Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-61/2025 01.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “yaranmış maneənin aradan qaldırılması və qanunsuz qurulmuş kameranın sökülməsi və doldurulmuş həyətindən çıxar yolunun açılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “qanunsuz əməllərinin qarşısının alınması və qanunsuz quraşdırdığı kameranın sökülməsi və həyətindən çıxar yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və onun arvadı Cavabdeh2 qanunsuz əməllərinin qarşısının alınması və qanunsuz quraşdırdığı kameranın sökülməsi və həyətindən çıxar yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildə Salyan rayonunda anadan olmaqla hazırda rayonun 2-ci Varlı kəndində yaşayır. Onunla qonşuluqda yaşayan X2 və Cavabdeh2 yaxın qohumu olmaqla artıq 20 ildir ki, həmin ünvanda yaşayır. Yaşadığı ev cavabdehlərə məxsus evin yaxınlığında yerləşməklə eyni küçədə yerləşir. Hər iki qapı eyni küçəyə açılır. Əvvəllər qonşu və qohumu olan Rüstəmovlar ailəsi ilə aralarında tez-tez həyətyanı sahə, açdıqları su yolu və hasarı basaraq ziyan verməsi ilə dəfələrlə münaqişələri olmuşdur. Son vaxtlarda isə, yəni 2 ay olar ki, cavabdehlər evlərinin talvarının qırağında kamera qurmaqla daimi olaraq onun evini və həyətinə gəlib-gedənləri izləməklə şantaj edir. Dəfələrlə onlara xəbərdarlıq etmiş ki, həmin kameranı evinə tərəf tuşlamasın və evi izləməsin. Eləcə də onlar tez-tez həyətlərinə su açaraq hasarı suya basaraq uçmaq təhlükəsi yaratmışlar. Bir neçə dəfə onların qanunsuz əməli nəticəsində hasarı uçmuş və məcbur qalıb yenidən tikintini bərpa etmişdir. Cavabdehlər hasarın dibinə ağac əkmiş və həmin ağacların zibilləri həyətinə tökülür. Bunlardan əlavə bağının yanından keçən su çıxarı arxını torpaqla doldurmaqla onun yerindən hasar çəkmiş və xeyli ziyan vurmuşdur. Həyətin çıxarı başqa yerə arxa bilmədiyindən təsərrüfatına xeyli ziyan dəyir. Cavabdehlər ağacları çıxararaq kənara atır və diblərinə kislata (zəhərli maddə) tökərək ona xeyli ziyan vurur. Dəfələrlə Cavabdeh2 atasına qarşı hörmətsizlik etməklə onu təhqir etmişdir. Qonşularının bədxah əməllərinin qarşısının alınması və onların qanunsuz əməlləri barədə tədbirin görülməsi məqsədilə Azərbaycan Respublikası DİN-nə şikayət ərizəsi yazmışdır. Həmin ərizə əsasında Salyan rayon polis şöbəsi tərəfindən həmin şəxslər çağrılaraq dindirilmiş və onlar bir daha belə əməllərə yol verməyəcəkləri barədə söz versələr də əməllərindən çəkinməmişlər. Rüstəmovlar şikayət etdiyini görüb qanunsuz və əsassız olaraq məhkəmədə atasına qarşı iddia qaldırmışlar. Qeyd olunanlara əsasən, cavabdehlər X2 və onun arvadı Cavabdeh2 qanunsuz əməllərinin qarşısının alınması və qanunsuz quraşdırdığı kameranın sökülməsi və həyətindən çıxar yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh2 bildirmişdir ki, iddia olunan çıxar yolunun yerləşdiyi torpaq sahəsi qaynı X1 adındadır. Bundan başqa kameranı öz həyətinə qurmuşdur. Odur ki, iddianın əsassız olduğunu qeyd edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən X2 da digər Cavabdeh2 dediklərini bir daha təsdiq edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-36/2025 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/897 saylı ekspert rəyindən görünür ki, elektron kadastr baza məlumatlarına əsasən Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan, İddiaçı və ailə üzvlərinin Reyestr nömrəsi **********15-10301 olan çıxarışla mülkiyyətlərində 0.30 ha torpaq sahəsi mövcuddur, lakin cavabdehlər X2 və Cavabdeh2 mülkiyyətinə aid torpaq sahəsi elektron kadastr baza məlumatlarında müəyyən edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən İddiaçı tərəfindən iddia olunan çıxar yolunun yerləşdiyi torpaq sahəsinin digər şəxs X1 və ailə üzvlərinin birgə mülkiyyətində olan və cavabdehlər X2 və Cavabdeh2 istifadəsində olan həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həyətyanı torpaq sahəsinin 31 m hissəsinin daş hasardan ibarət olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Belə ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olubolmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, subyektiv hüququn əmələ gəlməsi üçün qanunla müəyyən edilən 3 elementin hamısı birlikdə mövcud olmalıdır. Bu elementlərdən birinin mövcud olmaması həmin iddia tələbi ilə bağlı əlavə araşdılmanı mənasız edir. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehlərin Salyan rayonu 2-ci Varlı kəndində yerləşən torpaq sahəsində yaranmış maneənin aradan qaldırılması və qanunsuz qurulmuş kameranın sökülməsi və doldurulmuş həyətindən çıxar yolunun açılması xahiş etsə də, cavabdehlərin mübahisəli ünvana dair hər hansı hüququnun olması təsdiq olunmamışdır. Belə ki, kordinatları müəyyən olunmuş mübahisəli torpaq sahəsinin cavabdeh Məhbud Rüstəmovun qohumu olan Azay Rüstəmovun xüsusi mülkiyyətində olması müəyyən olunmuşdur. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İddiaçı cavabdeh qismində göstərdiyi Məhbud Rüstəmov və Cavabdeh2 isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbində cavabdeh kimi qeyd edilən Məhbud Rüstəmov və Cavabdeh2 hazırki iddia tələbinə cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, Məhbud Rüstəmov və Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbayсan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “yaranmış maneənin aradan qaldırılması və qanunsuz qurulmuş kameranın sökülməsi və doldurulmuş həyətindən çıxar yolunun açılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-61/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-61/2025
01.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver