Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-694/2025 10.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun, 150.00 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Hissə-hissə ona dəfələrlə pul vəsaiti vermişdir. Sonda cavabdehin ona 20000 (iyirmi min) manat borcu yaranmışdır. Hal-hazırda cavabdehin ödəmədiyi borcuna görə zərərçəkmiş qisminə düşmüşdür. Belə ki, cavabdehin səs yazısından da, görünür ki, borcu olmasına baxmayaraq, borcunu qaytarmaqdan qaçır və yayınır. Cavabdeh borcunu qaytarmadığından çətin vəziyyətə düşmüşdür. Həmçinin cavabdeh pulunu qaytarmadığı üçün Salyan RPŞ-ə müraciət edərək cavabdeh barəsində tədbir görülməsini xahiş etmişdir. Salyan RPŞ-dən ona ünvanlanan məktubda cavabdehdən mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun, 150.00 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X2 iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçı ilə aralarında hər hansı qohumluq münasibəti və ya ədavəti yoxdur. 2018-ci ildə pula ehtiyacı olduğundan İddiaçı hissə-hissə olmaqla ümumilikdə 20000 (iyirmi min) manat faizə pul götürmüşdür. Aralarında bununla bağlı hər hansı müqavilə bağlanmamışdır. O, borcunun olmadığını, borcunu artıqlaması ilə üç qatını qaytardığını bildirmişdir. Cavabdeh, eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan Rayon Polis Şöbəsi tərəfindən 17 dekabr 2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-yə etdiyi müraciətə baxılmış və müraciətdə qeyd olunan xüsusatlar mülki hüquq normaları ilə tənzimləndiyindən aidiyyəti məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddaçı İddiaçı Salyan Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, təxminən 2 il bundan öncə Salyan rayon sakini Çingiz Cəfərova hissə-hissə 20000 manatdan çox borca pul vermişdir. Çingiz həmin puldan cəmi 1000 manatını qaytarmışdır. Çingizin bu günə 20000 manat borcu vardır. Pulu Çingizə bütöv şəkildə deyil, 3000 manat, 5000 manat, 2000 manat və sair məbləğlərdə xırda-xırda vermişdir. Çingiz həmin pula iş quracağını və qısa müddət ərzində pulu qaytaracağını söz versə də, bu vaxta qədər pulu ödəməmişdir. Hər dəfəsində Çingizə pulu qaytarmağını bildirsə də, ziyana düşdüyünü, işləri düzələn kimi pulun üstündə əlavə pul verəcəyini və bu qədər gecikdirdiyi zamanın əvəzinin çıxacağını bildirmişdir. Çingiz ona hər zaman pulunu vermirəm deməmiş, sadəcə maddi imkanı düzələn kimi borcunu ödəyəcəyini demişdir. Həmin vaxtdan 2 il keçdiyi üçün məcbur qalaraq Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Salyan Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, 2018-ci ildə Zülfiyədən hissə-hissə ümumilikdə faizə pul götürmüşdür. 2022-ci ilin iyul ayına qədər hər ay Zülfiyyəyə 3200 manat faizi ilə birlikdə pulu qaytarmışdır. Bu günə qədər Zülfiyyəyə 1 manat belə borc yoxdur. Zülfiyyənin ərizəsində qeyd etdikləri tamamilə şər və böhtandır. Tərəflər arasında olan telefon danışığının səs yazısından görünür ki, İddiaçı “4 il ərzində 20000 (iyirmi min) olmalıdır onda - 100.000, 80.000...” kimi ifadələr işlədərək, cavabdehə 4 il ərzində borcun qaytarılmaması ilə bağlı iradını bildirmiş, cavabdeh isə borcu faizə götürdüyünü, öhdəliyini yerinə yetirərək borcunu faizi ilə birgə qaytardığını bildirmişdir. Cavabdeh tərəfindən 25 fevral 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, iş üzrə iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İstinad edilən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2023-cü il tarixədək olan müddətdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, müqavilənin predmet məbləği üç min manatdan çox olduğu üçün borc müqaviləsi tərəflər arasında yazılı şəkildə bağlanmalı idi. Hazırki halda yazılı şəkildə tərtib edilməyən borc müqaviləsi, xüsusilə yüksək məbləğlərdə (20000 manat) hüquqi cəhətdən etibarsız hesab edilir. Yazılı müqavilə olmadıqda borc münasibətləri sübut olunmadığı üçün müqavilə öz hüquqi əsasını itirir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, məhkəmə hesab edir ki, etibarsız müqavilə əsasında bir tərəfin digər tərəfdən aldığı məbləğ əsassız varlanma olaraq qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə ilk olaraq qeyd edir ki, İddiaçı 2024-cü ildə polis şöbəsində verdiyi izahatında “2 il bundan öncə” cavabdehə pul verdiyini, Cavabdeh isə 2024-cü ildə polis şöbəsində verdiyi izahatında “2018-ci ildə” iddiaçıdan borca pul aldığını və qaytardığını bildirmişdir. Tərəflər arasında olan telefon danışığının səs yazısından görünür ki, iddiaçı cavabdehə 4 il ərzində borcun qaytarılmaması ilə bağlı iradını bildirmiş, cavabdeh isə borcu faizə götürdüyünü, öhdəliyini yerinə yetirərək borcunu faizi ilə birgə qaytardığını bildirmişdir. Həmçinin, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya məlumat göndərilmiş, lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi hadisənin nə vaxt baş verdiyini bilmədiyini qeyd etsə də, cavabdeh öz izahatında həmin pulun 2018-ci ildə ona verildiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi iddiaçının izahatına əsaslanaraq həmin pul məbləğinin təxminən 2022-ci ildə cavabdehə verildiyini bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiаçının nümayəndəsi iddia müddətinin üzrlü səbəblərdən buraxılması ilə bаğlı halları izahatında bildirməmiş və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə müvаfiq qаydаdа əsаslı və mötəbər sübutlаrı təqdim еtməmişdir. Bununlа dа, məhkəmə hеsаb еdir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini üzrsüz səbəblərdən ötürmüş, həmçinin iş üzrə cаvаbdеh tərəf bu tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməli olması qənaətinə gəlir. Mülki qаnunvеricilikdə əsassız varlanma ilə bağlı iddia müddəti iki il nəzərdə tutulmuş, iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 106.1-ci mаddəsinə əsаsən, işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı əsassız varlanmaya görə ödənilməli olduğu 20000 manat, dövlət rüsumu kimi ödənilmiş 150 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-694/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-694/2025
10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver