Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-709/2023 14.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh cəmiyyətin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 9205,29 manat əsas, 1196,08 manat faiz, cəmi 10401,37 manat məbləğində borcun, xx.xx.2021-ci il tarixli kredit kartına dair müqaviləsiyə əsasən 341,24 manat əsas, 87,24 manat faiz, cəmi 428,48 manat və ödənilmiş 122,49 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, “bu ünvanda yaşamır” qeydli poçt xəbərnaməsi məhkəməyə geri qaytarılmışdır. Ona görə də məhkəmə onun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Həmçinin cavabdeh istifadəsində olan telefon nömərsinə SMS xəbərdarlığı göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli, BBLK4562112A150 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli, GTKR4549395A143 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 44 ay müddətinə 18 faiz dərəcəsi ilə 10800 manat pul verilmişdir. İş materiallarında olan Cavabdeh adına verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 9205,29 manat əsas, 1196,08 manat faiz , cəmi 10401,37 manat borc və xx.xx.2021-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 341,24 manat əsas, 87,24 manat faiz, cəmi 428,48 manat borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5830 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4549395A143 saylı kredit müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə 09 mart 2023-ci il tarixinə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9198,40 manat əsas, 1053.22 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BBLK4562112A150 saylı hesab kartına dair müqaviləsi üzrə 09 mart 2023-ci il tarixinə 338,14 manat əsas, 40,86 manat faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir.Ekspert rəyinə əsasən cavabdehdən tələb olunan məbləğ iddia ərizəsində qeyd olunan məbləğlərdən fərqli olduğundan məhkəmə ekspert rəyində qeyd olunan məbləğləri daha əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən, «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 79,59 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 9198,40 manat əsas, 1053,22 manat faiz cəmi 10251,62 manat, xx.xx.2021-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 338,14 manat əsas, 40,86 manat faiz, cəmi 379 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 120,25 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-709/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-709/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver