Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-678/2024 14.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1970 manat məbləğində pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin yay alarında çöl torpaq sahəsi almaq istəyirmiş. Kənddə bu barədə soraq vermişdir. Cavabdeh 2019-cu ilin yay aylarında ona yaxınlaşaraq torpaq sahəsini satdığını bildirmişdir. O, cavabdehə məxsus 1,19 ha torpaq sahəsini almaq üçün 2200 manata pula razılaşmışdır. Elə həmin gün 1970 manat pulu cavabehə vermişdir. Cavabdeh səhəri gün dövlət aktını ona verəcəkdi. Qalan 230 manat pulu da torpağı adına keçirəndən sonra verəcəyinə dair onunla razılaşmışdır. Daha sonra o, cavabdehə dəfələrlə torpağı adına keçirməyi ondan tələb etsə də, müxtəlif bəhanələrlə onu aldatmışdır. Verdiyi pulu tələb etməsinə baxmayaraq, cavabdeh bundan da boyun qaçırmışdır. Ona demişdir ki, “dərdini kimə deyirsən de”. Hazırda torpağı özü əkir və özü becərir. Verdiyi pulun qaytarılması üçün dəfələrlə cavabdehin evlərinə də getmişdir. Bir nəticə əldə edə bilməmişdir. Ona görə də, məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 1970 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, yaşadıqları Arbatan kəndində ailələrinə məxsus pay torpaq sahələri vardır. Onlar ailədə 5-nəfər olduqları üçün ümumilikdə onlara bir hektar torpaq sahəsi ayrılıb, yəni hər adama 20 sot torpaq sahəsi düşür. Onun da orada payına 20 sot torpaq sahəsi düşür. Torpaqla bağlı akt qardaşı Əfqan Səlimovdadır. O, həmin bir hektar torpaq sahəsini həmişə Əfqan ilə növbə ilə əkib becərdiklərini, təxminən üç il əvvəl qardaşı Əfqan torpaqda heç nə əkmədiyi üçün o, Əfqana torpaqdan özünün istifadə edəcəyini demişdir, sonra əkmək üçün imkanı olmadığı üçün fikirləşmişdir ki, torpağı kiməsə kirayəyə verər əkərlər. Təxminən 2018-ci ilin oktyabr ayının əvvəllərində o, tanıdığı İddiaçı işlədiyi sexə getmişdir, onunla söhbət etmişdir. Ramal ondan soruşmuşdur ki, sizin torpaq sahəniz var idi, oranı neynəmisiniz, o da, demişdir ki, boşdur, imkanım olmadığı üçün orada heç nə əkməmişəm. Ramal ona demişdir ki, əgər orada heç nə əkməsən, mənə deyərsən, mən orada qarpız əkərəm. O da, demişdir ki, fikirləşib sənə deyərəm. Bir neçə gün sonra o, Ramalın yanına getmiş, ona demişdir ki, torpağı istəyirsənsə, razılaşaq kirayəyə götür, nə istəyirsən ək. Ramal da demişdir ki, gedək torpağa baxaq. Onlar birlikdə gedib torpaq sahəsinə baxdıqdan sonra sexə qayıtmışlar. O, Ramala torpaq sahəsini bir ilini 1200 manata kirayə verəcəyini demiş, o da onunla razılaşmıdır. Cavabdeh ondan pulu nə vaxt verəcəyini soruşmuş, o demişdir ki, hissəhissə verəcəyəm, o da razılaşmışdır. Təxminən 2019-cu ilin aprel ayında o bilmişdir ki, Ramal torpaq sahəsində pambıq əkib, o Ramalın yanına getmiş, işlərinin necə getdiyini, niyə qarpız əkmədiyini soruşmuş, Ramal da ona demişdir ki, sənə nə fərqi var sənin pulunu verəcəyəm. Ramal pambıq əkib pambığı biçib qurtarana kimi hissə-hissə ona ümumlikdə 1000 manat pul vermişdir. 2020-ci ilin əvvələrində Ramal ona 200 manat borcunu vermiş və bu il torpaq sahəsində qarpız əkəcəyini demişdir. O da Ramala demişdir ki, torpaq sahəsinin pulunu ödə nə istəyirsən ək, həmçinin, ondan soruşmuşdur ki, bu il də pulu hissə-hissə verəcəksən, o da demişdir ki, pulun yarısını verəcəm, yarısını da məhsulu yığdıqdan sonra satıb ödəyəcəm. Onlar razılaşmışlar. Davud çıxıb getmişdir. Təxminən bir ay sonra o Ramalın yanına getmiş, demişdir ki, qarpızı əkə bilmisən, Ramal ona demişdir ki, yox qarpız əkmədim arpa əkmişəm. O, Ramala demişdir ki, mənə bir aidiyyəti yoxdur, nə istəyirsən ək, icarənin pulunu ver. Ramal ona demişdir ki, əkdiyimi biçim satdıqdan sonra sənin pulunu verəcəm, həmin vaxtlar Ramal ona pul verməmişdir. Təxminən 2020-ci ilin yay aylarında Ramal ona zəng edərək yanına çağırmışdır, o Ramalın yanına getmiş, Ramal ona demişdir ki, sənin qardaşın Əfqan gəlib mənə deyir ki, torpaq sahəsindən çıx. O, Ramala demişdir ki, sən mənim pulumu ödəmədin, indidə qardaşım oranı əkmək istəyir, ona görə də arpanı biç torpaqdan çıx. Ramal ona heç nə deməmiş o da çıxıb getmişdir. Sonra eşitmişdir Ki, Ramal arpasını biçib götürüb və torpaqdan çıxıb. O vaxtlar o, Ramalın yanına getmiş, demişdir ki, sən arpanı biçib götürmüsən, torpağın icarə pulunu ver, Ramal isə ona pul verməyəcəyini, hələ verdiyi 1200 manat pulu və torpağa xərclədiyi pulu alacağını demişdir. O, Ramala demişdir ki, iki ildir torpaq sahəsindən istifadə edirsən, mən pulu geri niyə qaytarmalıyam, Ramal ona demişdir ki, torpaq zəif idi, ordan xeyir götürə bilməmişəm, ziyana getmişəm, ona görə də səndən pulu geri alacam. O da heç nə deməyərək oradan çıxıb getmişdir. Həmin vaxtdan həmin torpaq sahəsində qardaşı Əfqanın əkinçiliklə məşğul olduğunu, İddiaçı da ona zəng edərək pulunu istədiyini, o vaxtdan aralarında bu mübahisənin olduğunu bildirmişdir. Həmçinin, Cavabdeh İddiaçı aldatmadığını, Ramalın torpaq sahəsində əkdiyi məhsuldan xeyir götürə bilməməsi üçün ondan pulunu geri istədiyi üçün şikayət etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh özünə və ailəsinə məxsus torpaq sahəsini 2200 manata satmaq məqsədi ilə 2018-ci ildə İddiaçı vermişdir. Onlar həmin pulun hissə-hissə ödənilməsi barədə aralarında razılığa gəlmişdir. İddiaçı Cavabdeh 1200 manat pulu hissə-hissə ödəsə də, Davud torpağı Ramala satmamışdır. Bununla da, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 24 manatı cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1200 manat məbləğində pul və 24 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul və 24 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-678/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-678/2024
14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver