmişdir.Ona görə də məhkəmə haqlı olaraq 10436 manat məbləği təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 752.1-ci maddəsində qeyd olunmuşdur ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsində qeyd olunmuşdur ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1-də yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib, yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 10436 manat, ödənilmiş avadanlıqların pulu kimi 6499 manat, hüquqi xidmətə görə çəkilən xərcin əvəzi olaraq 312 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 12 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında komputerdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-56/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-56/2023
15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver