Məhkəmə qərarları › İş №2(057)-649/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-649/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-649/2023 15.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli LCO193540110 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 336,36 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LCO193540110 saylı ərizəyə əsasən, Cavabdeh X4 Card Debit növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2019-cu il tarixində 4268**********6759 nömrəli kartlar cavabdehə təhvil verilmişdir. 2021-ci ilin aprel ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 336,36 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən ərizələrə əsasən, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin əsas anlayışlar bəndinin 1.95-ci bəndinə əsasən, Texniki (icazə verilməmiş) overdraft-tərəflər arasında overdaftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 5.9-cu bəndində əsasən, overdraft nəticəsində borc yarandıqda bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Həmin müqavilənin 5.10-cu bəndinə əsasən, Overdraft nəticəsində yaranmış borc ümumi şərtlərin 5.10-cu bəndində nəzərdə tutulmuş müddətdə banka qaytarılmadıqda, yaranmış borc üzrə bank müştəriyə illik 25 faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 təqvim günü ərzində banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli LCO193540110 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 336,36 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini qeyd edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı QSC-nin ona qarşı borc tələbinə dair qaldırdığı iddia ərizəsi ilə tanış olduğunu, iddianı qəbul etdiyini, işin məhkəmə baxış iclasına təyin edilməsinə etirazı olmadığını qeyd edərək, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli LCO193540110 saylı ərizəyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh X4 Card Debit növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2019-cu il tarixində 4268**********6759 nömrəli kartlar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli LCO193540110 saylı ərizə üzrə cavabdehin 336,36 manat kredit borc, faiz borcu üzrə 0 manat, cərimə borcu 0 manat, cəmi 336,36 manat overdraft borcu vardır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh banka olan kredit borcunun ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən dövlət nəfinə 30,40 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və Cavabdeh 336,36 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 366.36 manat tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli LCO193540110 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 336,36 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 366.36 manat tutularaq İddiaçı QSC-nin hesabına köçürülsün. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli LCO193540110 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 336,36 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 366.36 manat tutularaq İddiaçı QSCnin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar