Məhkəmə qərarları › İş №2(057)-743/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-743/2024

29.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-743/2024 29.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər X1 və Cavabdeh2 1000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, hər iki cavabdeh qohumudur. xx.xx.2023-cü il tarixdə cavabdehlər onun evinə gələrək, ondan 1000 manat borca pul istəmişlər. 1000 manat pulu Mərifət ondan alaraq arvadı Aybənizə vermişdir. Pulu verən vaxt Mərifət öz kartını ona vermiş, borc aldığı pulu hissə-hissə kartdan çıxarmasını bildirmişdir. Ayın axırında kartdan pulu çıxarmaq istədikdə kartda pul olmadığını görmüşdür. Mərifətin evinə gedərək verdiyi pulu tələb etdikdə ona pulu arvadı Aybənizə verdiyini və Aybənizin pulu vermədiyi səbəbinən pulu qaytara bilmədiyini demişdir. Vermiş olduğu pulu faizə verməmiş, cavabdeh aldığı puldan heç bir ödəniş etməmişdir.Mərifət 10 il əvvəl fermasında işləmiş, ona heç bir verəcəyi qalmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 30 aprel 2024-cü ildə keçirilmiş iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçıdan 1000 manat deyil, 800 manat pulu kart vasitəsi ilə borca almış, həmin pulu verə bilməsən əlavə faiz ödəycəkdir. Məhkəmənin 29 may 2024-cü ildə keçirilmiş iclası barədə hər iki cavabdehə məlumat verilmiş, lakin onlar heç bir səbəb olmadan məhkəmə baxışı iclasına gəlməmişlər. Ona görə də məhkəmə sonuncularn iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan Şəhər Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı oğlunun Sahib Əzizovun 28 iyul 2023-cü il tarixli qərarından görünür ki, X1 və Cavabdeh2 əməlində cinayət tərkibi olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.Eyni zamanda həmin iş üzrə araşdırma zamanı cavabdeh X1 verdiyi izahatında iddiaçıya heç bir borcunun olmamasını, əksinə iddiaçının ona 550 manat borclu olduğunu bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehlər İddiaçı 1000 manat borc almış, lakin həmin borcu qaytarmamışlar.X2 pulu aldıqan sonra arvadı Aybənizə vermiş və həmin səbəbdən pulu qaytarmaq istəmədiyini iddiaçıya bildirmişdir. Məhkəmə belə hesab edir ki, pulu alan şəxslər hər iki cavabdeh olmuş, Mərifət Məlikovun pulu alaraq sonradan arvadına verməsi halında onun məsuliyyətini istisna etmir. Ona görə də hər iki cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyırlar.Cavabdeh2 məhkəmənin 30 aprel 2024-cü ildə keçirilmiş iclasında iddiaçıdan 800 manat pul almasını etiraf etməsi iddiaçının dediklərinin daha inandırıcı olduğunu bir daha sübut edir. Belə olan halda məhkəmə iddiaçının dediklərini əsaslı hesab edərək iddianın təmin olunmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsində göstərilmişdir ki, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X1 və Cavabdeh2 müştərək qaydada 1000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar