Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-71/2024 07.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra şöbəsinə, "xxxx" MMC-yə, X16, X12, X5, X2, X11 və Mustafa Uzunquşlağa qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra - "xxxx" MMC) və üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra - "xxxx" MMC) qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan və üzərinə həbs qoyulan ünvan 1ində yerləşən 8.6761 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.80 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 1.9258 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.16 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 3.07 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 2.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 10 ha torpaq sahəsinin; Abşeron rayonu, Məmmədli yerləşən 5 ha torpaq sahəsinin və ünvan 1ində yerləşən 1.9226 ha torpaq sahəsinin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, PR-624/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuş dəyəri ******* (bir milyon iki yüz yetmiş beş min yeddi yüz altmış) manat vəsait, torpaqların qiymətləndirilməsinə görə tərəflərindən ödənilmiş 1770 manat, əmlakların qiymətləndirilməsinə görə ödənilmiş 2000 manat, iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 100 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 50 manat, iddia qaldırılan zaman hüquqi xidmətə görə vəkil orderi üçün ödənilmiş 300 manat pul və bu iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1430 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Vəkil1, əmlakın qiymətləndirilməsinə dair ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verərək, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunan və qiymətləndirilməyən əmlaklar: 01 ədəd **-CG-*** “Ford” markalı Treyler, 01 ədəd **-CK-*** markalı H 100 HYUNDAİ, **-ZX-***, **-ZX-*** markalı və H-028-245 markalı evakuatorlar və tırlar; 2014-cü il buraxılışlı, **-CK-*** qeydiyyat nişanlı, “HUNDAİ FU00 yük” markalı, FURQON SOYUDUSU” soyuducu tipli, mühərrik nömrəsi “İVCBES71554 (D4CBE571554) ban nömrəsi “KMFZCX7KAFU.127334) olan, ağ rangli, 2014-cü il buraxılışlı, **-CC-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair ekspertizanın keçirilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin məlumatda qeyd olunur ki, məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmiş, qərarda göstərilən avtomobilin ekspert baxışına təqdim edilməsi xahiş edilmişdir. Həmin avtomobil cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən də, 2(057)-71/2024 №-li iş üzrə tərəflərindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsi ilə 21 aprel 2024-cü il tarixdə 3-cü şəxslərin işə cəlb edilməsi barədə ərizə göndərərək, X16, X12, X5, X2, X11 və Mustafa Uzunquşların 3-cü şəxs kimi işdə iştiraka cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X16, X12, X5, X2, X11 və Mustafa Uzunquşlaq mülki iş üzrə üçüncü şəxs kimi işdə iştiraka cəlb edilmişlər. İddiaçı MMC-nin direktoru Bülent Karakuş elektron kabinet vasitəsi ilə 07 may 2024-cü il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət (ərizə) göndərərək, vəsatətin təmin edilməsi, ünvan 1ində yerləşən 8.6761 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.80 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 1.9258 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.16 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 3.07 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 2.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 10 ha torpaq sahəsinin; Abşeron rayonu, Məmmədli yerləşən 5 ha torpaq sahəsinin və ünvan 1ində yerləşən 1.9226 ha torpaq sahələrinin bugünə olan bazar və likvid dəyərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının, 01 ədəd **-CG-*** “Ford” markalı Treyler, 01 ədəd **-CK-*** markalı, H 100HYUNDAİ; **-ZX-***, **-ZX-*** markalı və H-028-245 markalı evakuatorlar və tırlar; 2014-cü il buraxılışlı, **-CK-*** qeydiyyat nişanlı, “HUNDAİ FU00 yük” markalı, “FURQON SOYUDUSU” soyuducu tipli, mühərrik nömrəsi “İVCBES71554 (D4CBE571554) ban nömrəsi “KMFZCX7KAFU 127334” olan, ağ rəngli, 2014-cü il buraxılışlı, **-CC-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrini onlardan asılı olmayan səbəblərdən ekspertizaya təqdim edə bilmədikləri üçün analoji nəqliyyat vasitələrinin hazırki bazar dəyərinin müəyyən olunması üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət (ərizə) verərək İddiaçıya məxsus olmuş **-CG-*** “Ford” markalı Treyler, **-CK-*** markalı, H 100HYUNDAİ; **-ZX-***, **-ZX-*** markalı və H-028-245 markalı evakuatorlar və tırlar; 2014-cü il buraxılışlı, **-CK-*** qeydiyyat nişanlı, “HUNDAİ FU00 yük” markalı, “FURQON SOYUDUSU” soyuducu tipli, mühərrik nömrəsi “İVCBES71554 (D4CBE571554) ban nömrəsi “KMFZCX7KAFU 127334” olan, ağ rəngli, 2014-cü il buraxılışlı, **-CC-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin bu günə olan bazar və likvid dəyərinin müəyyən olunması üçün analoji nəqliyyat vasitələrinin hazırki bazar dəyərinin müəyyən olunması üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-71/2024 saylı, 20 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra şöbəsinə və "xxxx" MMC-yə qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus əmlaklar dəyərindən xeyli aşağı məbləğdə qiymətləndirilmişdir. Həmin qiymətləndirmə əsasında hərrac keçirilmişdir. Hərracın yekununa dair protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər, iddia tələbi təmin olunmamış həmin qətnamədən apellyasiya şikayəti verəcəklər. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1636/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər "xxxx" MMC-dən X7 və X21 müştərək qaydada X13 xeyrinə 247000 manat, X6 xeyrinə ******* manat, X3 xeyrinə 552000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), Uzunquşlaq Mustafanın xeyrinə 490000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), X1 xeyrinə 470000 manat və X4 xeyrinə 31850 manat tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimatın qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən 8.6761 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.80 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 1.9258 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.16 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 3.07 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 2.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 10 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 5 ha torpaq sahəsinin və ünvan 1ində yerləşən 1.9226 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu "xxxx" MMC-nin şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-89/2023 saylı iş üzrə 07 fevral 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan TACSco TAX AUDİT and CONSULTİNG SERVİCES LTD tərəfindən verilmiş ekspert rəyinin ksero surətindən görünür ki, İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TAKS/HA-2023 saylı, xx.xx.2023-cü tarixli müqaviləyə əsasən, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 34.3545 sot olan, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş və qiymətləndirilən torpaq sahələrinin 01 iyun 2023-cü il tarixinə olan bazar dəyəri ******* manat (4445876 ABŞ dolları) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.60 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.40 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 1.9225 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 1.9258 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 2.40 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 3.07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ksero surətindən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 8.6761 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, İddiaçı MMC-nin cavabdehlər X8, "xxxx" Kəndli Təsərrüfatı MMC-yə, Dudka Volodymyrə, X9, X14, Sabunçu rayon Polis İdarəsinə və üçüncü şəxs Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vurulmuş bütün növ zərərin ödənilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5(103)-2/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qərarının ksero surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi X24 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhər Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhər Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elməddin Paşayevin vəsatəti əsasında Bakı şəhəri Sabunçu Rayon prokuroru baş ədliyyə müşaviri Ceyhun Şirinov tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, heyvanlar üçün ümumi dəyər 337920 manat, nəqliyyat vasitələri üzrə ümumi dəyər 628000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1403/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 134/23 saylı, xx.xx.2023-cü il tarixli “hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi” barədə iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC, üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra şöbəsi, "xxxx" MMC, X16, X12, X5, X2, X11 və Mustafa Uzunquşlara qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və üzərinə həbs qoyulan ünvan 1ində yerləşən 8.6761 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.80 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 1.9258 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.16 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 3.07 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 2.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 10 ha torpaq sahəsinin; Abşeron rayonu, Məmmədli yerləşən 5 ha torpaq sahəsinin və ünvan 1ində yerləşən 1.9226 ha torpaq sahəsinin yenidən qiymətləndirilməsi, PR-624/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuş dəyəri ******* (bir milyon iki yüz yetmiş beş min yeddi yüz altmış) manat vəsait, torpaqların qiymətləndirilməsinə görə tərəflərindən ödənilmiş 1770 manat, əmlakların qiymətləndirilməsinə görə ödənilmiş 2000 manat, iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 100 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 50 manat, iddia qaldırılan zaman hüquqi xidmətə görə vəkil orderi üçün ödənilmiş 300 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1430 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi mübahisə İddiaçı MMC-nin mülkiyyətində olan və üzərinə həbs qoyulan ünvan 1ində yerləşən 8.6761 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.80 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 1.9258 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.16 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 3.07 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 2.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsinin; ünvan 1ində yerləşən 10 ha torpaq sahəsinin; Abşeron rayonu, Məmmədli yerləşən 5 ha torpaq sahəsinin və ünvan 1ində yerləşən 1.9226 ha torpaq sahəsinin yenidən qiymətləndirilməsi ilə bağlıdır. Bu halda həmin tələbin yönəldiyi əsl cavabdehin Bakı şəhər Yasamal rayon İcra şöbəsi olduğu aydındır. Çünki, qiymətləndirməni icra məmuru sifariş etmişdir. Yenidən qiymətləndirilmənin aparılması da icra məmurunun sifarişi ilə aparılmalıdır. Cavabdeh "xxxx" MMC icra məmurunun sifarişi əsasında aparmışdır. Bu baxımdan cavabdeh bu iş üzrə iddiaya cavab verməli olan şəxs deyil. İş üzrə cavabdehin əsl cavabdehlə (Bakı şəhər Yasamal rayon İcra şöbəsi) əvəz edilməsi iddiaçıya təklif edilsə də o, buna qarşı çıxmış, tələb üzrə cavabdehin "xxxx" MMC olduğunu bildirmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İşə irəli sürülmüş tələblər üzrə baxan məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan cavabdeh "xxxx" MMC deyil, Bakı şəhər Yasamal rayon İcra şöbəsidir. Odur ki, iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Məhkəmə hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) edilməsi mümkün deyil. Belə ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-in 50-ci maddəsi). Məhkəmə, həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə (Bakı şəhər Yasamal rayon İcra şöbəsi) qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə № 02/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirilmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra şöbəsinə, "xxxx" MMC-yə, X16, X12, X5, X2, X11 və Mustafa Uzunquşlağa qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra şöbəsinə, "xxxx" MMC-yə, X16, X12, X5, X2, X11 və Mustafa Uzunquşlağa qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-71/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-71/2024
07.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver