Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-611/2023 17.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Salyan rayon, Qaraçala qəsəbəsində yaşayır. Cvabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan 2019-cu ildə 3000 manat borca pul istəmişdir. Tanıdığı və inandığı üçün 3000 manat borc pulu cavabdehə vermişdir. Kamalə həmin puldan 1000 manat geri qaytarmışdır. Cavabdeh 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında hər ay 50 manat, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında hər ay 50 manat, 2022-ci ilin aprel və may aylarında hər ay 50 manat olmaqla, ümumilikdə 700 manat borcundan ödəniş etmiş, 1300 manat borclu qalmışdır. Dəfələrlə ondan pulun alınması ilə bağlı müraciətləri olsa da, cavabdehdən pulunu geri ala bilməmiş və məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 1300 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, Cavabdeh qarşı olan 1300 manat borc pul tələbinə dair iddia tələbini müdafiə etdiyini, dövlət rüsumu olaraq ödədiyi 30 manat pulu tələb etmədiyini və 1300 manat əsas borcun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, iddiaçıya 1300 manat borcu olduğunu, borcunu ödəməkdən də imtina etmədiyini, lakin hazırda maddi vəziyyəti ilə əlaqədar olaraq İddiaçıya olan borcunu ödəyə bilmədiyini və həmin borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçıdan 2020-ci ildə 3000 manat məbləğində pul almış, həmin puldan ilk əvvəl 1000 manat, daha sonra 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında hər ay 50 manat, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında hər ay 50 manat, 2022-ci ilin aprel və may aylarında hər ay 50 manat olmaqla, ümumilikdə 700 manat geri qaytarmışdır. Cavabdeh qalan borcunu qaytarmamışdır. İddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və iş materiallarında olan və 2020-ci ildə tərtib olunmuş, 2021 və 2022-ci illlərdə əlavələr olunmuş qəbzdən görünür ki, təqvim ilinin ayları qeyd olunmuş və həmin ayların qarşısında müsbət və mənfi işarələri qoyulmuşdur. Həmin işarələrlə Cavabdehin İddiaçıdan aldığı 3000 manat pulun aylar üzrə 50 manat olmaqla ödənilməli olduğunu və həmin dövrlərdə əsasən ödənişlərin edildiyi, bəzi aylar üzrə ödəniş edilmədiyi görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc verilən 1300 manat qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun qaytarılması barədə tərəflər arasında sadə yazılı şərt olduğundan həmin məbləğdə də qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1300 manat alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1300 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-611/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-611/2023
17.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver