Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-57/2025 13.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Kazım qızı və İddiaçı4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaranmış maneənin aradan qaldırılması və qanunsuz olaraq tutulmuş yolun açılması” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaranmış maneənin aradan qaldırılması və qanunsuz olaraq tutulmuş yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Qızılağac kəndində olan pay torpaqlarına gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaranan maneənin aradan qaldırılması, Salyan rayon, Qızılağac kəndində olan pay torpaqlarına gedən gediş-gəliş yolunun açılması və yol açıldıqdan sonra cavabdehlər tərəfindən həmin yolda maneələrin yaradılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 27 noyabr tarixli, 11 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin istifadəsinə 3.65 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi, Salyan rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 27 noyabr tarixli, 11 saylı qərarı ilə X15 və onun ailə üzvlərinin istifadəsinə 1.64 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 0.6742 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı4 1.8264 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən X4 1.2309 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi verilmişdir. O, X15 2003-cü il tarixdə X12 ilə ailə qurmuş və Qasımova soyadını qəbul etmişdir. O, İddiaçı5 X1 arvadıdır. X9 02 iyul 2018-ci ildə vəfat etmişdir. Onlara məxsus pay torpaqlarına gedən yol xəritədə mövcud olsa da, faktiki olaraq cavabdehlər tərəfindən zəbt edilmişdir. Onların torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinin sahibləri Cavabdeh1 və Cavabdeh2 onların torpaq sahələrinə gələn yoldan istifadə etmələrinə imkan vermirlər. Onlara yolun açılması barədə bildirsələr də, bunun bir nəticəsi olmamışdır. Onlar cavabdehlərin özbaşınalığından ərazi nümayəndəsinə, bələdiyyəyə rəsmi müraciət etmişlər. Ərazi nümayəndəsi və bələdiyyə gəlib həmin mübahisəli yola baxıb, şifahi olaraq cavabdehlərə yolu açmasını bildirmişlər. Ona görə də, məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, onun torpağına gedən yolun açılmasını istəyir. Onlar neçə ildir ki, beton kanalın kənarı ilə torpaq sahələrinə gedibgəlirlər. Cavabdeh2 onlara torpaq sahələrində istifadə etmələrinə mane olmur. Cavabdeh1 həmin ərazinin bir hissəsini əkmişdir. O, pay torpağına gedən yolun açılmasını istəyir. Həmçinin bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-409/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehlərin istifadələrində olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan X2 qarşı yaradılan maneənin aradan qaldırılması tələbi barədə iddiası təmin edilmiş, onun Salyan rayon, Qızılağac kəndində olan pay torpağına gedən yola cavabdeh X5 tərəfindən yaranan maneə aradan qaldırılması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, beton kanalın mühafizə zolağı vardır. Həmin hissə Cavabdeh1 yerinə düşür. Yolun açılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, yerinin kənarından ensiz yol var. İddianı qəbul etmir. Rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçıların yolları vardır. Ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin kənarı ilə iddiaçıların torpaq sahəsinə gediş-gəliş yolu var. Həmin yoldan iddiaçıların istifadə etmələrinə etiraz etmir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçıların istifadə etdikləri yol var. Həmin yolu özləri zəbt edərək əkin əkirlər. İddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıların vəsatəti əsasında məhkəmə iclasında şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X13 bildirmişdir ki, iddiaçıların torpaq sahələrinə gedən yol nəzərdə tutulmamışdır. Kanal və kollektorun mühafizə zolaqlarından yol kimi istifadə edilir. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi tərəfdə iddiaçılara məxsus olan torpaq sahəsinə gedən yol zəbt edilməmişdir. Lakin Cavabdeh1 özünə məxsus pay torpağı olan tərəfdə beton suvarma kanalının ərazisinin 0.02 hektarından əkin məqsədi üçün istifadə edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb tədqiq edərək belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-2759/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, torpaqların kadastr uçotu bazasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızının xüsusi mülkiyyətində olan torpaq pay torpaq sahəsinə gedən yol nəzərdə tutulmamışdır. Pay torpaq sahələrinə keçmək üçün kanal və kollektorların ərazisindən istifadə olunur. Mübahisəli ərazidə, Cavabdeh2 mülkiyyətində olan pay torpaq sahəsi tərəfdə iddiaçılara məxsus olan torpaq sahəsinə gedən yol zəbt edilməmişdir. Lakin Cavabdeh1 özünə məxsus pay torpağı olan tərəfdə beton suvarma kanalının ərazisinin 0.02 hektarından əkin məqsədi üçün istifadə edir. Mübahisəli hissədə, iddiaçıların istifadə etdikləri yolda cavabdehlər tərəfindən heç bir maneə mövcud deyildir. Torpaqların elektron kadastr uçotu məlumat bazasında mübahisəli hissədə beton suvarma kanalının yerləşdiyi torpaq sahəsi mövcuddur və beton suvarma kanalına məxsus torpaq sahəsinin 0.02 ha hissəsi Cavabdeh1 tərəfindən əkilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/28 nömrəli, 21 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu bazasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızının xüsusi mülkiyyətində olan torpaq pay torpaq sahəsinə gedən yol nəzərdə tutulmamışdır. Pay torpaq sahələrinə keçmək üçün kanal və kollektorların ərazisindən istifadə olunduğu müəyyən edilmişdir. Mübahisəli ərazidə, Cavabdeh2 mülkiyyətində olan pay torpaq sahəsi tərəfdə iddiaçılara məxsus olan torpaq sahəsinə gedən yol istifadə (zəbt) edilməmişdir. Lakin Cavabdeh1 özünə məxsus pay torpağı olan tərəfdə beton suvarma kanalının ərazisinin 0.02 hektarından əkin məqsədi üçün istifadə etdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyində mübahisəli hissədə, iddiaçıların istifadə etdikləri yolda cavabdehlər tərəfindən heç bir maneənin olmdığı göstərilsə də, maneənin olub-olmaması məsələsi məhkəmə tikintitexniki səlahiyyətlərinə aid olmadığından, eləcə də, hüquqi xarakterli məsələ olduğundan dördüncü sual cavablandırılmamışdır. Torpaqların elektron kadastr uçotu məlumat bazasında mübahisəli hissədə beton suvarma kanalının yerləşdiyi torpaq sahəsi mövcuddur. Mütəxəssis rəyində beton suvarma kanalına məxsus torpaq sahəsinin 0.02 ha hissəsinin Cavabdeh1 tərəfindən əkildiyi göstərilsə də, torpaq sahələrinin kim tərəfindən əkildiyinin müəyyən edilməsi məhkəmə tikinti-texniki səlahiyyətlərinə aid olmadığından, eləcə də, hüquqi xarakterli məsələ olduğundan sualın bu hissəsi cavablandırılmamışdır. İş materiallarında olan JN-055 KOD 80907018 torpağın mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X26, X14, X10 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı əsasında Salyan rayonu, Bəydili kəndində yerləşən 1.64 ha torpaq sahəsi olmuşdur. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, **********72 reyestr nömrəli Salyan rayonu, Qızılağac kəndində yerləşən 0.6742 ha torpaq sahəsi xx.xx.2019cu il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, İddiaçı2 xüsusi mülkiyyətinə keçmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.6742 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, **********22 reyestr nömrəli Salyan rayonu, Qızılağac kəndində yerləşən 1.8264 ha torpaq sahəsi xx.xx.2019cu il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, İddiaçı4 xüsusi mülkiyyətinə keçmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.8264 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı4 məxsusdur. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, **********32 reyestr nömrəli Salyan rayonu, Qızılağac kəndində yerləşən 1.2309 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, X1 xüsusi mülkiyyətinə keçmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.2309 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. İş materiallarında olan JN-139 KOD 80907018 torpağın mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X6, X7, İddiaçı1, X11, X8 və X3 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı əsasında Salyan rayonu, Qızılağac kəndində yerləşən 3.65 ha torpaq sahəsi olmuşdur. İş materiallarında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, **********96 reyestr nömrəli Salyan rayonu, Qızılağac kəndində yerləşən 2.2322 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, Cavabdeh2 xüsusi mülkiyyətinə keçmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.2322 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, **********84 reyestr nömrəli Salyan rayonu, Qızılağac kəndində yerləşən 1.1211 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, Cavabdeh1 xüsusi mülkiyyətinə keçmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.1211 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarında olan Salyan rayonu Qızılağac Bələdiyyəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 264 saylı arayışdan görünür ki, Qızılağac kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 pay torpaqlarına gedən yol xəritədə mövcud olsa da, faktiki olaraq naturada zəbt edilmişdir. İş materiallarında olan Salyan rayonu Qızılağac Bələdiyyəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, 40 saylı arayışdan görünür ki, Qızılağac kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 pay torpaqlarına gedən qanuni yolun (elektron xəritədə nəzərdə tutulan) kimlər tərəfindən zəbt edilməsi ilə bağlı Qızılağac bələdiyyəsində heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 2(057)-409/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X2 qarşı yaradılan maneənin aradan qaldırılması tələbi barədə iddiası təmin edilməmiş, İddiaçı1 Salyan rayon, Qızılağac kəndində olan pay torpağına gedən yola cavabdeh X5 tərəfindən yaranan maneə aradan qaldırılması qət edilmişdir. MPM-in 4.1-ci maddəsinin tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə baxışında təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/28 nömrəli, 21 yanvar 2025-ci il tarixli ekspert Rəyi ilə ilə müəyyən olunur ki, iddiaçıların xüsusi mülkiyyətində olan pay torpaq sahəsinə gedən yol nəzərdə tutulmamışdır. Torpaqların elektron kadastr uçotu bazasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızının Pay torpaq sahələrinə keçmək üçün kanal və kollektorların ərazisindən istifadə olunduğu müəyyən edilmişdir. Mübahisəli ərazidə, Cavabdeh2 mülkiyyətində olan pay torpaq sahəsi tərəfdə iddiaçılara məxsus olan torpaq sahəsinə gedən yol zəbt edilməmişdir. Həmçinin Cavabdeh1 tərəfindən beton suvarma kanalına məxsus torpaq sahəsinin 0.02 ha hissəsi əkilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən iddia edilən pay torpaqlarına gedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən tutulması və ya bağlanması sübuta yetirilmir. Yəni İddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xüsusi mülkiyyətində olan pay torpaq sahəsinə gediş-gəliş yolunun tutulması və ya bağlanması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Bununla da iddiaçılar sübutetmə yükü onların üzərinə düşdüyü halda iddialarını təkzibedilməz və mötəbər sübutlarla sübuta yetirə bilməmişlər. İddiaçıların iddialarının hüquqi əsası yoxdur və iddia əsassızdır. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələbinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələbinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçılara aid edilməlidir. Məhkəmə iddiaçılara izah edir ki, iddia ərizəsinə əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)-409/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçılardan yalnız biri İddiaçı1 həmin iş üzrə tərəf olmuş (iddiaçı) və məhkəmə tərəfindən X2 yaratdığı maneənin aradan qaldırılması tapşırılmışdır. Hazırki iş üzrə cavabdehlər həmin işdə tərəf olmamışlar. MPM-in 82.3cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızından alınaraq keçirilməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaranmış maneənin aradan qaldırılması və qanunsuz olaraq tutulmuş yolun açılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən, MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaranmış maneənin aradan qaldırılması və qanunsuz olaraq tutulmuş yolun açılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ilə bağlı ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçılara aid edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bəşir qızından alınaraq keçirilsin: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-57/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-57/2025
13.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver