Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-735/2023 12.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat əsas borc və dövlət rüsumu kimi ödədiyi 35 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Elektro Center” mağazasında məişət avadanlıqlarının ticarəti ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə Salyan şəhəri, Y.Qaqarin küç, ev 13A-da yaşayan Cavabdeh işlədiyi mağazaya gəlmiş dəyər qiyməti 670 manat olan 1 ədəd Shivaki smart tv 43 markalı televizoru alqı-satqı müqaviləsi bağladıqdan sonra 06 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh mağazadan götürdüyü televizora görə 70 manat ilkin ödəniş etməli və hər ay 100 manat ödəniş etmələrinə dair öhdəlik götürmələrinə baxmayaraq, bu müddət ərzində, 70 manat ilkin ödəniş etmiş və 09 ay ərzində mağazanın xəzinəsinə cəmi 100 manat ödəniş etmişdir. Hal-hazırda mağazaya 600 manat əsas borc yaranmışdır. Növbəti dəfə 28 avqust 2022-ci il Salyan şəhəri, Y.Qaqarin küç, ev 13A sakini Cavabdeh işlədiyi mağazaya gəlmiş dəyər qiyməti 1178 manat olan 1 ədəd F2M5HS6S LG 7 kq markalı paltaryuyanı alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh mağazadan götürdüyü paltaryuyana görə 200 manat ilkin ödəniş etməli və hər ay 82 manat ödəniş etmələrinə dair öhdəlik götürmələrinə baxmayaraq, bu müddət ərzində, 200 manat ilkin ödəniş etmiş və 08 ay ərzində mağazanın xəzinəsinə cəmi 78 manat əsas borcdan ödəmiş və 08 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 172 manat ödəniş etmişdir. Hal-hazırda mağazaya 900 manat əsas borc yaranmışdır. Cavabdeh hal-hazırda xx.xx.2022-ci il tarixli müqavilə üzrə 600 manat əsas borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 900 manat əsas borc yaranmışdır. Odur ki, Cavabdeh 1500 manat əsas və dövlət rüsumu kimi ödədiyi 35 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, cavabdeh 1 ədəd Shivaki smart tv 43 markalı televizior satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh 1 ədəd PALTARYUYAN LG markalı paltaryuyan satmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onlara gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı X3 tərəfindən dövlət rüsumu olaraq 35 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 35 manat tutularaq iddiaçı X1 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 manat əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 35 manat tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-735/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-735/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver