Məhkəmə qərarları › İş №2(057)-729/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-729/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-729/2023 12.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı “1080 manat maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı “1080 manat maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 noyabr 2022-ci il tarixdə Şirvan Milli Parkın əməkdaşları tərəfindən parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən 06 sentyabr 1975-ci il tarixində Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan, ünvan 1 kəndində yaşayan Cavabdeh şəxsi təsərrüfatında olan 300 baş xırdabuynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. Vətəndaş Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib edilmiş, Şirvan Milli Parkına 1080 manat ziyan vurması barədə məlumat rəsmi şəkildə ona bildirilmiş, təbiətə dəymiş ziyanı könüllü ödəməsi təklif olunmuşdur. Hal-hazıradək Cavabdeh Şirvan Milli Parkına dəymiş ziyanı könüllü ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən 1080 manat məbləğin Şirvan Milli Parkında qanunsuz xırdabuynuzlu malqara otarmış ünvan 1 kəndində yaşayan Cavabdeh alınaraq Şirvan Milli Parkının xüsusi fondu VÖEN **********; müxbir hesab AZ71CTRE********************,Budcəə təsnifad kodu: 142330, Büdcə səviyyə kodu 1, Alan Bank: X1,kodu:210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının direktoru Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, məhkəməyə ərizə təqdim edərək cavabdehin dəfələrlə məhkəmə çağrışına gəlmədiyindən qiyabi icraat qaydasında baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının direktoru Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 12 iyul 2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 27 noyabr 2022-ci il tarixli, № 61752 saylı aktdan görünür ki, həmin tarixdə ünvan 1 kəndi ünvanında yerləşən Şirvan Milli Parkında yoxlama aparılarkən ərazidə Cavabdeh 300 baş xırdabuynuzlu mal-qara otararkən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş 29 noyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 27 noyabr 2022-ci il tarixində şəxsi təsərrüfatındakı 300 (üç yüz) baş xırdabuynuzlu mal-qaranı qanunsuz olaraq otarmaq məqsədilə Şirvan Milli Parkın ərazisinə daxil etmişdir. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında 13 dekabr 2022-ci il tarixli, № ******* saylı qərarı ilə xx.xx.2022-ci il tarixdə şəxsi təsərrüfatındakı 300 baş xırdabuynuzlu mal-qaranı qanunsuz olaraq otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə saldığına görə Cavabdeh AR İXM-nin 242-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 400 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş 30.80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin şəxsi təsərrüfatına aid heyvanları qanunsuz olaraq otarmaq məqsədilə iddiaçı Şirvan Milli Parkının ərazisinə salaraq, xüsusi mühafizə olunan təbiət ərazisinə ziyan vurması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh xüsusi mühafizə olunan təbiət ərazisinə vurduğu maddi ziyana görə 1080 (min səksən) manat məbləğində pul tutularaq Şirvan Milli Parkının hesabına ödənilməli və ödənilməmiş 30.80 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xüsusi mühafizə olunan təbiət ərazisinə vurduğu maddi ziyana görə 1080 (min səksən) manat məbləğində pul və 30.80 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, VÖEN **********; müxbir hesab AZ71CTRE********************, Büdcə təsnifad kodu: 142330, Büdcə səviyyə kodu 1, Alan Bank: X1,kodu:210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 Şirvan Milli Parkının xüsusi fonduna ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar