Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-645/2023 25.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin cavabdeh şagird X2 və X1 qanuni nümayəndəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin cavabdeh şagird X2 və şagird X1 qanuni nümayəndəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 24 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020 tarixli OXF06644 Müqavilə üzrə 9000 AZN məbləğində; xx.xx.2020 tarixli OXF06645 Müqavilə üzrə 11436,30 AZN məbləğində; xx.xx.2021 tarixli OXF00584 Müqavilə üzrə 9140 AZN məbləğində əsas borcun. xx.xx.2020 tarixli OXF06644 və xx.xx.2020 tarixli OXF06645 Müqavilələr üzrə geciktirilmiş (son tarix xx.xx.2021 olmaqla) 2 il üçün (9000 AZN 7 11436.30 AZN 20436.30 x 5 % =) 1022 AZN və xx.xx.2021 tarixli OXF00584 Müqavilə üzrə geciktirilmiş (son tarix xx.xx.2022 olmaqla) 1 il üçün (9140 AZN x 5 % =) 457 AZN, LCG Vəkil Bürosuna hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 400 AZN və 189 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən habelə, işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin cavabdeh şagird X2 və X1 qanuni nümayəndəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin cavabdeh şagird X2 və X1 qanuni nümayəndəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-645/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-645/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver