Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-586/2023 25.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borc” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat kredit borcu, icra qeydi üçün ödənilmiş 25 manat rüsum və 110 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixli, 3M-2095 nömrəli müqavilə ilə bağlanmış kredit müqaviləsinə əsasən 9000 (doqquz min) manat kredit müqaviləsi üzrə yaranmış borcu tələb edirəm. Belə ki, cavabdehlə bağlanmış müqavilə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən mənim öhdəliyim cavabdehə 9000 manat pulu vermək, cavabdehin öhdəliyi isə xx.xx.2022-ci il tarixində tam həcmdə qaytarmaq idi, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixli, 8İ-10133 nömrəli icra qeydindən görünür ki, həqiqətən də, Cavabdeh mənə 9000 manat borcludur və borcundan heç bir ödəniş etməmişdir. Bunu Salyan rayonu 2 saylı Notariat ofisinin xüsusi notariusu təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, icra qeydi hazırda Salyan rayon İcra Şöbəsində icra olunmaqda olduğu səbəbindən iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 da ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini göstərmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi İddiaçı Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-586/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-586/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver