Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-690/2023 19.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 41000 ABŞ dolları, yəni 69700 manat və 300 manat dövlət rüsumu, cəmi 70000 manat pulun alınaraq ona ödənilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2009-cu il sentyabr ayında Gürcüstan Respublikasının Poti və Batumi limanından öz vəsaiti ilə öz adına 14000 ABŞ dolları dəyərində 1997-ci il buraxılışlı “X18” markalı, 7000 ABŞ dolları dəyərində 2001-ci il buraxılışlı “Mazda” markalı, 9000 ABŞ dolları dəyərində 2002-ci il buraxılışlı “Opel-Omega” markalı, 7500 ABŞ dolları dəyərində 1994-cü il buraxılışlı “Opel- Vektra” markalı, 3500 ABŞ dolları dəyərində 1995-ci il buraxılışlı “Alfa Romeo” markalı ümumi dəyəri 41000 ABŞ dolları, yəni cəmi 69700 manat dəyərində olan beş avtomobili satmaq üçün gətirmişdir. Bakı Gömrük Limanında sənədləşmə onun adına aparılmış, avtomobillər Gömrük İdarəsinin həyətində saxlanılmış və Gömrük rüsumları ödənilmişdir. Avtomobilləri sataraq pulunu ona nağd qaytarmaq üçün qohumu Cavabdeh etibarnamə vermiş və Cavabdeh isə həmin avtomobilləri sataraq 2 aya pulunu ona ödəməyi öhdəsinə götürmüşdür. Bir müddət keçməyinə baxmayaraq Cavabdeh avtomobillərin pulunu ona qaytarmamışdır. Cavabdeh pulları tələb etmişdir. Cavabdeh ona avtomobilləri Hacı Qasım adlı şəxsə satdığını, Hacı Qasımın isə ev tikintisi ilə məşğul olduğunu bildirmiş və o, Hacı Qasımın yanına getmişdir. 2009-cu ilin noyabr ayında cavabdeh onu Hacı Qasım və Rəşad adlı şəxslərlə görüşdürmüşdür. Həmin şəxslər xüsusilə Hacı Qasım Cavabdeh həmin 5 avtomobili onlara 41000 ABŞ dollarına satdığını qeyd edərək, həmin pulu qaytarmaq üçün ondan 2-3 ay vaxt istədiklərini bildirmişlər. O, gözləmək istəmədiyini deyəndə Hacı Qasım tikdiyi binada ona borc əvəzinə mənzil verməsini təklif etmişdir. Bununla razı olmuş, lakin şəxsiyyət vəsiqəsi hələ də Gömrük İdarəsində qaldığı üçün və qohum olduqları üçün inanaraq, müvəqqəti borc əvəzinə ona təklif olunan mənzilin Cavabdeh adına sənədləşməsinə razılıq vermişdir. İki tərəfli müqavilə bağlanmış və mənzil Cavabdeh adına sənədləşmişdir. Həmin vaxt Cavabdeh yaxın müddətə həmin mənzilə olan müqaviləni onun adına keçirəcəyinə Rəşad və Hacı Qasımın yanında söz vermişdir. Cavabdeh bir müddət öz vədinə əməl etməmiş və müqaviləni onun adına dəyişməmişdir. 2012-ci ildə onunla Hacı Qasımın yanına getmiş və orada Hacı Qasımın həbs olunduğunu eşitmişdir. Bununla bağlı hətta onun məhkəmə prosesində olmuşdur. Ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verildiyi üçün gözləməli olmuş və 2018-ci ildə onun həbs yerində vəfat etdiyini öyrənmişdir. Hacı Qasımın vəfatından sonra şirkətə başqa şəxs rəhbər təyin olunmuşdur. O, Cavabdeh həmin mənzili adına keçirməyi tələb etsə də müxtəlif bəhanələrlə bundan yayınmışdır. Son dəfə 2022-ci il avqust ayında Cavabdehla görüşmüş, qəti olaraq mənzili ona qaytarmağı, ya da pulunu ödəməyi tələb etmişdir. Cavabdeh ona həmin mənzilin hazırda çox bahalaşdığını, mənzili sataraq pulunu qaytaracağına söz versə də vədinə əməl etməmiş və pulu qaytarmamışdır. Odur ki, Cavabdeh ona borclu olduğu 41000 ABŞ dolları, yəni 69700 manat və ödənmiş 300 manat dövlət rüsumu olmaqla, cəmi 70000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Rövşənin bacısının həyat yoldaşıdır. Onlar yaxın qohum olduğundan bu vaxta kimi gözlənilmişdir. Uzun müddətdir ki, bu proses davam edir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərmişdir ki, 2008-ci ildə iddiaçı ilə nişanlanmış və daha sonra isə evlənmişdir. Cavabdeh isə onun qardaşıdır. Əri Elçini qardaşı Rövşənə görə tanımışdır. Elçinlə nişanlanan vaxtı onların Bakı şəhəri, 6-cı mikrorayonda obyektləri olmuşdur. Atası həmin obyektdə xarrat işləmişdir. Əri Elçin maşın alveri ilə məşğul olmuşdur. X13 xahiş etmişdir ki, onuda özü ilə maşın alqı-satqısına qoşsun, lakin pulu olmadığını bildirmişdir. Elçin Rövşəni sürücü kimi işə qoşulmağı təklif etmiş və birlikdə işləməyə başlamışlar. Daha sonra həmin 5 maşın söhbəti yaranmışdır. Rövşən maşınları sürücü kimi gətirmiş, əvəzində Elçin ona sürücülük pulu vermişdir. Bir dəfə Elçin Rövşənin sürücü olaraq gətirdiyi beş avtomobili Hacı Qasım adlı şəxsə verdiyini və pulunu ala bilmədiklərini demişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərman Rəhimov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 25, mənzil 13də yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı, irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Təhqiqat araşdırması zamanı İddiaçı izahatı alınmış, İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış X1 Elçin Tofiq oğlunun izahatı ilə tanış olduğunu, İddiaçı qərəzli şikayət verdiyini, Elçinin həmyerlisi olan Rəşada faizə pul verdiyini, Rəşadın pulu qaytarmadığını, həmin məsələdə Rövşənin Elçinə kömək etmədiyi üçün ondan narazı qaldığını və ona görə də, qərəzli şikayət etdiyini göstərmişdir. İş materiallarında olan 13 mart 2008-ci il tarixli, № 288 saylı maliyyə arayışından görünür ki, X7 xx.xx.2008-ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 130 kv.m olan 3 otaqlı mənzil almış və 71500 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 03 aprel 2008-ci il tarixli, № 333 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2008-ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 130 kvadratmetr olan 3 otaqlı mənzil almış və 71500 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 08 iyul 2002-ci il tarixdə “Səadət” sarayında (Bakı nikah evində) 828 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh bacısı X2 əridir. İddiaçının faktiki olaraq özünəməxsus olan 5 ədəd 40.000 ABŞ dolları dəyərində olan avtomobili satması, daha sonra həmin avtomobillərin dəyərini ödəyə bilməyən "xxxx" MMC-nin sədri Hacı Qasımın həmin dəyərdə mənzil verəcəyini təklif etməsini və həmin təkliflə razılaşmasını, lakin üzərində sənədi olmadığı üçün Rövşən qohumu olduğu üçün ona inanıb mənzilin onun adına sənədləşdirilməsinə razılaşması ilə bağlı dediklərini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh 03 aprel 2008-ci ildə "xxxx" MMC-dən mənzil almazdan əvvəl Cavabdeh qaynatası Maxsud Hacıyev 13 mart 2008-ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 130 kvadratmetr olan 3 otaqlı mənzil almış və 71500 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-690/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-690/2023
19.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver