Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-68/2024 17.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində mülkiyyət hüququ üzrə ona məxsus olan “Kia Ceed” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq Cavabdeh 8735 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107,40 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ünvanlayaraq idarə etdiyi nəqliyyat vasitəsi nasaz olduğundan xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, qeyd etdiyi səbəbi üzrlü hesab edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Ceed” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 16 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. 12 sentyabr 2022-ci il tarixli “Ulduz” avtoservis tərəfindən verilmiş təmir-xidmət prosesində aparılmalı işlər üzrə qüsurluq aktından görünür ki, “Kia Ceed” markalı, **-CV- *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 8735 manat məbləğində ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli № 9/5104 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Ulduz” FKM avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Kia Ceed” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4805 manat müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X6 idarə etdiyi “Mercedes Benz” yük markalı 99DY164 dövlət qeydiyyat nişanlı avtomobillə 16 iyun 2022-ci ildə saat 03 radələrində Şirvan şəhər Çılpaqlı qəsəbəsində yolun kənarında saxladığı zaman iddiaçıya məxsus olan etiarnamə ilə cavabdeh X2 idarə etdiyi “Kia Ceed” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idaretməni itirmiş və yolun kənarında dayanmış vəziyyətdə olan “Mercedes Benz” yük markalı 99DY164 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur.Nəticədə mülki hüquq pozuntusu baş verərək “Kia Ceed” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə 4805 manat məbləğində ziyan dəymidir.Ona görə də iddia həmin hissədə təmin olunaraq qeyd olunan məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçı dəymiş zərərin 8735 manat olduğunu qeyd etmiş olsa belə, həmin məbləğ ekspert rəyi ilə 4805 manat olması müəyyən olunmuşdur.Ona görə də məhkəmə ekspert rəyi ilə müəyyən olunan məbləğin daha doğru olmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan “Kia Ceed” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 4805 manat pul və idda tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanmış dövlət rüsumu əvəzində 59,10 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-68/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-68/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver