Məhkəmə qərarları › İş №2(057)-75/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-75/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-75/2023 30.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu, Cavabdeh iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və qeyrilərinə qarşı kredit borcu tələbinə dair iddia ərizəsinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu rayon məhkəməsinə verdiyi iddia ərizəsində 8519,12 manat əsas borc, 8338,62 manat faiz, 937,09 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR-nın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1164,66 manat borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 147 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini, tələbin ipoteka predmeti olan X1 məxsus Salyan şəhəri, H.Əliyev 21 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldidikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu bildirmişdir ki, cavabdehlə barışıq sazişi əldə olunmuş və həmin sazişi hər iki tərəf imzalamışdır. Odur ki, barışıq sazişinin təsdiq olunanarq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddiçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə aralarında barışıq sazişi olduğunu, barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib,işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh aralarında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin, mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2016-cı il tarixli, 781/16 saylı kredit müqaviləsi üzrə 8.519,12 (səkkiz min beş yüz on doqquz manat 12 qəpik) manat əsas, 8.338,62 (səkkiz min üç yüz otuz səkkiz manat 62 qəpik) manat faiz, 937,09 (doqquz yüz otuz yeddi manat 09 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.164,66 (bir min bir yüz altmış dörd manat 66 qəpik) manat faiz borcu, cəmi 18.959,49 (on səkkiz min doqquz yüz əlli doqquz manat 49 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər. İddiaçı cavabdeh tərəfindən ona ünvanlandığı ərizəni nəzərə alaraq xx.xx.2016-cı il tarixli, 781/16 saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 12900,00 (on iki min doqquz yüz) manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 200 (iki yüz) manat, qalan 12700 (on iki min yeddi yüz) manat borcun 12 (on iki) ay müddətində hər ay 1058.33 (bir min əlli səkkiz manat, 33 qəpik) olmaqla, ödənilməsinə möhlət verilməsini təsdiq edir. Tərəflər razılaşırlar ki, xx.xx.2016-cı il tarixli, 781/16 saylı tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 6059.49 (altı min əlli doqquz manat, 49 qəpik) manat məbləğində faiz və cərimə borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. Cavabdeh ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2016-cı il tarixli, 781/16 saylı kredit müqaviləsi üzrə güzəşt olunan cəmi 6059.49 (altı min əlli doqquz manat, 49 qəpik) manat məbləğində faiz və cərimə borclarının güzəşt edilməsi bank tərəfindən ləğv edilir və həmin məbləğ 12900,00 (on iki min doqquz yüz) manat məbləğində borcun qalığı ilə birlikdə banka cavabdeh tərəfindən ödənilir. Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqavilələri üzrə öhdəliklərin təminatı olan və X1 məxsus olan Salyan şəhəri, H.Əliyev 21 ünvanında yerləşən 55,5 kv.m ümumi, 30.3 kv.m yaşayış, 25.2 kv.m köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsinə və həmin evin açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, bir ay ərzində alıcıya təhvil verilməsinə etiraz etmir. Tərəflər razılaşırlar ki, 12900,00 (on iki min doqquz yüz) manat məbləğindəki öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan və X1 məxsus olan Salyan şəhəri, H.Əliyev 21 ünvanında yerləşən 55,5 kv.m ümumi, 30.3 kv.m yaşayış, 25.2 kv.m köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar