Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-724/2024 20.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat pulun və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun əvəzini tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh1 Salyan şəhər sakini kimi bir neçə ildir ki, tanıyır. Onlar qardaşdır. 2020-ci ildən Salyan şəhərində fəaliyyət göstərən qadın salonunda işləyir. Eyni vaxta gəlin paltarlarının satışı və icarəsi ilə də məşğul olur. Həmin vaxtdan iş yoldaşları və ortaq tanıdıqları insanlarla lotereya oynayırlar. Onlarla birlikdə lotereya oynayan qadınlardan biri də X5 olmuşdur. Aygünlə ailəvi münasibətləri var. Aygün özünə və yaxın qohumlarına məxsus olan qızıl-zinət əşyalarını lombarda girov qoyaraq pul götürüb borca Cavabdeh2 vermişdir. Cavabdeh1 ona müraciət edərək Aygün Cəlilovanın lombarda qoyduğu qızıllara görə qardaşı İlkinin borclu olduğu pulu hazırda qaytara bilmədiyini, lombarda ödəniş etmədiyi üçün qızıl-zinət əşyalarının dəyərindən ucuz qiymətə satışa çıxarılacağından narahat olduğunu bildirərək ona borca 5000 (beş min) manat pul verməyini xahiş etmişdir. O da lotereya oynundan əldə etdiyi 5000 (beş min) manat pulu Cavabdeh2 razılığı ilə qardaşı Ziyaya vermişdir. O da, həmin pulu Aygün Cəlilovaya vermişdir. Artıq bir neçə il keçməsinə baxmayaraq cavabdehlər ona olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınırlar. Ona görə də, məcbur qalıb Salyan rayon PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında etiraf etmişdir ki, ona və qardaşı İlkinə borc pul vermişdir. Bildirmək istəyir ki, cavabdehlərlə olan söhbətlərinin şahidləri var. Həmin şəxslər X5, Azu Cəlilova, X2r. Eyni zamanda qeyd edir ki, 2023-cü ilin əvvəllərində Cavabdeh1 qarşı olan pul tələbi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, Cavabdeh1 rayon sakini, mərd insan kimi tanımışdır. Təxminən 3 il olar, Cavabdeh1 ona müraciət edərək qardaşı İlkin X1 borcunun bir hissəsini ödəmək üçün ona 5000 (beş min) manat borc pul verməsini, əvəzində hər ay 1000 manat və ya 500 manat borcundan qaytaracağını bildirmişdir. O, da lotereya oynundan əldə etdiyi 5000 manat məbləğində pulu Cavabdeh1 vermişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdehlər ona olan borcunu qaytarmamışlar. Məcbur qalıb bu barədə Salyan Rayon Polis Şöbəsinə şikayət etmiş, Cavabdeh1 polis şöbəsində izahat verən zaman bildirmişdir ki, Mədinə ilə münasibəti pis olmayıb, qardaşı İlkinə verilmiş pulun bir hissəsini qaytarıblar qalan 3500 manat isə yaxın zamanlarda hissə-hissə qaytaracaqdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh1 şahidlərə zəng vuraraq məhkəmə iclasına gəlməmələrinə dair təzyiq göstərir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 bildirmişdir ki, iddiaçını və cavabdehləri tanıyır. İddiaçı lotoreyadan öz hesabına düşən 5000 manat pulu götürərək Cavabdeh1 vermişdir. Lotoreyada birinci yer İddiaçı olmuşdur. Cavabdeh2 ona 16000 manat borcu olmuşdur. İlkinin ona olan borcunun ödənilməsini Cavabdeh1 öz üzərinə götürmüşdür. Mədinənin Ziyaya borc verdiyi 5000 manat pulu Ziya ona vermişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 bildirmişdir ki, onlar hər ay 500 manat olmaqla, 10 nəfər arasında lotoreya oynayırlar. İddiaçı lotereya oynundan əldə etdiyi 5000 manat pulu Cavabdeh1 vermişdir. Cavabdeh1 nə də ki, qardaşı Cavabdeh2 onlarla lotereya oynunda iştirak etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə sonuncuların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçıya 3600 manat pul vermişdir. X8 vermişdir ki, iddiaçıya versin. Onun iddiaçıya borcu olmuş olsaydı o vaxtında məhkəməyə müraciət edərdi. Onun o pula ehtiyacı yoxdur. Polis şöbəsində yazdığı izahat isə qardaşının borcu ilə bağlı olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçıya 3500 manat borcu olmuşdur. Məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edən Cavabdeh1 ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən ona qarşı edilən iddia əsassızdır və böhtandır. O bu qadından heç vaxt pul almamış və şəxsən ona borcu yoxdur. 2023-cü ilin martın 6-da məhkəməyə verərək, ondan qardaşının borcunu istəmiş, əslində pulu qardaşınada yox başqa bir qadına vermişdir. Amma qardaşının imkanı olmadığı üçün o yenə də onunla razılaşaraq 3650 manat ödəmişdir. Sonradan həmin pulu məhkəmə vasitəsilə qardaşına ödətdirmişlər. Qardaşının pulu ödəməsinə baxmayaraq, bu xanım yenidən ona qarşı iddia qaldıraraq, ona böhtan atır. O heç vaxt onunla lotoreya oynayıb pul almamış və ona heç vaxt borcu olmamışdır. Mədinə xanımdan əl ilə nə lotoreya pulu, nə də borc pul almamışdır. Müraciəti yalnız böhtan və iftiradan ibarətdir və onun ona borcu yoxdur. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Salyan Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Salyan şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 ondan 5000 manat pul borc almasını və qaytarmadıqlarını bildirmişdir. İş materiallarında olan İddiaçı 25 avqust 2022-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar izahatı alınmış Cavabdeh1 izahatının ksero surətindən görünür ki, o ünvan 1 ünvanında yaşayır. Mədinə adlı şəxsin onun barəsində Salyan RPŞ-nə etdiyi müraciət ilə tanış olmuşdur. Bildirir ki, Mədinə adlı şəxslə münasibəti pis olmamış, onu təxminən bir ilə yaxındır ki, tanıyır. O qardaşı İlkinə faizlə pul vermiş, onlar pulun bir hissəsini qaytarmışlar. Qalan 3500 manat isə yaxın zamanda hissə-hissə qaytaracaqdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 tərəfindən Salyan RPŞ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatın ksero surətindən görünür ki, o ünvan 1 ünvanında yaşayır. Mədinə adlı şəxsin onun barəsində Salyan RPŞ-nə etdiyi müraciət ilə tanış olmuşdur. Bildirir ki, Mədinə adlı şəxslə münasibəti pis olmamış, onu təxminən bir ilə yaxındır ki, tanıyır. O Mədinədən faizə pul götürmüşdür. Hazırda onun 3500 manat borcu var. O həmin borcu gələn aydan etibarən hissə-hissə ödəyəcəkdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Salyan RPŞ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatın ksero surətindən görünür ki, o Salyan şəhəri, 20 Yanvar küçəsində yaşayır. İlkin və Ziya adlı şəxslər barəsində müraciət etmiş belə ki, o, Ziya və İlkin adlı şəxsləri bir ildən çoxdur ki, tanıyır. İlkin onun Rəfiqəsi Aygünün yanına gələrək ondan 11000 manat borc pul almışdır. Daha sonra Aygünün vasitəsi ilə ondan 5000 manat borc almışdır. Hal-hazırda İlkin Aygünə olan borcun 2000 manatını ödəmişdir. Qalan 9300 manatını hələdə ödəmir. Əlavə olaraq ondan aldığı 5000 manat pulu isə müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır. Ona pulu verən zaman lotoreya oynayaraq vermişdir. Hazırda o həmin lotoreyanı onun əvəzinə ödəyir. Ödəməkdə çətinlik çəkir. Buna görə də, Salyan RPŞ-nə müraciət etmiş, hazırda məhkəməyə də, müraciət etmək fikrindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Salyan şəhər sakini kimi tanıyır. Cavabdehlər qardaşdır. İddiaçı 2020-ci ildən Salyan şəhərində fəaliyyət göstərən qadın salonunda işləyir. Həmin vaxtdan iş yoldaşları və ortaq tanıdıqları insanlarla lotoreya oynayırlar. Onlarla birlikdə lotoreya oynayan qadınlardan biri də X5 olmuşdur. Aygün Cəlilova özünə və yaxın qohumlarına məxsus olan qızıl-zinət əşyalarını lombarda girov qoyaraq pul götürüb borca Cavabdeh2 vermişdir. Cavabdeh1 İddiaçı müraciət edərək Aygün Cəlilovanın lombarda qoyduğu qızıllara görə qardaşı Cavabdeh2 borclu olduğu pulu hazırda qaytara bilmədiyini bildirmişdir. Lombarda ödəniş etmədiyi üçün qızıl-zinət əşyalarının dəyərindən ucuz qiymətə satışa çıxarılacağından narahat olduğunu bildirərək ona borca 5000 (beş min) manat pul verməyini xahiş etmişdir. O da lotoreya oynundan əldə etdiyi 5000 (beş min) manat pulu Cavabdeh2 razılığı ilə qardaşı Ziyaya vermişdir. O da, həmin pulu Aygün Cəlilovaya vermişdir. Artıq bir neçə il keçməsinə baxmayaraq cavabdehlər İddiaçı olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınırlar. Ona görə də, iddiaçı məcbur qalıb Salyan rayon PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddiaçıya olan borcun bir hissəsini ödədiklərini, qalan 3500 manat hissəsini ödəyəcəklərini bildirmişlər. Cavabdehlərin borc puldan hər hansı bir məbləğdə pulun iddiaçıya qaytarılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. MPM-in 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Həmçinin məhkəmə müəyyən etdi ki, İddiaçı şikayəti Salyan RPŞ-də araşdırılmış və müəyyən edilmişdir ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329.2ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu əvəzi alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-724/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-724/2024
20.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver