Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-724/2023 26.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi X2, Cavabdeh Əliağa oğlunun, nüməyəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Əliağa oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Əliağa oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliağa oğlundan “maliyyə sanksiyası olaraq "xxxx" ASC-dən tutulmuş 23.973.27 (iyirmi üç min doqquz yüz yetmiş üç manat, iyirmi yeddi qəpik) manat pul vəsaitinin cavabdehdən alınaraq ASC-yə, məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin siyahısında dövlət rüsumunun qəbzi sözlərinin üzərindən xətt çəkilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X3 dövlət rüsumunun ödənilməsi təklif olunsa da, iddiaçının nümayəndəsi iddia ərizəsini qardaşı tərəfindən (iddiaçı) məhkəmənin dəftərxanasına təqdim edərkən dövlət rüsumunun tələb olunmalı olduğunu bildirərək rüsum ödəməkdən imtina etmişdir. Habelə iddia ərizəsinin geri götürülməsi təklif olunsa da geri götürülməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Əliağa oğlu ləğv etmə prosesində olan "xxxx" ASC-nin direktorudu. İddiaçılar isə "xxxx" ASC-nin səhmdarlarıdı. Məhkəmə iclasında Cavabdeh Əliağa oğlunun nümayəndəsi və vəkili X4 tərəfindən təqdim olunmuş Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-1185/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********1629189 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası məhkəmənin icraatındadır və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Eyni zamanda məhkəmə iddiaçıların diqqətinə çatdırmaq istəyir ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğundan, gələcəkdə eyni tələblə məhkəməyə müraciət etmək istədikdə Salyan Rayon Məhkəməsinə deyil Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Əliağa oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-724/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-724/2023
26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver