Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-675/2025 08.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat icarə müqavilə haqqı, 62 (altmış iki) manat qaz borcuna görə ödənilmiş pul, 160 (bir yüz altmış) manat vergi borcuna görə ödənilmiş pul, 120 (bir yüz iyirmi) manat su təzyiq nasosunun pulu, 600 (altı yüz) manat qaz qızdırıcı avadanlığının pulu və 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 noyabr 2023-cü il tarixində Salyan regional Asan xidmət mərkəzində yerləşən notariat ofisində ona məxsus ünvan 1 ünvanında istifadədə olan 0,03458 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 307,2 kv/m olan əmlak kompleksi kimi müəssəsinin icarəyə verilməsinə görə 1 il müddətinə xx.xx.2024cü il tarixə qədər icarə müqaviləsi bağlanmışdır. Ümumiyyətlə icarə haqqı ödəməmişdir. xx.xx.2024-cü il tarixdə pretenziya göndərsədə qəbul etməmiş, ikinci dəfə xx.xx.2024-cü il tarixdə yenidən teleqram vurmaqla bağlanmış icarə müqaviləsinə əsasən bir-ayda 250 manat olmaqla cəmi 3000 manat, qaza olan borc 62 manat , vergiyə olan borc 160 manat cəmi 3220 manat məbləği 3 (üç) gün müddətində ödəməyi cavabdehdən xahiş etmişdir. Bu günə qədər bununla bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq ödəniş etməmişdir. xx.xx.2024-cü ildə müqavilə müddəti bitdikdən sonra obyektə baxış keçirərkən müəyyən etmişdir ki, 120 manat dəyərində su təzyiq nasosu (Qidrapor), 600 manat dəyərində qaz qızdırıcı avadanlığını nasaz vəziyyətə salmışdır. Qaz borcunu məcbur qalıb ödəməli olmuşdur. Daha sonra vergiyə olan 160 manat pulu məcbur qalıb ödəmişdir. Bunlar ona dəymiş maddi ziyanlardır. İddia ərizəsinə görə də 59 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, Cavabdeh 3000 (üç min) manat icarə müqavilə haqqı, 62 (altmış iki) manat qaz borcuna görə ödənilmiş pul, 160 (bir yüz altmış) manat vergi borcuna görə ödənilmiş pul, 120 (bir yüz iyirmi) manat su təzyiq nasosunun pulu, 600 (altı yüz) manat qaz qızdırıcı avadanlığının pulu və 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 24 noyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı cavabdehlə Salyan regional Asan xidmət mərkəzində yerləşən notariat ofisində ona məxsus ünvan 1 ünvanında istifadədə olan 0,03458 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 307,2 kv/m olan əmlak kompleksi kimi müəssisənin icarəyə verilməsinə görə 1 il müddətinə xx.xx.2024-cü il tarixə qədər icarə müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı borc barədə cavabdehi xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, obyektdə olan avadanlıqlar nazas vəziyyətə salınmışdır. xx.xx.2025-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 59.00 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə 24 noyabr 2023-cü il tarixində Salyan regional Asan xidmət mərkəzində yerləşən notariat ofisində ona məxsus ünvan 1 ünvanında istifadədə olan 0,03458 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 307,2 kv/m olan əmlak kompleksi kimi müəssəsinin icarəyə verilməsinə görə 1 il müddətinə xx.xx.2024-cü il tarixə qədər icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Salyan şəhəri 20 Yanvar küçəsi (yeni qaydalarla AZ 5202, ünvan 2 ünvanında istifadədə olan 0,03458 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 307,2 kv/m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2024-cü il tarixədək icarəçi Cavabdeh icarəyə vermişdir. Həmin müqavilə ilə icarəçi Cavabdeh aylıq 250 manat icarə haqqı ödəməyi, hər ay icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəməsi (müqavilənin 10-cu bəndi), kommunal xidmətlərdən (elektrik, üaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqlarının ödənilməsi (müqavilənin 12-ci bəndi) barədə icarəyə verən İddiaçı ilə razılığa gəlmişdirlər. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh icarə obyektindən istifadə edərək müqavilə üzrə hüquqlarından istifadə etsə də, icarə ödənişlərini və digər vəzifələrini həyata keçirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqını və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 59.00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 (üç min) manat icarə müqavilə haqqı, 62 (altmış iki) manat qaz borcuna görə ödənilmiş pul, 160 (bir yüz altmış) manat vergi borcuna görə ödənilmiş pul, 120 (bir yüz iyirmi) manat su təzyiq nasosunun pulu, 600 (altı yüz) manat qaz qızdırıcı avadanlığının pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59.00 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat icarə müqavilə haqqı, 62 (altmış iki) manat qaz borcuna görə ödənilmiş pul, 160 (bir yüz altmış) manat vergi borcuna görə ödənilmiş pul, 120 (bir yüz iyirmi) manat su təzyiq nasosunun pulu, 600 (altı yüz) manat qaz qızdırıcı avadanlığının pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59.00 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-675/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-675/2025
08.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver