Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-752/2023 19.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin Tabeliyində “X6” X14 nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin Tabeliyində “X6” X14 Cavabdeh qarşı “20 baş qoyun və bir baş qoçun natura şəkilində qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin Tabeliyində “X6” X16 Cavabdeh qarşı “20 baş qoyun və bir baş qoçun natura şəkilində qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 12 avqust tarixli, ÖM/2021-107 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoçun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) 13 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 12 avqust tarixli ÖM/2021-107 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 14795, 14034, 14791, 14019, 14011, 14073, 14794, 14336, 14023, 27843, 14003, 14070, 14174, 14014, 14077, 14767, 14069, 14084, 14392 və 14051 birka nömrəli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş birka nömrəli 14792 qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 12 avqust tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”-nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 13 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022ci il 04 aprel aralıq və 15 noyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 14795, 14034, 14791, 14019, 14011, 14073, 14794, 14336, 14023, 27843, 14003, 14070, 14174, 14014, 14077, 14767, 14069, 14084, 14392 və 14051 birka nömrəli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş birka nömrəli 14792 qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən X16dir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir.Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Qanunun 24.1.4cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Qeyd edilməlidir ki, həm “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə ve ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaylarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”-nın 92-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3 və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə iclasında iştirak etmiş “X6” X14 nümayəndəsi X9 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz və mülahizə təqdim etmiş və izahatında göstərmişdir ki, ona təqdim olunmuş 20 baş ana qoyunun bir müddət sonra xəstə olduğunu görmüş, bu barədə baytara və Məşğulluq Mərkəzinə məlumat vermişdir. Mərkəzin işçiləri ona bildirmişlər ki, başqa qoyunlar yoxdur. Qoyunlar ona təqdim olunan zaman əməkdaşlar tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmış və ondan tələb olunmuşdur ki, onların dedikləri sözləri təkrar etsin. Faktiki olaraq onların dediləri real vəziyyət olmamışdır. Ona qoç da verilməmişdir. Qoç olmadığı üçün onun əvəzinə bir baş ana qoyun verilmişdir. deyildir. Onun istifadəsinə verilmiş 6 baş qoyun öldükdən sonra məcbur qalıb yerdə qalan qoyunları satmış və pulunun üstünü düzəldərək bir baş yanı balalı inək almışdır. Bu barədə Məşğuluq Mərkəzinə məlumat vermiş, mərkəzin nümayəndəsi gəlib baxmışdır. Akt tərtib olunarkən izahat verməkdən imtina edilməsi ilə bağlı deyilənlər doğru deyil, ondan nə suruşublar ona da cavab veribdir. 6 baş ölmüş qoyunları basdırdığı yer qalır, həmin qoyunların birkaları hazırda ondadır. Qoyunların ölməsinin səbəbini müəyyən etmək üçün baytara məlumat versə də heç bir tədbir görülməmişdir. Bir baş inək və balasını sataraq yenidən 22 baş qoyun və keçi almışdır. Məşğulluq Agentliyi ona qarşı haqsızlıq edir, hazırda o, malqaranın sayını artırmış və fərdi sahibkarlıqla məşğul olur. Dövlətin siyasətindən razıdır. Əslində Agentlik tərəfindən əsaslı monitorinq aparılmamışdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 filalının Salyan Rayon Xidmət Şöbəsinin baş mütəxəssisi X3 bildirmişdir ki, o, şöbənin böyük mütəxəssisi X5 ilə 05 noyabr 2022-ci il tarixli aralıq monitorinq keçirmişlər. Cavabdeh yaşadığı evə getmişlər. Qoyunlar aşkar edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin, şahidin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 avqust 2021-ci il tarixli 107 nömrəli “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin və eyni tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair aktın surətlərindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 13 saylı Ərazi Məşğulluq filialı özünəməşğulluğa cəlb olunmuş Cavabdeh istifadə etməsi üçün 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem vermişdir. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinq aktının, 05 noyabr 2022-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinq aktının surətlərindən görünür ki, Salyan rayonu, Xocalı kəndində özünəməşğulluğa cəlb olunmuş Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış, bu zaman onun istifadəsinə verilmiş 20 baş qoyun və 1 baş qoç aşkar edilməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh, Agentlik tərəfindən verilmiş əmlakı bu məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanmaqla Agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 12 avqust 2021-ci il tarixli Özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə özünüməşğulluğa cəlb olunmuş şəxs kimi onun istifadəsinə 20 baş qoyun və 1 baş qoç verilmişdir. 04 aprel 2022ci il tarixdə həyata keçirilmiş aralıq monitorinq zamanı cavabdehin heyvanları satıb, yerinə bir baş yanıbalalı inək alıb. Cavabdehin istifadəsinə verilmiş qoyunlardan 6 başının tələf olduğu üçün digər qoyunları sataraq bir baş yanıbalalı inək almış, sonradan həmin bir baş yanıbalalı inəki sataraq 22 baş qoyun almaqla müqaviləni pozmuş olsa belə, əmlakdan düzgün istifadə etməklə 22 baş qoyundan istifadə edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xəbərdarlıq məktubunun surətinin Cavabdeh təqdim olunmasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-cu maddəsinə əsasən, məşğulluq - Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti; Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməklə özünüməşğulluğa kömək göstərir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.4-cü maddəsinə əsasən, Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, 12 avqust 2021-ci il tarixli Özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən Cavabdeh özünüməşğulluğa cəlb olunduqdan sonra ona verilmiş qoyunların əsasında müqavilə üzrə müddət ərzində və ondan sonra öz ailə təsərrüfatını quraraq qazanc götürməyə başlamışdır. Cavabdeh istifadəsində verilmiş qoyunlara (əmlaka) müqavilə müddətində qəsdən ziyan vurması və ya həmin əmlakdan təyinatı üzrə istifadə etməməsi aşkar edilməmişdir. Həmçinin, cavabdehin təqdim etdiyi foto şəkillərdən görünür ki, cavabdehin istifadəsinə verilmiş qoyunlardan 6 başı tələf olmuşdur. Həmin qoyunlar cavabdeh tərəfindən torpağa basdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndələri cavabdehə verilmiş qoyunlardan 6 başının tələf olması və basıdırılması ilə bağlı cavabdehin dəlillərinə və yazılı etirazda göstərilənləri mübahisələndirməmişlər. Göründüyü kimi iddiaçı “X6” X14 hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.1, 3.2.2 və 3.3.3-cü bəndlərinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək, əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemləndirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu müqaviləyə əlavə 2-də göstərilən təlimata riayət etmək, əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələrindəndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "X6" X13 Cavabdeh qarşı “20 baş qoyun və bir baş qoçun natura şəkilində qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin Tabeliyində “X6” X14 Cavabdeh qarşı “20 baş qoyun və bir baş qoçun natura şəkilində qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-752/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-752/2023
19.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver