Məhkəmə qərarları › İş №2(057)-701/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-701/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-701/2023 03.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh № 01118159 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ KODU **********28197 “Samsung Galaxy A40” markalı telefon üçün 538 (beş yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat cərimə, № 00685830 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Hoffman” kondisioner, soyuducu “Samsung” üçün, 273.6 (iki yüz yetmiş üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 27.4 (iyirmi yeddi manat qırx qəpik) manat cərimə, ümumilikdə 892 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********28197 “Samsung Galaxy A40” markalı telefon və “Hoffman” kondisioner, soyuducu “Samsung” almış və nəticədə 892 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 manat (yəni 12 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********28197 “Samsung Galaxy A40” markalı telefon üçün ümumilikdə, 591 manat olmaqla ondan, 538 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2070 manat (yəni 18 ay x 115 manat + 0 manat ilkin ödəniş) “Hoffman” kondisioner, soyuducu “Samsung” üçün ümumilikdə, 301 manat olmaqla ondan, 237.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.4 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1906.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Odur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********28197 “Samsung Galaxy A40” üçün, 538 manat ödənilməmiş hissə, 53 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffman” kondisioner, soyuducu “Samsung” üçün, 273.6 manat ödənilməmiş hissə, 27.4 manat cərimə pulu, ümumilikdə 892 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdehə İMEİ KODU **********28197 “Samsung Galaxy A40” markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə “Hoffman” kondisioner, soyuducu “Samsung” satılmışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ödənilməmiş borcu 811.60 (səkkiz yüz on bir manat altmış qəpik) manat borc yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-nə gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bufəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmişümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borcu 811.60 (səkkiz yüz on bir manat altmış qəpik) manata mütənasib olmadığından 80.4 (səksən manat qırx qəpik) manat məbləğində cərimə pulunun 10 (on) manat məbləğinə azaldılması məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh № 01118159 saylı xx.xx.2019-cu il və № 00685830 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********28197 “Samsung Galaxy A40” markalı telefon, “Hoffman” kondisioner, soyuducu “Samsung” üçün 811.60 (səkkiz yüz on bir manat altmış qəpik) manat ödənilməmiş əsas borc, 10 (on) manat cərimə borcu və 27.40 (iyirmi yeddi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh № 01118159 saylı xx.xx.2019-cu il tarixli, № 00685830 saylı, xx.xx.2019cu il tarixli müqavilələr üzrə 811.60 (səkkiz yüz on bir manat altmış qəpik) manat ödənilməmiş əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 821.60 (səkkiz yüz iyirmi bir manat altmış qəpik) manat və 27.40 (iyirmi yeddi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar