Məhkəmə qərarları › İş №2(057)-69/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-69/2023

04.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-69/2023 04.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, nümayəndəsi, vəkil X7, mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Firmasının nümayəndəsi, vəkil X2 iştirakı ilə manelərin aradan qaldırılması, hasarın sökülməsi və ağacların çıxarılması tələbinə dair mülki işə 04 may 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində ünvan 1 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində reyestr çıxarışına əsasən 0,0745 və 0,01054 ha torpaq sahəsinə gedən lahiyədə göstərilən yolun üzərində Cavabdeh tərəfindən tikilmiş 25 metr uzunluğunda hasarın öz vəsaiti hesabına sökülməsi və gediş-gəliş yolu üzərində əkilmiş ağacların çıxarılması, vəkil xərci olaraq 800 manat və 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamən qəbul olunmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil X7 məhkəməyə verdiyi digər ərizəsində ünvan 1 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində reyestr çıxarışına əsasən 0,0745 və 0,01054 ha torpaq sahəsinə gedən lahiyədə göstərilən yolun üzərində Cavabdeh tərəfindən tikilmiş 40 metr uzunluğunda hasarın öz vəsaiti hesabına sökülməsi və gedişgəliş yolu üzərində əkilmiş ağacların çıxarılması və verdiyi iddia ərizəsinin 2-ci hissədə olduğu kimi saxlanılmaqla qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsində mülkiyyətində 0,0745 və 0,01054 ha torpaq sahəsi var və həmin torpaq sahəsinə gedən yolu cavabdeh məhdudlaşdırmaqla yol üzərində hasar inşa etdirmiş və yola qəsdən ağac əkdirmişdir. Hər iki torpaq sahəsinə yol Ələt-Astara magistral yolundan nəzərdə tutulmuş və həmin yoldan 2021-ci ilin əvvəlinə kimi istifadə etmişdir. Lakin sonradan cavabdeh onun torpaq sahəsinə gələn yolu tutmaqla təqribən 40 metr uzunluğunda daş hasar çəkdirmiş və həmin yerdə qanunsuz olaraq özbaşına ağac əkmişdir.Bu barədə Muradla telefonda danışmış və sonuncu hasarı çəkdiyini və ağac əkdiyini etiraf etmiş, yolu açmayacağını demişdir.Cavabdehin tutduğu torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gələn yolu qanunsuz zəbt etdiyi üçün öz mülkiyyətindən istifadə edə bilmədiyindən məcburiyyət qarşısında qalaraq digər tərəfdən özünə yol açmışdır. Hazırkı iş üzrə rəy verən ekspert Cavabdeh ilə bir yerdə işləyir.Verilmiş iddia əsaslı olduğundan təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən X7 İddiaçı dediklərini təsdiq edərək iddianın təmin olunmasını bir daha xahiş etdi. Cavabdeh qismində məhkəməyə dəvət olunmuş Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, lakin sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Firmasının nümayəndəsi, vəkil X4 bildirmişdir ki, verilmiş iddia əsassızdır.Tələb Cavabdeh qarşı verilmiş, "xxxx" Firmasına qarşı tələb mövcud deyildir. Salyan Rayon İHB-nın 28 avqust 1997-ci il tarixli Sərəncamı əsasında "xxxx" Firmasına torpaq sahəsi ayrılmış, eyni zamanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpağın plan və lahiyyəsinə əsasən "xxxx" Firmasına 36 sot torpaq sahəsi aid edilmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətidir, firmanın istifadəsinə və sahibliyinə verilmişdir.Torpağa dair sənədin olub-olmaması barədə məlumatı yoxdur. "xxxx" Firması iddiaya görə cavabdehlik daşımır, lakin daş hasarı firma hördürmüş və ağacları əkdirmişdir. Hasar çəkilmiş və ağacların əkildiyi torpaq sahəsi "xxxx" Firmasına aiddir.Ona görə verimiş iddianın rədd olunmalıdır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın İddiaçı adına vermiş olduğu 31 oktyabr 2019-cu ildə **********0 nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Salyan şəhəri, A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeyd alınmışdır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın İddiaçı adına vermiş olduğu 19 oktyabr 2018-ci ildə ********** nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Salyan şəhəri, A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeyd alınmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu 03 noyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yaşayan İddiaçı mülkiyyətində olan 0,0745 ha torpaq sahəsinə və qanuni istifadəsində olan 0,01954 ha torpaq sahəsinə gediş-gəliş yolu ön hissədən, yəni A.Ağabəyli küçəsi istiqamətindəndir.Həmin gediş-gəliş yolu kənar şəxs tərəfindən ağaclar əkilməklə və mişar daşından hasar çəkilməklə məhdudladırılmışdır. Kənar şəxs tərəfindən çəkilmiş hasar və əkilmiş ağaclar İddiaçı mülkiyyətində olan 0,0745 ha torpaq sahəsinə və qanuni istifadəsində olan 0,01954 ha torpaq sahəsinə gedən yolun üzərindədir. Hasarın çəkildiyi və ağacların əkildiyi yerə dair hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydə alınmamışdır.Elektron kadastr baza məlumatlarına əsasən həmin yer şor kanalın mühafizə zolağına aiddir. İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən, tikinti altı torpaq sahəsi 0,01954 ha olan qeyri yaşayış binasının və A.Ağabəyli küçəsi 1C ünvanda yerləşən 0,0745 ha torpaq sahəsinin kordinatlarını mərzçəkmə işləri aparmaqla yerində təyin etmək mümkündür. Sözügedən sahələrə vətəndaşların, avtomobillərin və sair nəqliyyat vasitələrin gediş-gəliş və giriş-çıxış yolu sahənin baş planına üyğun müəyyən edilir və bununla bağlı Salyan Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə müriət etmək məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-NİN Muğan regional DYNİ-nin Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Hüseynova yazmış olduğu 21 may 2020-ci il tarixli məktubun surətindən görünür ki, Ələt -Astara yolunun 59-cu km-də yerləşən "xxxx" firmasına məxsus yanacaq doldurma məntəqəsinin şimal-qərb hissəsi ilə vətəndaş Mahir Pənahova məxsus torpaq sahəsinin şərq hissəsi ilə sərhədində hasarlama işləri aparılır.Sözü gedən tikinti işləri gələcəkdə Ələt-Astara yolunun 59-cu km-də yerləşən YDM ilə vətəndaş Mahir Pənahova məxsus torpaq sahəsinin sərhədlərində mövcud olan yoldan yanğın avtomobillərinin sərbəst hərəkəti üçün maneələr yaradır.Bu da ərazidə baş verə biləcək yanğınların söndürülməsində çətinliklər yaradacaqdır. Azərbaycan Respublikası “X3 ” Qanunun 24-cü maddəsinin, Azərbaycan Respublikası Tikinti X5 daxil olan AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları”nın tələblərinə ziddir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu 06 may 2022-ci il tarixli, **********61 saylı məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan A.Ağabəyli küçəsi 1C ünvanda yerləşən 0,0745 ha və A.Ağabəyli küçəsi 1B ünvanda yerələşən 0,01054 ha torpaq sahəsində A.Ağabəyli küçəsi istiqamətindən gedən ümumi istifadədə olan yol məhdudlaşdırılmışdır.Lakin iddiaçının iddia etdiyi və cavabdehin öz ərazisi kimi daş hasarla hasarladığı iddia olunan mübahisəli yol "xxxx" firması YDM tərəfindən məhdudlaşdırmışdır. Məhdudlaşdırma daş hasar və əkilmiş ağaclardan ibarətdir. İddia olunan mübahisəli yolda "xxxx" firması YDM tərəfindən çəkilmiş daş hasarın qanuni əsaslandırması 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərin səlahiyyətlərinə aid deyildir. Qeyd olunan hasarının mövcudluğunun şəhərsalma və tikinti normalarına uyğun olub-olmadığını müəyyən edilməsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərin səlahiyyətlərinə aid deyildir. İddia olunan mübahisəli yolda "xxxx" Firması YDM tərəfindən ağaclar əkilmişdir.Həmin ağacların mövcudluğunu hər hansı bir şəxsin həyat və sağlamlığı üçün təhlükə yaradıb yaratmadığını müəyyənləşdirilməsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərin səlahiyyətlərinə aid deyildir. Qeyd: Mübahisəli torpaq sahəsinə mütəxəssis rəyinin verilməsi üçün əraziyə baxış zamanı Cavabdeh məhkəməyə cavabdehlikdən imtina ərizəsi ilə müraciət etdiyini bildirmiş və mübahisəli əraziyə baxış zamanı cavabdeh qismində "xxxx" Firması YDM -nın nümayəndəsi X4 iştirak etmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu 03 fevral 2023-cü il tarixli, 3-21-3-38/2- 231/2023 saylı məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, baş sxem (baş plan) rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin səlahiyyətlərinə aid olduğu üçün sualın cavablandırılması 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərin səlahiyyətlərinə aid deyildir. İddiaçının sənəd üzrə cəmi 0,08504 ha, faktiki istifadəsində isə 0,0977 ha torpaq sahəsi vardır. Mübahisəli torpaq sahəsində əkilmiş ağaclar və daş hasar mövcuddur. Torpaqların elektron kadastr uçotu məlumat bazasında mübahisəli ərazinin 58,0 kvm dövlət mülkiyyətinə aid, YDM-nin ərazisi, 33,0 kvm isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Torpaqların elektron kadastr uçotu məlumat bazasında "xxxx" Firmasının təxminən 40 metr uzunluğunda inşa etdirdiyi mişar daşından olan hasarın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir.İddiaçının mübahisə etdiyi yerdən əlavə A.Ağabəyli küçəsindən alternativ yolu mövcuddur. Torpaqların elektron kadastr uçotu məlumat bazasında Salyan Firmasının istifadəsində 0,36 ha torpaq sahəsi vardır. Qeyd:Məhkəmə tərəfindən "xxxx" Firmasının mülkiyyətinə və istifadəsinə aid hər hansı bir hüquq müyyənedici sənəd təqdim olunmamışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nın vermiş olduğu 27 fevral 2023-cü il tarixli 10/820xx-xx/1151 saylı rəyində Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu 03 fevral 2023-cü il tarixli, 3-21-3-38/2-231/2023 saylı məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyində qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəmədə elan olunmuş Salyan Rayon İcra Hakimiyyəti Başçısının 28 avqust 1997-ci il tarixli 329 saylı sərəncamından çıxarışdan görünür ki, "xxxx" Firmasının həmin ərazidən 20x30 metr (600 kvm) ölçüdə beynəlxalq standartlara cavab verən yanacaqdoldurma məntəqəsinin tikintisi altına torpaq sahəsi ayrılması, ayrılan sahə şərqdən Bakı-Astara magistralı ilə, qərbdən boş istifadəsiz sahə ilə, cənubdan mövcud yanacaq doldurma məntəqəsi ilə əhatə olunduğu nəzərə alınmış və həmin ərazidə yardımçı binaların tikintisinə icazə verilmişdir. "xxxx" Firmasında YDM ətrafında tikinti altına ayrılan torpaq sahəsinin planından görünür ki, qərarda qeyd olunan qaydada 600 kvm tikinti altına torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 noyabr 2020-ci il tarixli 12/5183 saylı məktub və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Salyan şəhəri,A.Ağabəyli küçəsində yerləşən İddiaçı məxsus torpaq sahəsində lahiyyələndirilən bir mərtəbəli anbar binasının şəhərsalma əsaslandırılması aparılmış və müəyyən olunmuşdur ki, yanğınsöndürən maşınların və digər nəqliyyat vasitələrin anbar binasına yaxınlaşması Ələt-Astara yolundan mümkündür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Salyan şəhəri, A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha və Salyan şəhəri, A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsinə gedən yolun üzərində daş hasar və ağaclar əkməklə mülkiyyətçiyə öz torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdrmışdır. Nəticədə iddiaçı öz torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. İddia olunan yol tərəflərin heç birinin mülkiyyətində deyil, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olmaqla yol kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdur.Qeyd edilənlər məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur. Həm mütəxəssis rəyində və həmçinin ekspert rəyində qeyd olunan torpaqların elektron kadastr uçotu məlumat bazasında "xxxx" Firmasının istifadəsində 0,36 ha torpaq sahəsinin olması qeyd olunsa belə, qarşı tərəf bu halın təsdiq olunması üçün məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.Ona görə də məhkəmə qeyd olunan hala tənqidi yanaşaraq həmin halı sübut kimi qəbul etmir.Qeyd olunan torpaq sahəsinin "xxxx" Firmasının istifadəsində olması halı heç də həmin firmaya qeyd olunan torpaq sahəsindən qanuni əsaslarla istifadə olunmasına dəlalət etmir.Eyni zamanda bir daha qeyd olunmalıdır ki, iş üzrə toplanmış ilkin sənədlər cavabdehin qeyd olunan mübahisəli yolu hasarlaması və orada qanunsuz olaraq iddiaçının hüquqlarını məhdudlaşdırılması məqsədi ilə ağac əkməsini sübut edir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, istər Cavabdeh və istərsə də "xxxx" Firmasının mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh özünün cavabdeh sırasından çıxarılması və cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin əsl cavabdehlə əvəz olunması iddiaçının yazılı razılığı ilə yol verilir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə vermədiyi üçün cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyildir. Ona görə də məhkəmə irəli sürülmüş tələblə bağlı qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsində qeyd olunmuşdur ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 121.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Qeyd olunan normanın tələblərinə əsasən məhkəmə belə hesab edir ki, iddianın vəkil xərci olaraq 800 manat pul tələb etməsi ilə bağlı məhkəməyə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün hesab təqdim etmədiyindən məhkəmə iddianı həmin hissədə qismən təmin edərək vəkilə ödənilməli olan xərcin 200 manat həcmində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pul cavabdehdən tutulub İddiaçı verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Salyan şəhəri, A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha və Salyan şəhəri, A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsinə gedən yol üzərində Cavabdeh tərəfindən inşa edilmiş 40 metr uzunluğunda hasar öz vəsaiti hesabına sökülsün və gediş- gəliş yolu üzərində əkilmiş ağaclar çıxarılaraq başqa yerdə əkilməsi təmin edilsin. Cavabdeh vəkilin göstərdiyi yardıma görə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pul Cavabdeh tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar