Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-742/2024 23.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi vəkil X1 iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonu Qarabağlı kəndində yaşayan Cavabdeh nağd banka ödədiyi 6175 manat və banka borclu qaldığı 5652 manat, cəmi 11827 manat pulun və ödədiyi 138 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Qarabağlı kənd 2 saylı orta məktəbdə müəllimə işləyir.Cavabdeh həmin məktəbdə direktor işləmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh özünün iş fəaliyyəti ilə bağlı ondan 7100 manat borca pul istəmişdir. Kapital Bankdan 7100 manat pul götürüb ona vermişdir. Cavabdeh pulu 3-4 aya qaytaracağını demişdir. Cavabdeh işdən çıxmış, müəllim kimi işləmişdir. Daha sonra işdən çıxaraq, Bakıya getmişdir. Hər dəfə müxtəlif bəhanələrlə pulu qaytaracağını bildirsədə, qaytarmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X2 bildirmişdir ki, nümayəndəsi olduğu şəxs iddianı qismən qəbul edir. İddiaçının tələb etdiyi banka ödədiyi 6127 manat pulun hissələrə bölünməklə ödənilməsinə və Kapital Banka borclu qaldığı 5652 manat pulu qrafikə uyğun şəkildə hər ay ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2021-cü il tarixli, GTKR3503167A143 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 35 ay müddətinə, illik 26.5 faiz dərəcəsi ilə 7100 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli, RGTK4930856A143 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 26 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 5928.54 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Z-RGTK4930856A143 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit götürən İddiaçı öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, RGTK8346820A143 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 5461.69 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, RGTK8346820A143 saylı zaminlik müqaviləsindən görünür ki, Dadaşov Fərzalı Güloğlan oğlu kredit götürən İddiaçı öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hər iki tərəfi dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 7100 manat pul vermişdir.İddiaçı həmin pulu bankdan götürərək cavabdehə verdiyi bank qarşısında faiz borcları yaranmış və ona görə də iddiaçı faizlə birlikdə cavabdehdən 11827 manat pul tələb etmişdir.Cavabdehin nümayəndəsi iddianı qəbul edərək və həmçinin ərizə verərək iddiaçının borcunu etiraf etmişdir.Ona görə də məhkəmə iddianın təmin olunmasını əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11827 manat və dövlət rüsumu kimi ödənilmiş 138 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-742/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-742/2024
23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver