Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-61/2023 30.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, iddiaçı «X8 Azərbaycan» QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın qiymətlədirilməsi barədə rəyin ləğv edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X8 Azərbaycan» QSC rayon məhkəməsinə verdiyi iddia ərizəsində iş üzrə qiymətləndirmə rəylərinin bir-birinə ziddiyyət yaratdığı üçün və "xxxx" MMC-nin 25 iyun 2021-ci il tarixli 099/21 saylı əmlakın qiymətləndirilməsi haqqında ekspert rəyi tərtib ediləndə əmlakın likvid qiyməti müəyyən edilmədiyindən həmin rəyin ləğv edilərək yenidən müstəqil qiymətləndirmə keçirilməsi və əmlakın bazar və likvid qiymətini təmin edərək qiymətləndirici dəvət edilməsi öhdəliyini Nəsimi Rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “X8 Azərbaycan” QSC-nin hüquq Departamentinin baş hüquqşünası Pərviz Bayramov tərəfindən məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan mahiyyəti üzrə baxılmasını, "xxxx" MMC-nin 25 iyun 2021-ci il tarixli 099/21 saylı rəyinin ləğv edərək, “X7” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 22000 manat məbləğində müəyyən olunaraq hərraca çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş "xxxx" MMC-nin 22 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatının surətindən görünür ki, X4 məxsus “X7” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22 iyun 2021-ci il tarixinə olan bazar dəyəri 19000 manat, likvid dəyəri 16000 manat təşkil edir. Məhkəmədə elan olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 099/21 saylı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən görünür ki, X4 məxsus ipoteka ilə yüklü edilmiş “X7” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar qiyməti 42000 manat təşkil edir. Məhkəmədə elan olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-374/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, cavabdehlər X3 və X2 müştərək qaydada cəmi 23030,45 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə borclulara bildirişlərin göndərilməsi üzrə poçt xərci 10,50 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40,50 manat pul tutularaq iddiaçı “X8 Azərbaycan” QSC-yə ödənilməsi, tələb cavabdeh X4 məxsus, ipoteka ilə yüklü edilmiş “X7” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 23030, 45 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40,50 manat məbləğində pul iddiaçı “X8 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarın surətindən görünür ki, borclu X4 məxsus, ipoteka ilə yüklü edilmiş “X7” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi və qiymətləndiricinin xidmətindən istifadə olunması ilə bağlı xərclərin bərabər həcmdə tərəflərin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmədə elan olunmuş "xxxx" MMC-nin Salyan Rayon Məhkəməsinə ünvanlandığı 06 oktyabr 2021-ci il tarixli 021 nömrəli məktubun surətindən görünür ki, Nəsimi rayon İcra və Probasiya şöbəsinin 6869-214348/20-5-33 nömrəli, xx.xx.2021-ci il tarixli sifariş məktubunda, borclu X4 məxsus, ipoteka ilə yüklü edilmiş “X7” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi zamanı tərəflərindən araşdırma aparılarkən Turbo.az saytında və avtomobil.az saytında olan elanlara istinad edilmişdir. “X8 Azərbaycan” QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı qaldırdığı idda əsassızdır. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(057)-1580/2021 saylı qərardadından görünür ki, iş üzrə daşınar əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin olunmuşdur. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(057)- 118/2022 saylı qərardadından görünür ki, iş üzrə daşınar əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin olunmuşdur. Məhkəmədə elan olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2022-ci il tarixli, 9/3465 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, ağ rəngli, dəri oturacaqlı, mühərrik tutumu 3200 kub/sm, “X7” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat, likvid qiyməti isə 22000 manat müəyyən olunmuşdur. Məhkəmədə elan olunmuş “X8 Azərbaycan” QSC-nin Hüquq Departamentinin hüquqşünası Kamil Məmmədovun məhkəməyə ünvanlandığı vəsətətdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:30-da məhkəmə baxış iclası iştirakları olmadan keçirilmiş, ekspert rəylərində fərq olduğu üçün buna görədə işin ədalətli həllinə yardım etməklə, avtomobilə real qiymətinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, ipoteka predmeti olan avtomobilə təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş "xxxx" MMC-nin qiymətləndirmə hesabatının surətindən görünür ki, X4 məxsus 2012-ci il buraxılış ili olan “X7” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27 iyul 2022-ci il tarixinə olan bazar dəyəri 19400 manat, likvid dəyəri 16500 manat təşkil edir. Məhkəmədə elan olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/6129 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, “X7” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti nəzəri qaydada təxminən 24000 manat, likvid qiyməti isə 22000 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının mübahisələndirdiyi nəqliyyat vasitəsinin bazar və likvid dəyəri verilmiş rəylər üzrə ziddiyyət təşkil etdiyindən iş üzrə ekspertiza təşkil olunmuş və Məhkəmə Ekspertiza Mərkəzindən obyektiv rəy alınaraq işə əlavə olunmuşdur. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 41.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. 41.5. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsində qeyd olunmuşdur ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin 25 iyun 2021-ci il tarixli 099/21 saylı əmlakın qiymətləndirilməsi haqqında ekspert rəyi ləğv edilərək yenidən müstəqil qiymətləndirmə keçirilməsi, əmlakın bazar və likvid qiymətini təmin edərək qiymətləndirici dəvət edilməsi öhdəliyi Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 200 manat "xxxx" MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-61/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-61/2023
30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver