Məhkəmə qərarları › İş №2(057)-695/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-695/2025

24.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-695/2025 24.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində pulun və ödənilmiş 49 manat rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh ilə aralarında olan hüquq münasibətinə əsasən məxsus avtonəqliyyat vasitəsilə yükdaşıma fəaliyyəti göstərərkən daşınan yükün başqa ölkəyə aparılması üçün lazım olan 1600 ABŞ dolları və 100 manatı xx.xx.2023-cü il tarixdə cavabdehə vermişdir. Cavabdeh isə etibarından sui-istifadə edərək onun pulunu öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Etibarından sui-istifadə edərək dələduzluq yolu ilə mənimsədiyi 1600 ABŞ dolları və 100 manat pulu tezliklə qaytaracağını bildirərək ona qısa zaman üçün vaxt verilməsini xahiş etmişdir. Həmin vaxtdan indiyədək dəfələrlə cavabdehə xəbərdarlıqlar etsə də, məbləği ödəməkdən qərəzli olaraq boyun qaçırmış və hər dəfəsində müxtəlif yalan vədlər verməklə mənimsədiyi pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra cavabdehin yol verdiyi hüquqazidd hərəkət barədə hüquq mühafizə orqanlarına şikayət etmiş və Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh öz hüquqazidd hərəkətlərinə davam etmiş, məhz bu səbəbdən də iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianı qəbul etmədiyini və İddiaçı 2100 (iki min yüz) ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan roynunda anadan olmaqla hazırda rayonun Xalac kəndində yaşayır. Başqa ixtisası və peşəsi yoxdur. Yalnız qanunda nəzərdə tutulan yüksək dərəcəli sürücülük hüququna məxsus olduğundan Beynəlxalq daşımalarla məşğul olan yüksək tonnajlı avtomaşını idarə edir və beynəlxal yük daşımaları ilə məşğul olur. Bir neçə vaxt bundan əvvəl sosial şəbəkələrdən öyrənmiş ki, ”PROFİ TRANSPORT” MMC-yə müqavilə ilə sürücü işə qəbul olunur. MMC-nin işçisi Fədai adlı şəxslə əlaqə saxlayaraq onunla görüşmüş və onlara məxsus ağır tonnajlı yük maşını ilə Türkiyə respublikasına və digər respublikalara yük daşıyacağı barədə razılığa gəlmişlər.Şifahi razılaşmaqlarına baxmayaraq Fədai onunla heç bir əmək müqaviəsi bağlamamış və daşıyacağı yükün məsafəsi ilə bağlı şifahi razılığa gəlmişlər. Sonradan məlum olmuşdur ki, Fədai deyil Fərid Mirişov adlı şəxslə onun arasında saxta əmək müqaviləsi bağlanmış və müqavilədə ona veriləcək əmək haqqının miqdarı 173 manat göstərilmişdir. Onun həmin müqavilədən xəbəri olmamış və özləri müqaviləni saxta yolla onun əvəzində imza etmişlər. Şifahi razılaşmalarına əsasən DAF XF-105 markalı maşını və qoşqusu ** SJ *** nömrəli nəqliyyatları qəbul edərək Ələt limanından yük vuraraq Türkiyə Respublikasına getmiş və orada İstanbul şəhərində boşaltdıqdan sonra İstanbuldan zəruri yükü vuraraq Monqolustan Respublikasına aparmışdır. Bu işlərə görə Fədai ona 2500 ABŞ dolları verəcəyinə söz vermiş, bu yolu 3 ay müddətinə qət etmiş və onların səhvi hesabına xeyli əziyyətlər çəkmişdir. Geri qayıdandan sonra verəcəyi 2500 ABŞ dollarından qalan 2100 ABŞ dollarını tələb etmişdir. Lakin Fədai həmin pulu ona verməkdən qəsdən boyun qaçırmış və hətta dəfələrlə ona mesay yazaraq hədələyərək pulu verməkdən boyun qaçırmağa başamışdır. Fədai mesailarında onu ailə və uşaqlarını oğurlamaqla hədələmiş və ünvanına təhqir dolu böhtanlar yazmışdır. Son halda ona bildirmiş ki, qanunsuz əməlləri barədə şikayət edəcəkdir. Fədai əvvəllər DYP-də işləmiş atası Feyruza arxayın olaraq heç kimdən qorxmadığını bildirərək ona qarşı söyüş və hədələrini davam etdirmişdir. Onun söyüşləri, hədələri barədə Salyan RPŞ-nə şikayət etmiş və xx.xx.2024-cü il tarixdə bununla bağlı məhkəmədə iddia qaldırmalı olduğu barədə cavab verilmişdir. Bütün bunlara baxmayaraq İddiaçı etdiyi qanunsuzluqlar və cinayətlərinin üstünün açılacağından qorxaraq Salyan rayon məhkəməsində iddia qaldırmış və borclu olduğu halda ondan 1600 ABŞ doları məbləğində pul tələb etmişdir. Bir daha bildirir ki, onun Fədaiyə heç bir borcu yoxdur. Əksinə Fədai ona 2100 ABŞ dolları borcludur. Odur ki, ona qarşı qaldırılmış iddianı qəbul etmir, iddianın əsassız və ədalətsiz olduğundan ləğv olunmasını və İddiaçı borclu olduğu 2100 (iki min yüz) ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini, bildirərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Türkiyəyə yük aparmaq üçün Cavabdeh ümumilikdə 1600 ABŞ dolları və 100 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ona zəng edərək avtomaşını orada sahibsiz qoyduğunu və ona verilən pulu öz tələbatı üçün xərclədiyini bildirmişdir. Bu barədə Abşeron RPİ-nə müraciət etmişdir. Babəkə borcu olmadığını qeyd edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qeyd etmişdir ki, o, 12 ildir ki, sürücü kimi etibarnamə ilə idarə etdiyi avtomobillər ilə xarici dövlətlərə yük daşıyır. İddiaçı 2023-cü ilin mart ayında sosial şəbəkədə verdiyi elandan sonra görərək tanımışdır. Fədai ilə aralarında olan şifahi razılaşmalarına əsasən DAF XF-105 markalı maşını və qoşqusu ** SJ *** nömrəli nəqliyyatları qəbul edərək Ələt limanından yük vuraraq Türkiyə Respublikasına getmiş və orada İstanbul şəhərində boşaltdıqdan sonra İstanbuldan zəruri yükü vuraraq Monqolustan Respublikasına aparmışdır. Bu işlərə görə Fədai ona 2500 ABŞ dolları verəcəyinə söz vermişdir. 2023-cü ilin iyul ayında Fədainin sifarişi əsasında Rusiya Federasiyasından götürdüyü yükü Türkiyə Respublikasına aparmaq üçün Azərbaycan Respublikasına yaşadığı ünvana gəlmiş, təxminən bir həftə qaldıqdan sonra yoluna davam etmək üçün Fədai ilə görüşmüş, həmin vaxtı Fədai ona 800 ABŞ dolları olmaqla 1360 manat pulu yol xərci vermiş, həmin pulu o, həyat yoldaşının müalicəsinə xərcləmiş, sonra isə Fədainin ona borcu olduğu üçün qaytarmamışdır. Onun Fədaiyə heç bir borcu yoxdur, əksinə Fədainin ona 2100 (iki min yüz) ABŞ dolları məbləğində borcu vardır. Həmin borc onlar arasında olan şifahi razılaşma əsasında yaranmışdır. Məhkəmə iş üzrə tərəfləri dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsini, əks təqdirdə yaranmış borcun qaytarılmasının gecikdirilməsinə görə əldən çıxmış gəlirlərin, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Nəsirov tərəfindən qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş “Whatsapp” yazışmalarında olan fotoşəkillərdən və səs yazısından görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc barəsində mütəmadi danışıqlar aparılmış, cavabdeh borclu olduğunu etiraf etmiş və borcunu yaxın günlərdə qaytaracağını bildirmişdir. Araşdırma zamanı Abşeron Rayon Polis idarəsində 25 iyul 2023-cü il tarixdə izahatı alınmış İddiaçı izahatında qeyd etmişdir ki, ona aid olan **-SJ-*** dövlət qeydiyyat nişanlı DAF-105 markalı yek avtomobilini idarə etmək üçün Cavabdeh vermşdir. Həmin avtomobillə xarici ölkələrə yük daşınır. Avtomaşını Türkiyəyə yol xərci onun tərəfindən ödənilməklə Babəkə vermişdir. xx.xx.2023-cü il tarixdə Türkiyəyə yük aparmaq üçün Cavabdeh ümumilikdə 1600 ABŞ dolları və 100 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ona zəng edərək avtomaşını orada sahibsiz qoyduğunu və ona verilən pulu öz tələbatı üçün xərclədiyini bildirmişdir. Cavabdeh Abşeron rayon Sulutəpə qəsəbəsində xx.xx.2023-cü il tarixdə ümumilikdə 1600 ABŞ dolları və 100 manat olmaqla, ümumilikdə 2820 manat pulu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Araşdırma zamanı Abşeron Rayon Polis idarəsində izahatı alınmış Cavabdeh izahatında qeyd etmişdir ki, 12 ildir ki, sürücü kimi etibarnamə ilə idarə etdiyi avtomobillər ilə xarici dövlətlərə yük daşıyır. İddiaçı 2023-cü ilin mart ayında sosial şəbəkədə verdiyi elandan sonra görərək tanımış, aralarında olan şifahi razılaşmaya əsasən onun DAF 105 markalı ** SJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilini verdiyi etibarnamə əsasında idarə edərək sifariş etdiyi yükləri 3 ay müddətində xarici dövlətlərə aparmışdır. 2023-cü ilin iyul ayında Fədainin sifarişi əsasında Rusiya Federasiyasından götürdüyü yükü Türkiyə Respublikasına aparmaq üçün Azərbaycan Respublikasına yaşadığı ünvana gəlmiş, təxminən bir həftə qaldıqdan sonra yoluna davam etmək üçün Fədai ilə görüşmüş, həmin vaxtı Fədai ona 800 ABŞ dolları olmaqla 1360 manat pulu yol xərci vermiş, həmin pulu alaraq idarə etdiyi avtomobillə Türkiyə Respublikasına getmək üçün yola çıxmış, Qazax rayonunun ərazisində olarkən ölkə sərhədini keçməyə az qalmış ailə üzvləri zəng edərək arvadının onkoloji xəstə olmasına görə vəziyyətinin pisləşməsini bildirmişlər. O, da bunu eşidən kimi uzun müddətə səfərdə ola biləcəyini düşünərək Fədaiyə zəng etmiş və ailəsinin vəziyyətini ona izah edib avtomobili idarə etmək üçün başqa sürücü göndərməsini xahiş etmişdir. O, da onunla razılaşaraq həmin sürücü gələrlə qədər ondan sərhəddən keçiriləcək yükü sənədləşdirməsini xahiş etmişdir. O, da bütün sənədləşmə işini görüb avtomobili dayanacaqda saxlayaraq həmin sürücünü gözləməyə başlamış, saat 23 radələrində həmin sürücünün 5-6 saaata, yəni gecə 5-6 radələrində çatacağını bilsə də ailəsinin vəziyyətinin kəskin dəyişməsni öyrənib avtomobilin açarını Fədai ilə danışdığı kimi akkumlyatorun yanına qoyub saat 02 radələrində taksi ilə Salyan rayonuna getmişdir. Səhər saat 09 radələrində həmin sürücünün mobil nömrəsini taparaq ona zəng etmiş, avtomobilin açarını harada gizlətdiyini demiş, sürücü də Sumqayıtdan indi yola çıxdığını söyləmişdir. Bundan bir neçə saat sonra Fədai ona zəng edərək hər şeyin qaydasında olduğunu, lakin sürücünün pulu tapmadığını söyləmiş, ondan verdiyi 800 ABŞ dolları pulu hara qoyduğunu soruşmuş, o, da həmin pulu özü ilə götürdüyünü, xəstəsinin müalicəsinə xərclədiyini bildirmiş və həmin pulu ona olan 2100 manat borcundan çıxmasını xahiş etmişdir. Fədai onu əvəz edən sürcünü yola salmaq üçün pulu olmadığını deyərək həmin 800 ABŞ dolları pulu təcili qaytarmasını tələb etmişdir. O, da xəstəsinin müalicəsi üçün pul lazım olduğunu deyərək qaytarmayacağını demiş, qalan pulunu da kartına göndərməsini tələb etmişdir. O, Fədaiyə qarşı dələduzluq etməmiş, düşünmüş ki, İddiaçı borcunu istədiyi üçün və həmin pulu qaytarmadığı üçün ondan əsassız olaraq şikayət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı ona məxsus nəqliyyat vasitəsilə yükdaşıma fəaliyyəti göstərərkən daşınan yükün başqa ölkəyə aparılması üçün lazım olan pul məbləğini Cavabdeh vermişdir. İddiaçı məhkəmə iclasında 1600 ABŞ dolları və 100 manat olmaqla, ümumilikdə 2820 manat pul vəsaitinin cavabdehə verildiyini bildirsə də, lakin iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. İş materiallarına tərəflərin arasında borcun qaytarılmasının qeyd olunduğu səs yazısı və fotoşəkillərin surəti əlavə olunsa da, qeyd olunan həmin sübutlarda konkret olaraq hansı pul məbləğinin qaytarılması öz əksini tapmamışdır. Məhkəmə həmin sübutların iddianın tam təmin olunması üçün kifayət olmadığı qənaətinə gəlir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsindən, həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, cavabdeh iddiaçıya 800 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə cavabdehin etirafına əsaslanaraq iddianın etiraf olunan hissəsində təmin olunması qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək qeyd edir ki, Cavabdeh məhkəmə iclasında iddiaçının ona 2100 ABŞ dolları borclu olduğunu, Fədainin ona verdiyi 800 ABŞ dolları, yəni 1360 manatın da borcundan qaytarıldığını bildirsə də, istinad etdiyi hallara dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1360 manat pul və ödənilmiş 23,63 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 1360 manat pul və ödənilmiş 23,63 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar